ISLAM DUNYASI Çerşenbe axşamı, 21.11.2017, 21:41
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2009 » Mart » 10 » Prezident İlham Əliyev İrana rəsmi səfərə gedib.
    22:04
    Prezident İlham Əliyev İrana rəsmi səfərə gedib.
    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 10-da İran İslam Respublikasına rəsmi səfərə gedib.

    Lent.az-ın məlumatına görə, onu Heydər Əliyev adına Beynəlxalq hava limanında Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.

    İlham Əliyevi Tehranın “Mehrabad” hava limanında İranın xarici işlər naziri Mənuçöhr Möttəki və digər rəsmi şəxslər qarşılayıblar. Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Milli geyimli uşaqlar dövlət başçısına gül dəstəsi təqdim ediblər.

    Rəsmi qarşılama mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Mahmud Əhmədinejadın təkbətək görüşü olub. Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

    Azərbaycan prezidentinin İrana rəsmi səfərinin əhəmiyyətinə toxunan dövlət başçıları bu səfərin qarşılıqlı əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini bildiriblər. Görüşdə Azərbaycan-İran münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
    Просмотров: 461 | Добавил: azeri-islam
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Mart 2009  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 401
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 2
    Qonaqlar: 2
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2017
    Хостинг от uCoz