ISLAM DUNYASI Bazar, 28.04.2024, 21:07
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2008 » Oktyabr » 5 » 2008-ci ildə Rusiyada milli zəmində öldürülənlərin əksəriyyəti azərbaycanlılardır.
    17:07
    2008-ci ildə Rusiyada milli zəmində öldürülənlərin əksəriyyəti azərbaycanlılardır.
    İnsan Haqları İnstitutunun Moskva bürosunun müşahidələrinə əsasən, əcnəbilər üçün ən təhlükəli yerlər Moskva, Nijni Novqorod, Sankt-Peterburq, Çelyabinsk və Kaluqadır.
     
    İnsan Haqları İnstitutunun Moskva bürosu 2008-ci il yanvarın 1-dən oktyabrın 1-dək Rusiya ərazisində milli zəmində baş vermiş cinayətlərə dair statistik məlumatları açıqlayıb. Hesabatda bildirilir ki, cari ilin ilk doqquz ayı ərzində ölkədə rəsmən (hüquq-mühafizə orqanları tərəfindən qeydə alınmış) 238 cinayət hadisəsi baş verib ki, onların da nəticəsində 108 nəfər ölüb, 235-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb. Büronun ekspertləri qeyd edirlər ki, yay aylarında belə faktların sayı azalsa da, avqustun ikinci yarısında yenidən artım müşahidə edilir. Sənəddə bildirilir ki, 2008-ci ilin ilk doqquz ayı ərzində ən çox cinayət hadisəsi Moskva və Sankt-Peterburq şəhərlərində, Nijni Novqorod, Kaluqa, Çelyabinsk vilayətlərində və Dağıstan Muxtar Respublikasında qeydə alınıb. Ən çox hücumlara məruz qalanlar isə azərbaycanlılar olub.

    Xəbər verilir ki, bu ilin əvvəlindən milli zəmində baş vermiş cinayət hadisələrinə görə 138 nəfər məhkəmə qarşısında cavab verib. Onların arasında (cinayətin ağırlığına görə) 5 ildən 20 ilədək, 1 ildən 5 ilədək həbs cəzasına məhkum edilənlər olub. Beş nəfər isə hakimlərin qərarı ilə ömürlük həbs cəzası çəkir. /ANS PRESS/

    Просмотров: 946 | Добавил: azeri-islam
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Oktyabr 2008  »
    BeÇaÇCaCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 402
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2024
    Хостинг от uCoz