ISLAM DUNYASI Cüme, 15.12.2017, 19:42
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2009 » Mart » 10 » ABŞ-ın Əfqanıstandakı hərbi əməliyyatlarına dəstək məsələsi Bakıda müzakirə olunub.
    22:16
    ABŞ-ın Əfqanıstandakı hərbi əməliyyatlarına dəstək məsələsi Bakıda müzakirə olunub.
    Qapalı konfransda ABŞ-ın Əfqanıstandakı silahlı qüvvələrini qeyri-hərbi məhsullarla təminatı ilə məşğul olan mütəxəssislər toplaşıb

    Amerika Birləşmiş Ştatlarının Avropadakı komandanlığı Əfqanıstandakı hərbi əməliyyatlara dəstək üçün Bakıda nəqliyyat dəhlizlərinin əlaqələndirilməsi üzrə qapalı konfrans keçirib. Toplantıya Türkiyə, Gürcüstan və Azərbaycandan olan nəqliyyat sahəsi üzrə aparıcı mütəxəssislər iştirak edib. Görüşdən sonra Amerikanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Terri Devidson jurnalistlər üçün brifinq keçirib. O deyib ki, Bakıda iki gün ərzində əsasən ABŞ-ın Əfqanıstandakı silahlı qüvvələrini qeyri hərbi məhsullarla təmin edən nümayəndələr göüşlər keçiriblər: «Bilirsiniz ki, Əfqanıstan ABŞ üçün də, NATO üçün də həmişə prioritet olub. Biz Azərbaycanı Əfqanıstanda sülhün qorunmasında həmişə tərəfdaş hesab etmişik. Hökumətimiz Əfqanstandakı hərbçiləri təmin etmək üçün təbii yollar axtarır. Əldə etdiyimiz məlumatlara görə, bu görüşlərdə müsbət nəticələr əldə olunub. Artıq bəzi malların alınaraq ABŞ hərbçiləri üçün daşınması ilə bağlı razılıq əldə olunub. Pakistan vasitəsi ilə daşınmada müəyyən problemlər çıxdığı üçün yeni yollar axtarırıq».
    Terri Devidson deyib ki, Manas hərbi bazası hələ tam bağlanmayıb və Ağ Ev Qırğızıstan hökuməti ilə bu bazadan hələlik istifadə ilə bağlı danışıqlar aparır: «Bilirsiniz ki, Əfqanıstandakı əməliyyatlar üçün bu baza çox yardımçı rol oynayırdı. Biz Azərbaycanda hərbi olmayan məsələləri müzakirə etdik. Burada qida və gündəlik təlabat mallarınından söhbət gedir». /ANS PRESS/

    Просмотров: 404 | Добавил: azeri-islam
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Mart 2009  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 401
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 2
    Qonaqlar: 2
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2017
    Хостинг от uCoz