ISLAM DUNYASI Şenbe, 23.09.2017, 22:20
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2009 » Fevral » 2 » BUŞ, DÖVRÜNÜN NƏMRUDU, FİRONU, ƏBU CƏHLİ, YEZİDİDİR.
    20:28
    BUŞ, DÖVRÜNÜN NƏMRUDU, FİRONU, ƏBU CƏHLİ, YEZİDİDİR.
    ”Yüzlərlə günahsız insanın qanına susayan qatillər cəzasız qalmamalı, beynəlxalq məhkəməyə verilməli və cəzalandırılmalıdır!”
    “Kafirlərin diyar-diyar gəzib dolaşması səni aldatmasın! Bu, azacıq bir mənfəətdir. Sonra isə onların məskəni Cəhənnəmdir. Ora necə də pis yataqdır! (Ali-Imran 196-197)”
     
    Bismilləhir-Rahmənir-Rahim! Bəşər tarixində tanınmış insanların sayı qeyri-tanınmış insanlarla nisbətdə az olsa da, onlar qeyrilərindən fərqlənən, seçilən, adı kimi tanınan kimsələrdir.
    Əgər qeyri-tanınmışları ancaq özləri və yaxınları tanıyırsa, tanınmışlar həm özləri, həm yaxınları, həm də, qeyri-tanınmışlar tərəfindən tanınırlar. Tanınanların özəlliyi bundan ibarətdir ki, onlar tanınırlar, onları tanıyırlar. Onlar dedikləri hər hansı bir söz və ya sözlər və yaxud etdikləri hər hansısa bir hərəkət və ya hərəkətlərlə adlarını tarixin silinməyən səhifələrinə yazırlar. Zaman keçdikcə unudulmurlar, xatırlanırlar.
    Çoxları üçün mühüm olan tanınmaq olsa da, həqiqətdə bu (tanınmaq) mühüm deyil. Bəs görəsən burada mühüm olan nədir? Ağıl sahibləri razılaşar ki, mühüm olan tanınmış şəxsin necə tanınmasıdır. Mühüm olan həmin şəxsin hansı sözlərlə, hansı hərəkətlərlə tanınmasıdır. Görəsən, bu tanınmış insan yaxşı iş görməklə, fayda verməklə tanınır, yoxsa pis adla, mənfi insan kimi? Yaxşılıq edən, fayda verən tanınmışlar hörmət və rəhmət qazanır, pis ad çıxaran, mənfi insan kimi tanınanların qazandığı isə əlbəttə ki, nifrət və lənətdir. Bu günədək sayını bilmədiyimiz tanınmışlara rast gəlinib tarix boyu. Bu tanınmışlar içində yaxşısı da, olub, pisi də. Seviləni də olub, nifrət ediləni də. Məsələn, Həzrət İbrahim (ə) və Nəmrud. Həzrət Musa (ə) və Firon. Böyük inqilabçı Həz rət Muhəmməd (s) və Əbu Cəhl. İmam Hüseyn (ə) və Yezid. Birincilər sevilənlərdir, ikincilər isə, nifrət edilənlərdir və lənətliklərdir. Tarix boyu yaxşılarla bərabər pislər də, olub. Hər dövrün yaxşısı olubsa, pisi də.
    Böyük ABŞ-ın imperatorluq və hegemonluq sevdasına düşmüş kiçik Buşu da, həmin pislər cərgəsinin bir pisidir. Mənfilər cərgəsində bir mənfidir. Mənfurlar cərgəsində bir mənfurdur. Nəmrudların, fironların, əbucəhllərin, yezidlərin davamçısıdır. Dövrünün Nəmrudu, Fironu, Əbu Cəhli və Yezididir. Necə ki, onlar haqla müharibəyə qalxmışdılar, Buş da, haqla müharibəyə qalxmışdı.
    Öz adını bu iyrənc siyahiyə salmaqla Buş bu siyahini daha da genişlətdi. Özünü 21-ci əsrin dahisi və ya 21-ci əsri “Buş əsri” kimi görmək istəyən Buş, 21-ci əsrin ən böyük cinayətlərinə əl atdı. Bu cinayətlərin görünən tərəfləri də, var, görà ¼nməyən tərəfləri də. Şübhə etmirəm ki, görünməyən tərəfləri daha çoxdur bu cinayətlərin.
    Məlum olduğu kimi, 2001-ci ildə böyük ABŞ-ın kiçik Buşu Əfqanistana soxuldu. Güya, özünün, ABŞ-ın, dünyanın narahatçılığına səbəb olan 1 nömrəli terroristi axtarırdı. (Buşa görə özü və ölkəsi narahat oldusa, bu, bütün dünyanın narahat olması deməkdir) Əfqanistanda etdiyini etdi. Qətliamlar, qırğınlar, tökülən qanlar, qubanlar və s. Axtardığını tapmadı amma, öz sürüsünü çəkib getmədi də. Daha sonra məqsədi neftə yiyələnmək olan prezident (oğlu) Buş bir kələk qurdu ki, guya, İraqda “kimyəvi silah” axtarır və guya, diktator rejimini devirib demokratiya bərpa edəcək. Beləliklə də, Əfqanistana təcavüzdən 2 il sonra İraqa hücum etdi. Amma, təbii ki, burada da, istəyinə çatmadı. Kütləvi qırğın silahi tapmaq və azad, demokratik ölkə qurmaq xəyalı reallaşmad ı, elə xəyal olaraq da, qaldı. Dünyada diktatorluq edən bu insancığaz, İraqdakı diktatoru devirmək fikrinə düşdü. Bu da, təbii haldır. Çünki özündən başqa bir diktator tanımağı öz qüruruna sığışdırmadı Buş. Beləliklə də, Buşun əmriylə İraq işğal edildi. Nə qədər günahsız körpələrin qanına bulaşdı Buşun əli. İraq torpaqlarında əkmək istədiyi “demokratiya gülləri”ni, həmin körpələrin qanıyla sulamaq qərarına gəldi. Müsəlmanların müqəddəs bildiyi məkanları xarabalığa çevirdi, viran qoydu. Axtardığı “bomba”nı iraqlı müsəlmanların mənzillərində partlatdı.
    O ölkə rəhbərləri ki, öz ölkəsində özünü əzəmətli və böyük hesab edərək “mənəm-mənəm” deyirdilər, onlar Buşun “əzəmət” və “böyük”lüyü önündə kiçiklik nümayiş etdirdilər və bir seyirçi olaraq tamaşa etdilər Buşun vəhşiliklərinə, özbaşnalıqlarına, yırtıcılığına. Öz ölkələrində “güclü mənəm” deyən bu dırnaqarası və cılız rəhbərlər, üzsüz Buşa göz ağartmaq əvəzinə diş ağardaraq “güclü sənsən” dedilər. Beynəlxalq təşkilatlar, susdu Buşun vəhşilikləri, özbaşnalıqları, yırtıcılığı önündə. Bəlkə də, Buşu dəli hesab edib “dəlidir, baş qoşmayaq” dedilər, bəlkə, “biri dəli olanda, biri ağıllı olar” fikrini əsas götürdülər, bə lkə, “dəli deyilik ki, müsəlmanları müdafiə edək” dedilər, bəlkə də, “Buşu özümüzə düşmən edəcək qədər ağılsız deyilik” deyib Buşun növbəti hədəflərinin öz ölkələri, növbəti qurbanların özləri olacağından qorxdular.
    Buş isə Əfqanistanda, İraqda meydan suladı qırğına verdiyi körpələrin qanlarıyla. İşğal etdiyi ölkələrdə insanların qanına susayan, insanları şeytanın təlimi əsasında qətliam edən Buş, bir gün bütün etdiyi cinayətlərin, törəddiyi vəhşiliklərin, insanlığa zidd olan hərəkətlərin cavabını verəcək. Sionist-İsrail rejimini, onun qəsbkarlığını, həmçinin, Qəzzada etdiyi vəhşilikləri, qırğınları nahaq qan tökmələri, etdiyi qətliamları dəstəkləməklə və bu sionistlərin tərəfindən dəstəklənməklə bir daha sübut etdi özünün işğalçı olduğunu.
    Müsəlmanları terrorçu kimi göstərməyə çalışan, zahirdə özünü terror əleyhinə mübarizə aparan kimi qələmə verən Buş, özünün törətdiyi terrordan, vəhşilikdən qafil idimi? Özünü, ölkəsini insan haqlarının müdafiəçisi kimi göstərməyə çalışan Buş, iraqlı və əfqanistanlı, eləcə də, fələstinli müsəlmanların hüquqlarının pozulduğunu, haqlarının tapdandığını görmürdümü? ABŞ və İsrail əsgərlərinin işğal etdikləri ərazilərdəki vəhşiliklərindən, əliyalın insanları, uşaqları, qadınları silahla qorxutmalarından, hər gün neçə insan tələfatından və yaralıların sayından xəbərsiz idimi? Necə olur ki, haqq-hüquq tanımayan biri, haqdan-hüquqdan danışır? Necə olur ki, şeytanın qulu olan bu insan azadlıqdan danı şır? Özünü terrora qarşı mübarizəya qalxan kimi göstərən Buş, necə olur ki, müsəlmanları terror edir, sionist dostu olan İsrailin terror etməsinə, fələstinlilərin qanını içməsinə, torpaqlarını zəbt etməsinə, məkanlarını dağıtmasına və Allah bilir daha nələr etməsinə göz yumur?
    Sionist-İsrail rejimi və ABŞ, eləcə də, bu qaniçənlərin, zülmkarların zülmlərinə, vəhşiliklərinə göz yuman beynəlxalq təşkilatlar – AB, AŞ, ATƏT, BMT, Qərb dünyası, susqunluq nümayiş etdirən bütün insanlar, bütün rəhbərlər bu qədər zülm qarşısında susduqları üçün onların zülmünə şərikdirlər və ilahi cəzalarına tezliklə çatacaqlar. Buş, təkcə Əfqanistanda və İraqda tökülən qanlara deyil, üstəlik, Sionist-İsrail rejiminin Qəzzada tökdüyü nahaq qanlara da, əlini buladı. Yüzlərlə günahsız insanın qanına susayan qatillər cəzasız qalmamalı, beynəlxalq məhkəməyə verilməli və cəzalandırılmalıdır! Buş, Rays, Olmert, Peres, Ehud Barak, Livni və bunlar kimilər tarix qarşısında cavab verəcəklər. Əgər, bu gün onla r etdikləri cinayətlərə görə cəzalandırılmırsa, qəti və dəqiq məhkəmə olan ilahi məhkəmə onlardan mütləq ölçü götürəcəkdir. Müqəddəs kitabımız buyurur:
    “Kafirlərin diyar-diyar gəzib dolaşması səni aldatmasın! Bu, azacıq bir mənfəətdir. Sonra isə onların məskəni Cəhənnəmdir. Ora necə də pis yataqdır!” (Ali-Imran 196-197)
    Buş getdi. Amma, istədiyinə nail ola bilmədi. Axtardığı terrorçunu tapa bilmədi, İraqda azad və demokratik dövlət qurmaq cəhdi və silah axtarışı nəticəsiz qaldı. Əlbəttə ki, bütün bunlar bir pərdə idi. Və Buş bu pərdəni ictimaiyyətin gözündən asmağa çalışırdı ki, həqiqətdə nələr etmək istədiyi, nələri edəcəyi və nələr etdiyi gizli qalsın, pərdə arxasında qalsın.
    Amma, bütün bunlara baxmayaraq, heç şübhəsiz şeytanların etimadını doğrultdu Buş. Heç şübhəsiz şeytanların gözündə Buşun böyük hörməti var. Heç şübhəsiz indi şeytanlar Buşun murdar vücudu ilə fəxr edirlər. Nəmrud bir milçək vasitəsilə həlakətə düçar oldu. Firon dənizdə boğulub öldü. Əbu Cəhl döyüşdə ayağı-başı kəsilib öldü. Yezid yerlə sürünə-sürünə məhv oldu. Öz zamanının Nəmrudu, Fironu, Əbu Cəhli və Yezidi olan Buş da, özündən əvvəlkilər kimi zillət içində öləcək. Necə ki, zillət içində yaşadı. Onlar mənfur insanlar kimi tanındığı kimi, Buş da, mənfur insan kimi tanınacaq. Necə ki, artıq mənfur insan kimi tanınmaqdadır. Mənfurlara ibrət üçün onların adları çəkildiyi kimi, aqibətləri misal g ətirildiyi kimi, Buşun da, adı çəkiləcək və aqibətindən ibrət alsınlar deyə, gələcək nəsillərə çatdırılacaq! Qiyamət günü Buş və buşlar öz layiqli cəzalarına çatacaqlar. Heç şübhəsiz küfrün tamamən məhv olacağı gün çox yaxındır!
    İlahi, zülmün tüğyan etdiyi dünyada müsəlmanları Özün qoru, Nəzərini, Bərəkətini, Rəhmətini, Nemətini onlardan əsirgəmə. Böyük Xilaskarın (ə.f) zühurunu təcil et!

    Q. Səfərov
    www.birlik.az
    Просмотров: 542 | Добавил: azeri-islam
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Fevral 2009  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    232425262728
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 400
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2017
    Хостинг от uCoz