ISLAM DUNYASI Çerşenbe axşamı, 21.11.2017, 21:40
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск

    Əxlaq

    Bismilləhir-Rəhmanir-Rəhim.

    Şübhəsiz ki,bütün insanlar xoşbəxtliyi və kamilliyi sevir və daimona çatmaq arzusunda yaşayırlar.Bu yerdə Ustad Şəhid Mürtəza Mütəhhərinin bir özünü sizlərə çatdırmaq istərdim.Ustad insanın öz kamilliyini və xoşbəxtliyini sevməsini bir gül toxumuna bənzədir:(Təbii ki,bir çoxumuz gül toxumu görmüşük və o toxumu torpağa əkirik.Bu zaman ilk öncə torpaqdan kiçik bir cücərti verdiyini görərik,daha sonra o kiçik cücərti bir az böyüyüb tikanlı bir kol olar,zaman keçdikdə həmin kol gözəl bir təravətli gül açar və nəhayətdə o gül təravətini itirər və sonda həmin ki,əkdiyimiz toxuma çevrilər.İnsanda eynən bu cür öz kamilliyinin ə xoşbəxtliyinin vurğunudur).

    Bu böyük səadətə nail olmanın fsin saflaşdırılması vətərbiyələndirilməsi,yəni rəzil əxlaqi sifətləri özündən uzaqlaşdırıb,bəyənilmiş keyfiyyətləri özündə yaratmalıdır.Allahın(c.c) göndərdiyi Peyğəmbər və övliyyalar da bu yolla getmiş və bəşəriyyəti bu yola dəvət etmişdir.

    Həzrət Əli (ə) da nəfsin təlim və tərbiyəsində qtiyyətli olmağı xoşbəxtliyin açarı hesab edərək buyurur:”Fərz edək ki,əgər bizim behiştə getmək ümidimiz və cəhənnəm əzabından qorxumuz olmasaydı belə,yenə də əxlaqı saflaşdıma yolunu tutub,nəfsimizi çirkiniklərdən paklaşdırmağın yeri vardır.Çünki səadəti yalnız yalnız bu yolla əldə etmək olar.”(Mişkatül-ənvar. səh-243,Biharül-ənvar.cild-66.səh-405)

    “Əxlaq” kəlməsixülqsözünün cəmi vəxülq insanın daxili şəkli mənasıdır.Bunun müqabilində olan “xəlq” sözü isə əşyanın zahiri şəkli mənasında işlənmişdir.İnsanda olan daxili keyfiyyətlər əxlaqdır.İnsanlarda müşahidə olunan hər bir əməl və rəftar da əxlaq və əxlaqi rəftar adlanır.

    “Xəlq” xülqsözü ərəb məəli olub,eyni kökdən götrülmüşdür.Lakin,məna etibarı ilə bu sözlər bir-birindən fərqlənir.

    Əxlaq alimləri insanın nəfsani sifətlərini iki hissəyə bölmüşlər;

    1) Fitr;

    2) Təbii.(İktisabi (kəsb edilmiş,qazanılmış və ya ixtiyari)).

    Ftri sifətlər insanın nəfsani qüvvəsində zatən yaradılmış keyfiyyətlərdir.Onları əldə etməklə iradənin və əməlin heç bir rolu yoxdur.Məsələn,buna Allahaxtarma,irfan,təbii his (metafizika),maraq hissi,haqqsevərlik,başıucalıq və alıaçıqılıq,əql,şəhvət,qəzəb və bu kimi daxili hisslər.İnsanın daxili xüsusiyyətlərindən hesab edilən belə hisslər əslində ona əta olunmuş,onu zati və nəfsani qüvvəsi mərhələsində insanı başqa canlılardan ayıran bir imtiyazdır.

    İktisabi sfətlər isə əməl və ixtiyar mərhələsində tədriclə qazanılan,fitri sifətlərdən faydalanaraq insan üçün bir nəticə verən xüsusiyyətdir.Əgər fitri istedadlardan və qabiliyyətlərdən düzgün istifadə olunmasa,iktisabi sifətlər də pis olacaqdır.

    Hər halda,əxlaqi keyfiyyətlərə yetişmək üçün elmi,əməli təcrübə və daim öz üzərində çaləçmalar lazımdır.Bunun üçünsı gərək biz rəzil (alçaq) sifətləri tanıyaq və insan şəxsiyyətinin həqiqi məqamlarəndan hali olaq.Bundan sonra isə nəfsi-əmmarə (pis içlərə sövq edən qüvvə) ilə mübarizə aparaq.Bunun üçün gərəkdir biz öz nəfsimizi daim təim-tərbiyə edək.

    Peyğəmbərlərin ən böyük və əsas hədəfi insanların nəfslərini aludəliklərdən, rəzil sifətlərdən saflaşdırıb onların ruhunu pərvəriş vermək, çiçəkləndirməkdir. Allah-taala Qur`ani Kərimdə buyurub: “Allah mö`minlərə minnət qoyaraq onların arasından özlərindən olan bir peyğəmbəri seçdi ki, Allahın ayələrini onlara tilavət etsin, onların nəfslərini, ruhıarını (aludəliklərdən və rəzil sifətlərdən) saflaşdırsın, onlara kitab və hikmət öyrətsin, həqiqətən (çünki) əvvəllər onlar azğınlıqda idilər” (“Ali-Imran” surəsi, ayə…164).

    Tə`lim və tərbiyə məsələsi o qədər mühüm bir işdir ki, bu peyğəmbərlərin göndərilməsinin əsas hədəfi olmuşdur. Mütəal Allah da bu barədə Öz bəndələrinə minnət qoymuşdur. İnsanın fərdi və ictimai şəxsiyyəti, dünyadakı və ya axirətdəki səadəti, yaxud xoşbəxtliyi özünün şəxsiyyətini necə qurmasına bağlıdır. Məhz buna görə də insan üçün nəfsin, ruhun saflaşdırılması müqəddəratı həll edən bir məsələ hesab olunur. Peyğəmbərlər məhz buna görə göndərilmişlər ki, insanlara nəfsin təmizlənməsi, pərvəriş verilməsi və təkmilləşdirilməsini öyrətsinlər, bu həyati işdə insanların köməkçisi olub onlara düzgün yol göstərsinlər. Peyğəmbərlər insanların nəfslərini çirkin əxlaqlardan, rəzil xüsusiyyətlərdən və heyvani sifətlərdən paklaşdırmaq, onlarda gözəl, əxlaqi fəzilətləri və insani keyfiyyətləri gücləndirmək üçün göndərilmişlər. Peyğəmbərlər insanlara nəfsin saflaşdırılması dərsini vermək, çirkin əxlaqları tanıtmaq, nəfsani istəkləri və meylləri cilovlamaq yolunda onlara kömək etmək, onları ilahi əzabdan qorxutmaqla nəfslərini pis işlərdən, çirkinliklərdən təmizləmək üçün göndərilmişlər. Peyğəmbərlər gəlmişlər ki, insani keyfiyyətləri və əxlaqi səciyyələri onların nəfslərində aşılayıb pərvəriş versinlər, çiçəkləndirsinlər, yaxşı işlərə təşviq etməklə, rəğbətləndirməklə onlara köməkçi olsunlar.

    Peyğəmbəri Əkrəm (s) buyurmuşdur: “Sizi gözəl əxlaqlara tövsiyə edirəm; Allah məni həmin məqsədlə göndərmişdir.”(“Biharul-ənvar”, 69-cu cild, səh.375)

    Başqa bir hədisdə buyurur: “Mən buna görə məb`us olmuşam ki, nəfslərdə gözəl əxlaqları tamamlayam.” (“Müstədrəkul-vəsail”, 2-ci cild, səh.282)

    Axı Allah (c.c) bizi çox üstün qərar vermişsə biz niyə öz qədir və qiymətimizi bilməyək və Ona,layiq olmayaq?

    Hikmətli Allah Qur`ani Kərimdə insanın yaradılışını belə vəsf edir: “Biz insanı palçığın xülasəsindən yaratdıq, sonra onu nütfə halına salaraq möhkəm bir yerdə (atanın sülbündə və ananın bətnində) qərar verdik. Sonra nütfəni ələqə və ələqəni yumşaldılmış ət halına saldıq, o əti sümüyə döndərdik, sonra o sümükləri ətlə örtdük. Daha sonra təzədən (mələkuti, mücərrəd ruh verməklə) digər bir xilqət inşa etdik. Yaradanların ən yaxşısının kamil qüdrətinə afərin!”( “Mö`minun” surəsi, 12-14)

    hz insanın yaradılışı barəsində Allah-taala buyurur: “Təbarəkəllahu əhsənul-xaliqin.” Məhz bu mələkuti ruh səbəbi ilə insan elə bir yüksək məqama çatır ki, Allah mələklərə səcdə etmək əmrini verib buyurur: “Adəmi yaradıb (Özümə mənsub olan) ruhdan ona verdikdə, siz ona tərəf səcdə edin!” (“Hicr” surəsi, ayə:29) İnsan Allah tərəfindən ehtirama layiq görülür və onun barəsində buyurulur “Biz Adəm övladlarını əzizlədik, onları quruluqların və dəryaların miniyinə səvar etdik, hər bir ləzzətli və pakizə yeməklərdən onlara ruzi verdik və onu məxluqatın çoxundan üstün etdik.” (“Isra” surəsi ayə:70) Bu yüksək məqam da məhz onun mələkuti ruhuna görədir.

    Deməli insan öz nəfsini saflaşdırmaq və həqiqi insan olmaq istəyirsə onda, heyvani və cismani “öz”ünü yox, insani “öz”ünü pərvəriş verməlidir. Peyğəmbərlərin hədəfi də bu olmuşdur ki, insana, onun insani yönünün qurulmasında və pərvəriş verilməsində kömək etsin.

    Календарь
    «  Noyabr 2017  »
    BeÇaÇCaCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 401
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 2
    Qonaqlar: 2
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2017
    Хостинг от uCoz