ISLAM DUNYASI Cüme axşamı, 19.10.2017, 11:14
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Qeyrətli və əxlaqlı insanlar.
    Əxlaqlı olmağın insana qazandırdığı gözəlliklər.Özünə güvənən və özünə hörmət göstərən insan, şərəfli bir şəxsiyyətə də malikdir; şərəfli insanların sahib olduğu özünə inam və uca ruh, onların problemlər qarşısında daha müqavimətli olmalarına və həyatın çətin keçidlərində daha möhkəm addımlarla getmələrini təmin edir.İnsan cəmiyyətdə özün elə aparır ki,hamıya nümunə olur.Necə ki,aşağı siniflərdə bir şagird yaxşı oxuyar,müəllimi oxumayan şagirdlərə oxuyan şagirdi nümunə göstərib onun kimi olmağın istəyər.Şərəfli bir insan, problemlərlə qarşılaşdığında qarşılaşdığı problem nə olursa olsun, psixoloji çöküntü və ya sarsılmalara uğramadan, əmin addımlarla həllə doğru hərəkət etməyə başlar və problemin ortadan qaldırılması istiqamətində əlindən gələn, edə bildiyi hər işi edər. Qısacası qürur, insanın müvəffəqiyyəti üçün ən böyük və ən qiymətli sərmayələrdən biridir, qürur problemlərə qarşı istifadə edilə bilən ən möhkəm qalxanlardan biridir. İnsan əxlaqlı olmaqla bərabər qürurluda olarsa dahada kamilləşər.Hətta günah etməkdən çəkinər.Çünki bilər ki,günah etmək bunu insan olmaqdan çıxarar.İnsan dəfələrlə günah edir.Amma bir duada var Ya Rəbbi sən pislik edənədə yaxşılıq edirsən.İndi biz necə edək günah işləyək?!Bunu necə qürurumuza yedirə bilərik?! Peyğəmbərin(s) nəzəri bizdədir,Əhlibeytin(s) nəzəri bizdədir.Günah iş görəndə gərək biz Allahdan xəcalət çəkək,biz gərək İmam Zaman(ə.f) xəcalət çəkək,biz gərək Hz.Muhamməddən xəcalət çəkək.Kumeyl duasında var Ya Rəbbi mənim günahlarım çoxdu,amma sənin rəhmətin daha çoxdur.Əgər sənin mehribanlığın yaxşı insanlara xasdırsa bəs pislərin halı necə olar?!.Mən insanların ən yaxşısı ola bilmədim,amma ən pisidə olmadım,mən tövbə edirəm nolar Allahım günahlarımı bağışla.Mal və oğulların fayda vermədiyi bir gündə səndən dönmərəm. Hz Əli(ə) belə buyurur: Şərəfli insan üçün nəfsin istəkləri dəyərsizdir. Şərəfli insanların tamamilə dünya zövqlərindən uzaq, tək və zöhd dolusu bir həyat yaşadıqlarını demək istəmirik, tam əksinə, insanlarla iç içə, digər insanlar kimi bir həyat yaşadıqlarını ancaq digər insanlar kimi eqoist istəklər üçün hər cür pislik qapısını döyməyən insanlar olduqlarını söyləmək istəyirəm. Dünya zövqlərinə əsir olan, yalnız bu zövqlər üçün yaşayan insanlar kimi deyil də dünya zövqlərinin ipini öz əlinə almış, istəklərinə məğlub olmayan və bu istəklərə istiqamət verən insanlardırlar şərəfli insanlar. İmam Hadi (ə) belə buyurur: Özünə dəyər verməyən adamın şərindən özünü qorunmuş bilmə. Bir uşağın əlindəki qiymətsiz bir şüşə vazanı düşünün, sizcə onu qorumaq üçün nə qədər səy göstərər? Onun dəyərini bilmədiyi üçün hər an yerə salıb qıra biləcəyi kimi sizin əlinizdəki digər vazanı da qıra bilər çünki ikisi də onun üçün bir oyuncaqdan ibarətdir və ikisinin də dəyərini bilmir. Özünə dəyər verməyən bir insan, asanlıqla günah qapılarını ardına qədər aralaya biləcəyi kimi yanındakı insanları da o qapılardan qaranlıqların dərinliklərinə sürüyə bilər.Həmdə bu insan, özünə dəyər vermədiyi üçün, yanındakı insanları da özü kimi görür və onlara istiqamətli bir çox digər pisliyi də rəva görə bilər. Hz Əli belə buyurur:Qeyrətli şəxs zina etməz.Yəni insanların qeyrəti ilə oynamaz. Şərəfli və əxlaqlı insanlar, qarşılarına çıxan mənfi hadisələr qarşısında digər insanlar kimi səbirsizcə davranışlardan qaçındıqları kimi bu problemlərin çoxluğu və ya şiddətli olması onları yollarından döndərmir. Şərəfli və əxlaqlı insanlar, səbirli insanlardırlar.
    Календарь
    «  Oktyabr 2017  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 400
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2017
    Хостинг от uCoz