ISLAM DUNYASI Cüme axşamı, 28.03.2024, 22:56
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
[ Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
  • Страница 1 из 1
  • 1
Модератор форума: ZehrayiNur, Binti  
F O R U M » DİN » İSLAM VE EHLİ-BEYT » NAMAZ
NAMAZ
Huseyin_ashiqi Vaxt: Şenbe, 10.05.2008, 21:47 | MƏKTUB # 1
Aktiv İstifadeçi
Qruplar: Istifadeçiler
MEKTUBLAR: 54
Status: Hal hazirda xetde deyil
Buyurun. Ya Allah!

La Feta Illa Eli La seyfi Illa Zulfiqar!!!
HIDAYET YOLUNUN YOLCULARINA SALAM OLSUN!
 
Huseyin_ashiqi Vaxt: Şenbe, 10.05.2008, 21:48 | MƏKTUB # 2
Aktiv İstifadeçi
Qruplar: Istifadeçiler
MEKTUBLAR: 54
Status: Hal hazirda xetde deyil
Ey qul, qıl NAMAZI, çekme dünya nazı

Sonra qılarıq deyenin, dünen qıldıq NAMAZINI....


La Feta Illa Eli La seyfi Illa Zulfiqar!!!
HIDAYET YOLUNUN YOLCULARINA SALAM OLSUN!


Mektubu deyişdi Huseyin_ashiqi - Şenbe, 10.05.2008, 21:48
 
Huseyin_ashiqi Vaxt: Şenbe, 10.05.2008, 21:50 | MƏKTUB # 3
Aktiv İstifadeçi
Qruplar: Istifadeçiler
MEKTUBLAR: 54
Status: Hal hazirda xetde deyil

Islam Ovladi Ucun Once Shehadetdir Namaz
Pal Olan Qelbe Qida, Ruha Shefaetdir Namaz
Sheriet Hokmune, Elbetde Itaetdir Namaz
Secde Et, Yig Yuku Yuk Ustune,servetdi Namaz
Allaha Secdedi,peygembere Hormetdi Namaz

O Namz Ki Onu Vaxtile Peygember Qilmish
Tanrinin Shiri,o Heqq Ashiqi Heyder Qilmish
On Bir Ovladi Ile Fatime Yekser Qilmish
Dur Qoshul Sende Bu Six Cergeye Vehdetdi Namaz
Allaha Secdedir Peygembere Hormetdi Namaz

O Namaz Ki Onu Goyde Melekerde Qilir
Rebbine Secde Eden Bendeler Her Yerde Qilir
Deste Deste Yigilib Kebeye Bir Yerde Qilir
"mustaqim" Yol Ki Deyirler Ona Devetdi Namaz
Allaha Secde Peygembere Hormetdi Namaz

Tanri Nuru Yaradib Zulmeti Terk Etmek Ucun
Zulmeti Xelq Etdi Ferqini Derk Etmek Ucun
Namz Emr Oldu Ki Bed Ishleri Terk Etmek Ucun
Edeb Erkandir,merifet, Heya Ismetdi Namaz
Allaha Secde Peygembere Hormetdi Namaz

Yusifa, Qebre Qeder Heqqe Ibadet Ele Sen
Tanriya Layiq Olan Kelmeleri Al Dile Sen
Oxu Her Yerde Gozel Sherini Avaz Ile Sen
Behser Ovlaina Her Yerde Hidayetdi Namaz
Allaha Secdedir Peygembere Hormetdi Namaz


La Feta Illa Eli La seyfi Illa Zulfiqar!!!
HIDAYET YOLUNUN YOLCULARINA SALAM OLSUN!


Mektubu deyişdi Huseyin_ashiqi - Şenbe, 10.05.2008, 21:52
 
ZehrayiNur Vaxt: Çerşenbe, 14.05.2008, 06:08 | MƏKTUB # 4
Jurnalist
Qruplar: Istifadeçiler
MEKTUBLAR: 109
Status: Hal hazirda xetde deyil
Namaz dinin sutunu, ruhumuzun pakligidir.

Həmçinin onların qəlblərinin qəzəbini aradan aparsın. Allah nəzərini istədiyi şəxsə yönəldərək tövbəsini qəbul edər. Allah bilən və hikmətlidir(Tovbe 15)
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Həqiqətən Cəhənnəm əhlinin nalələrinin əksəriyyəti tövbəni tə`xirə saldıqları üçündür.
 
istifadəçi Vaxt: Cüme axşamı, 05.06.2008, 22:52 | MƏKTUB # 5
Aktiv İstifadeçi
Qruplar: Aktiv istifadeçiler
MEKTUBLAR: 73
Status: Hal hazirda xetde deyil
Namaz vacibdir!!! Bir sözle bele ifade etdim!

canimi nezr etmishem bir sevgili can eshqine,
canfeda olmag xoshdur sevgili canan eshqine
 
ZehrayiNur Vaxt: Şenbe, 14.06.2008, 17:06 | MƏKTUB # 6
Jurnalist
Qruplar: Istifadeçiler
MEKTUBLAR: 109
Status: Hal hazirda xetde deyil
Namazsiz Insan hec nedir.Denizde Yelkensiz gemidir.

Həmçinin onların qəlblərinin qəzəbini aradan aparsın. Allah nəzərini istədiyi şəxsə yönəldərək tövbəsini qəbul edər. Allah bilən və hikmətlidir(Tovbe 15)
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Həqiqətən Cəhənnəm əhlinin nalələrinin əksəriyyəti tövbəni tə`xirə saldıqları üçündür.
 
Huseyin_ashiqi Vaxt: Bazar ertesi, 21.07.2008, 14:15 | MƏKTUB # 7
Aktiv İstifadeçi
Qruplar: Istifadeçiler
MEKTUBLAR: 54
Status: Hal hazirda xetde deyil
Həzrət Peyğəmbər (s.ə.v.s.)- dən Hədi
Bir gün həzrət Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) müsəlmanlara buyurdu:

«Qapınızın kənarından müalicə əhəmiyyətli su arxı axarsa və siz də həmən suda hər gün beş dəfə yuyunsanız, bədəninizin çirkinin yuyulub paklaşmasından sevinərsinizmi?!

Müsəlmanlar dedilər: Bəli, ey Allahın elçisi!

Həzrət Peyğəmbər (s) buyurdu: Gündəlik beş vaxt namaz da belədir.»

Hər gün Allah qarşısında xalis niyyətlə dayanaraq qıldığımız namazlar da bizim ruhumuzu, nəfs və ağlımızı beləsə saflaşdırır.

Добавлено (21.07.2008, 13:15)
---------------------------------------------
Həzrət Əmirəl-mö᾽minin Əli əleyhissəlam buyurmuşdur:

«Namaza əhəmiyyət verib onu qoruyun və çoxlu namaz qılıb onun vasitəsi ilə Allaha yaxınlaşın. Çünki namaz Allah-taala tərəfindən müəyyən vaxtlarda mö᾽minlərə vacib olmuşdur.

Cəhənnəm əhlinin verəcəyi cavab haqqında eşitməmisinizmi?! Onlardan soruşarlar — hansı əməl sizi Cəhənnəmə gətirdi?

Deyərlər: Biz dünyada namaz qılan deyildik.

Namaz günahları ağacyarpaqları kimi yerə tökür...

Добавлено (21.07.2008, 13:15)
---------------------------------------------
«Yarpaqlar töküldüyü kimi, günahları tökür» sözünün mə᾽nası yə᾽ni, payız vaxtı külək saralmış yarpaqları yerə tökdüyü kimi, namaz da sanki insan ruhunu silkələyərək günahlarını yerə tökür.

Həzrət Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) namazı insanın qapısı kənarından axan su arxına bənzətmişdir ki, insan hər gün beş dəfə o suda yuyunduqda bədənində heç bir çirk qalmadığı kimi, beş vaxt qıldığı namaz da onun günahlarını aradan aparır.

Namazın əhəmiyyətini elə şəxslər dərk edərlər ki, onların gözlərini dünya malının zinəti, övlad, mal və digər şeylər örtməmişdir.

Allah-taala Qur᾽anda buyurur:

«O kəslər ki ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz...» (Nur surəsi/37).

Həzrət Peyğəmbərə (səlləllahu ələyhi və alihi və səlləm) namaz qıldıqdan sonra Behişt və᾽dəsi verildi və daha sonra buyuruldu:

«Əhlinə (Əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbrlə davam et...» (Taha surəsi/132).

Beləliklə də o həzrət (s) ailəsinə namaz qılmağı göstəriş verir və özü də namaz qılmaqda səbirli olurdu.»

Həyatda günahsız insan tapmaq çox çətindir. Çalışmalıyıq ki, heç bir vaxt günah etməyək və əgər günah etmişiksə də, öz bağışlayan və mərhəmətli Rəbbimizdən onları əfv etməsini diləyək və namaz qılmaqla onları aradan aparıb ruh və nəfsimizi saflaşdıraq.


La Feta Illa Eli La seyfi Illa Zulfiqar!!!
HIDAYET YOLUNUN YOLCULARINA SALAM OLSUN!
 
F O R U M » DİN » İSLAM VE EHLİ-BEYT » NAMAZ
  • Страница 1 из 1
  • 1
Поиск:


Copyright MyCorp © 2024
Хостинг от uCoz