ISLAM DUNYASI Şenbe, 23.09.2017, 22:32
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2008 » Noyabr » 24 » Azərbaycan zəvvarlarının ilk qrupu Həccə yola düşüb.
    12:58
    Azərbaycan zəvvarlarının ilk qrupu Həccə yola düşüb.
    Onlar Bakını bu gecə avtobusda tərk edib.
     

    Müqəddəs Həcc ziyarətinə avtobusla yollanan zəvvarların ilk qrupu bu gecə Bakını tərk edib. Ümumilikdə isə bu növ nəqliyyatla ziyarətə yollanacaq 1600 imanlı üçün 48 avtobus ayrılıb. Təyyarə ilə gedəcək zəvvarlar isə Bakını noyabrın 25-də tərk edəcək. Bu il ilk dəfə olaraq təyyarə ilə gedənlər birbaşa Mədinəyə uçacaqlar (zəvvarlar əvvəllər birinci Ciddəyə gedirdilər, oradan isə Mədinəyə). Həmişəkindən fərqli olaraq, bu il onlar Mədinədə 2 gecə 3 gün yox, 3 gecə 4 gün qalacaq. Təyyarə ilə gedən hacılar 5 ulduzlu otellərdə yerləşdiriləcək. Bu otellərin qapıları birbaşa ziyarətgahın özünə açılır. Avtobusla gedənlər üçün otellər isə bir az aralıda yerləşir.

    Zəvvarlar Mədinədən Məkkəyə yola düşəcək, Şəcərə məscidində ehram bağlayaraq Məkkəyə girəcəklər. Ümrə ziyarəti edib, sonra təməttö həcci, təfav edəcəklər və digər ayinləri yerinə yetirəcəklər. Sonra ehramdan çıxacaqlar və Ərəfata getmək üçün ikinci dəfə Məkkədə ehram bağlayacaqlar.

    Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ANS-ə eksklüziv müsahibəsində deyib ki, azərbaycanlı zəvvarlara ehsan veriləcək: "Heydər Əliyev həzrətlərinin vəfatı həmin günlərə düşdüyünə görə, yəni ki, Ərəfatda, Müzdəlifədə və Minada hacılarımıza ehsan paylanacaq. Bu ehsan üçün bütün xərcləri verən - Onun ailəsidir". Onu da qeyd edək ki, bu il prezident İlham Əliyev seçki dövründə fəal iştirak edən dindarların arasından 110 nəfəri Məkkəyə öz hesabına göndərir.
    Ümumiyyətlə isə bu il Həccə Azərbaycandan 5000-ə yaxın adam yola düşür. Qeyd edək ki, azərbaycanlı zəvvarlar vətənə dekabrın 15-dək qayıtmalıdır. Allah ziyarətinizi qəbul etsin!

    Просмотров: 422 | Добавил: azeri-islam
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Noyabr 2008  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 400
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2017
    Хостинг от uCoz