ISLAM DUNYASI Çerşenbe axşamı, 21.11.2017, 21:40
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2008 » Dekabr » 17 » “QƏDİR XUM” - İSLAMIN ƏN BÖYÜK VƏ MÜQƏSSƏS BAYRAMI.
    12:45
    “QƏDİR XUM” - İSLAMIN ƏN BÖYÜK VƏ MÜQƏSSƏS BAYRAMI.
    Ey mövlam! Zaman bizi ayırsa da, məkan bizi uzaq salsa da, biz nəhayətsiz ruhumuzla zaman-məkan hüdudlarını sındıraraq səninlə beyət edir və Peyğəmbərimizin (s) sözünə qulaq asaraq daim sənin, məsum övladlarının rəhbərliyini qəbul edəcəyik. Biz sizin yolunuzdan heç zaman ayrılmayacağıq!
     
    Zilhəccə ayının bərəkətli günləri davam edir. Müqəddəs Həcc ziyarəti, Qurban bayramının ardınca İslamın əhdi-peyman bayramı sayılan böyük “Qədir-Xum” bayramı yetişməkdədir.Biz bu gözəl bayram münasibəti ilə bütün dünya müsəlmanlarını və Azərbaycan xalqını təbrik edirik.

    Məşhur sünni alimi Hələbi öz kitabında Təbəranidən və o da Hüzeyfə ibn Üseyddən belə nəql edir ki, İslam peyğəmbəri (s) həcci qurtardıqdan sonra geri qayıdarkən Məkkə ilə Mədinə yolu arasında Məkkə, Mədinə Şam və Misir hacılarının ayrıldığı Qədir Xum adlı yerdə göstəriş verdi ki, adamlara mane olan kol-kosu kəssin və ağacların altındakı tikan kollarını təmizləsinlər. Sonra Həzrət (s) Zöhr namazını qıldı və bundan sonra səhabələrin dəvələrin gəcavələrindən hazırladığı uca bir yerə çıxaraq sözə başladı:

    “Ey camaat...Allah mənim ixtiyar sahibim, mövlam və mən də möminlərin ixtiyar sahibi, mövlasıyam. Mən möminlərə onların özündən daha yaxınam. Beləliklə, mən hər kəsin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. İlahi, onu sevəni sev, ona düşmən olana düşmən ol.

    Ey camaat, qiyamət günü mən sizin qarşınızda olan halda yol gedəcəyəm və sizin hamınız eni Dəməşqin Busra şəhəri ilə Yəmənin Səna şəhərinin arası qədər olan Kövsər hovuzunun kənarına gələcəksiniz. O hövuzda ulduzların sayı qədər qədəhlər vardır.

    Orada siz mənim yanıma gələn zaman mən sizdən dünyadan gedərkən əmanət qoyduğum o iki əmanət haqqında soruşacağam ki, görüm siz onlarla necə davranmısınız?

    Onlardan biri Allahın kitabı Qurandır. O, uca Allahla sizin aranızda bir rabitədir. Onun göstərişlərinə əməl edin ki, yolunuzdan azmayasınız və müsəlmanlığınızı əldən verməyəsiniz.

    İkincisi isə itrətim, Əhli-beytimdir. Allah mənə bildirmişdir ki, Allahın kitabı və Əhli-beytim qiyamətəcən bir-birindən ayrılmayacaq, beləliklə də Kövsər hovuzunun kənarında mənə birləşəcəklər (“Mucəmul-Kəbir”, 3/180; Hələbinin “Sirə”si, 3/36).

    Bu toplaşma bir neçə cəhətdən maraqlıdır:


    1. Zaman: Peyğəmbərin (s) ömrünün son anlarıdır. Hicrətin 10-cu ili, zil-həccə ayının 18-dir. Ərəbistan səhrasının hər yerə od ələndiyi zöhr vaxtıdır. Hamıya maraqlıdır ki, bu istidə Peyğəmbər (s) nə demək istəyir?

    2. İştirak edənlər: Tarixi mənbələrdə buraya toplaşanlarının sayının 90 minlə 124 min arasında olduğu yazılmışdır. Onlar islam məmləkətinin müxtəlif şəhərlərindən gəlmişlər. Bu görüşə gələnlər Peyğəmbərin (s) öz göstərişinə əsasən bu il həccə gələnlər idi. Hər qrup və tayfadan adam olmağı bu işin əhəmiyyətini daha da artırırdı.

    3. Peyğəmbərin (s) əhvalı: Həzrət (s) çox həyəcanlı idi. O Cənabın (s) narahatlığı şəxsən özünə görə deyildi. O həzrət (s) İslamın gələcəyinə görə narahat idi. Allah bu zaman “Allah səni camaatın şərrindən qoruyacaq.” -ayəsini nazil etdi.

    4. Xəbərin əhəmiyyəti: Bu canişinlik məsələsini çatdırmağın əhəmiyyəti barədə Quranın “Deyiləni çatdırmasan, peyğəmbərlik vəzifəsini yerinə yetirməmiş sayılırsan.” -ayəsi kifayətdir.

    Qədir xütbəsinin bizə öyrətdikləri


    1. Bütün hacıların toplanması bəhanələrin qarşısını almağa görə idi.

    2. Həzrətin (s) xütbədə buyuduğu “mən məsulam” sözündən məqsəd budur ki, deyilən sözlər adi sözlər olmayacaq. Həmçinin, “siz də məsulsunuz”da məqsəd budur ki, siz də eşitdikləriniz qarşısında məsuliyyət daşıyırsınız.

    3. Peyğəmbər (s) İmam Əliyə (ə) kömək edənlərə dua etmiş və düşmənlərinə qarğış tökmüş, bunla da Əliyə (ə) itaətin vacib olduğunu bildirmişdir.

    4. Səhabələrin Kövsər kənarında Peyğəmbərlə (s) görüşmələri bir çox rəvayətlərdə öz əksini tapmışdır. Belə ki, hədislərdə bir çox səhabənin hövuza buraxılmayaraq cəhənnəmə doğru aparıldığını yazmışlar. Peyğəmbər (s) deyəndə ki, axı bunlar məni əshabımdır, məgər onlar neyləmişlər, Həzrətə (s) belə cavab veriləcək: “Bunlar səndən sonra dindarlıqdan çıxaraq İslamdan əvəlki adət-ənənələrə qayıtdılar (“Səhih”-Buxari, 7/207, rəqəm-6587).

    5. Peyğəmbər (s) bildirdi ki, Əhli-beyt Qurandan və Quran da Əhli-beytdən heç zaman ayrı düşməyəcək. Həzrət (s) bu sözləri ilə isbat etdi ki:
    a) Əhli-beyt (ə) məsumdur.
    b) Onlar Quranla çiyin-çiyinə irəliləyirlər.
    v) Onlar da cəmiyyətdə Quran kimi həmişə qalacaqlar.
    q) İslam ümməti nə qədər ki, Quran və Əhli-beytlədir, azğınlıqlardan amanda qalacaq.
    d) Müsəlmanlar Quran və Əhli-beytlə (ə) bağlı ağır məsuliyyət daşıyırlar.

    Qədir Xum və bizim vəzifəmiz


    Peyğəmbərimiz (s) öz mübarək xütbəsinin sonunda camaata buyurdu: “Burada olanlar sözlərimi burada olmayanlara çatdırsınlar”.Bu göstərir ki, Əlinin (ə) canişinliyi çox əhəmiyyətli bir məsələdir. Qədir Xum yalnız orada iştirak edənlərə aid deyildir. Bu xəbər hər yeri tutmalı, zaman-məkan sərhədlərini aşmalı, onun xəbərini bütün nəsillər duymalıdır. Bu xəbəri Peyğəmbərin (s) öz buyuruğuna əsasən hamı eşitməli, üzərində ciddi düşünməlidir. Əks təqdirdə biz bunun qarşısında ciddi məsuliyyət daşıyırıq. Allah göstərməsin ki, Həzrətin (s) buyuruqlarında səhlənkarlıq etdiyimizə görə o Cənab (s) qiyamət günü biz öz yaxınına buraxmasın və bizdən üz döndərsin. Bundan da ağır bir cəza təsəvvür olunarmı?!

    Mərhum Kuleyninin kitabında, bir hədisdə belə nəql edir: “Salim nəql edir ki, imam Sadiq (əleyhis-salam)-a belə ərz etdim: “Müsəlmanlar üçün Cümə günü, Qurban və Fitir bayramlarından başqa bir bayram varmı?”
    Həzrət (əleyhis-salam) buyurdu: “Bəli, (müsəlmanlar üçün bu bayramlardan) daha müqəddəs bir bayram vardır.” Mən soruşdum: “Sənə fəda olum, o hansı bayramdır?”
    Həzrət (əleyhis-salam) buyurdu: “O gündə Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) Əmirəl-möminin Əli (əleyhis-salam)-ı öz canişini təyin edərək buyurmuşdur: “Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.”- O gün ilin hansı günüdür?
    - O günün ilin hansı gününə düşdüyünü nə edirsən ki?! Şübhəsiz ki, il cərəyandadır. O gün isə Zil-hiccə ayının on səkkizidir.”
    - Biz bu gündə hansı əməlləri yerinə yetirsək yaxşı olar?
    - Bu gündə Allah-taalanı oruc tutmaq, ibadət etmək və Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Ali-Məhəmmədi (əleyhis-salam) yada salmaqla yad edin.
    Həqiqətən Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Əmirəl-mö`minin Əli (əleyhis-salam)-a vəsiyyət etmişdir ki, bu günü bayram keçirsin. Belə ki, əvvəlki Peyğəmbərlər də öz canişinlərinə vəsiyyət edərdilər ki, (özlərinin canişinliyə seçildiyi günü bayram keçirsinlər) və onlar da bu günü bayram keçirirdilər."

    Həmçinin “Biharul-ənvar” kitabında imam Sadiq (əleyhis-salam)-dan başqa bir hədisdə belə nəql olunub. İmam Sadiq (əleyhis-salam) buyurub:
    “Qədir-Xum” günü oruc tutmağın savabı, dünyanın ömrü qədər oruc tutmağın savabına bərabərdir ki, dünyanın ömrü qədər həyat sürüb, ömür boyu oruc tutan şəxsin savabı, “Qədir-Xum” bayramı günü tutulan orucun savabı ilə bərabərdir.
    Allah dərgahında bu gündə tutulan orucun savabı, hər yerinə yetirilən və Allah tərəfindən bəyənilib, qəbul olunan yüz həcc və yüz ümrə əməlləri ilə bərabərdir.
    Bu bayram Allah-taalanın ən böyük bayramıdır".

    Allahın göndərdiyi bütün (ilahi) Peyğəmbərlər bu günü bayram keçirmiş və O, bu günün müqəddəsliyini öz Peyğəmbərinə tanıtdırmışdır. Bu bayramın göylərdəki adı “Eydül-mə`hud” və yer üzərindəki adı isə “Yovmul-misaqil-mə`xuz” (əhd-peyman bağlanan gün) və “Əl-cəm`ül-məşhud”-dur.”

    Sonda bunu qeyd edək ki, orada olan bütün səhabələrin bu rəhbərliyə seçildiyinə görə İmam Əlini təbrik etdikləri kimi, biz də o Cənabı (ə) təbrik edək və deyək:
    Ey mövlam! Zaman bizi ayırsa da, məkan bizi uzaq salsa da, biz nəhayətsiz ruhumuzla zaman-məkan hüdudlarını sındıraraq səninlə beyət edir və Peyğəmbərimizin (s) sözünə qulaq asaraq daim sənin, məsum övladlarının rəhbərliyini qəbul edəcəyik. Biz sizin yolunuzdan heç zaman ayrılmayacağıq!
    Biz heç zaman Peyğəmbərin (s) və onun təyin etdiyi Əhli-beytdən (ə) ayrılmayacağıq!


    “Birlik-Press” Qəzeti
    Просмотров: 548 | Добавил: azeri-islam
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Dekabr 2008  »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 401
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 2
    Qonaqlar: 2
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2017
    Хостинг от uCoz