ISLAM DUNYASI Çerşenbe, 20.09.2017, 20:32
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2009 » Fevral » 22 » “AzEuroTel” “Aztelekom”dan 4 milyon manat tələb edir.
    18:29
    “AzEuroTel” “Aztelekom”dan 4 milyon manat tələb edir.
    Azərbaycan-Böyük Britaniya Birgə Müəssisəsi (BM) “Aztelekom” İstehsalat Birliyinin 492/497/437 stansiyalarının abunəçilərinə göstərilən rabitə xidmətlərinin fevralın 24-dən borca görə dayandırılacağına dair xəbərdarlığı ilə bağlı rəsmi məlumat yayıb.

    “AzEuroTel”dən APA-ya daxil olan həmin məlumatda bildirilir ki, iki qurum arasında bağlanılmış arabağlantı müqaviləsinin şərtləri “Aztelekom” tərəfindən müntəzəm olaraq pozulur, “Aztelekom” tərəfindən “AzEuroTel”ə göstərilən rabitə xidmətlərin keyfiyyəti, dayanıqlığı və fasiləsizliyi təmin edilmir. “Aztelekom”un bu hərəkətləri “AzEuroTel”ə külli miqdarda - 2,5 milyon manat maddi, texniki ziyan vurub, istehlakçıların hüquqları kobud şəkildə pozulub, “AzEuroTel”in beynəlxalq operatorlarla olan münasibətinə xələl gətirib.

    “AzEuroTel” rəhbərliyi hesab edir ki, “Aztelekom” “Telekommunikasiya haqqında” qanunun, digər qanunvericilik aktlarının tələblərini, operatorlararası münasibətlərin tənzimlənməsi qaydalarını kobud şəkildə pozur. Hazırda isə “AzEuroTel” və “Aztelekom” arasında yaranan mübahisəli məsələlərə 1 saylı Yelli İqtisad Məhkəməsində baxılır.

    “AzEuroTel” 492/497/437 indeksli stansiyalarının abunəçilərinin nəzərinə çatdırır ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin qərardadı əsasında “Aztelekom” tərəfindən qeyd edilən stansiyaların istifadəçilərinə göstərilən rabitə xidmətinin dayandırılması qadağan edilməli, “Aztelekom” vasitəsi ilə rayon və mobil operatorlarla arabağlantı zamanı hər cür maneələr aradan qaldırılmalı, arabağlantılar “AzEuroTel” tərəfindən tələb olunan həcmdə təmin edilməlidir.

    “AzEuroTel” bundan sonra yarana biləcək bütün problemlərə görə cavabdehliyin “Aztelekom”un üzərinə düşdüyünü də bildirib.

    “Aztelekom”un texniki direktoru Zahir Vəliyev isə APA-ya açıqlamasında deyib ki, “AzEuroTel” BM-nin şəbəkəsinin abunəçiləri üçün heç bir məhdudiyyət yaradılmayıb və bu gün də belə bir məhdudiyyət mövcud deyil: “Əksinə, “AzEuroTel” qanunsuz olaraq, respublika şəbəkəsinə (mobil, Bakı və rayon şəbəkələrinə) keyfiyyətsiz trafik ötürür. Bu barədə istifadəçilərin “Aztelekom”a şikayətləri də olub. Araşdırma zamanı həqiqətən də “AzEuroTel” üzərindən gələn qanunsuz beynəlxalq trafikin keyfiyyətsiz olması təsdiqlənib”.

    Z. Vəliyev onu da əlavə edib ki, “AzEuroTel” və “Aztelekom” arasında mövcud arabağlantı müqaviləsinin şərtlərinə uyğun olaraq, “AzEuroTel” ona məxsus 492/497/437 indeksli ATS-lərin abunəçilərinin şəhərlərarası, beynəlxalq, mobil istiqamətdə rabitəsinin təşkil üçün kifayət qədər kanalla təmin edilib.

    Qeyd edək ki, “Aztelekom” “AzEuroTel”in bu quruma 2007-2008 və 2009-cu illər üçün olan külli miqdarda borcunun ödənilməsi iddiası ilə Bakı şəhər 1 saylı İqtisad Məhkəməsinə müraciət edib. APA-nın əldə etdiyi məlumata görə, “AzEuroTel” də artıq qarşılıqlı iddia ilə 1 saylı Yerli İqtisad Məhkəməsinə müraciət edib. İddiada “AzEuroTel” “Aztelekom”un onun işgüzar nüfuzuna vurduğu zərərə və maddi ziyana görə ümumilikdə 4 milyon manata yaxın təzminat ödənilməsini tələb edib. İddialarla bağlı məhkəmə prosesi martın 4-də keçiriləcək.
    Просмотров: 539 | Добавил: azeri-islam
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Fevral 2009  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    232425262728
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 400
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2017
    Хостинг от uCoz