ISLAM DUNYASI Çerşenbe, 22.11.2017, 15:01
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2009 » Mart » 10 » "Biz Azərbaycanın mövqeyini və ərazi bütövlüyünü dəstəkləyirik"
    22:25
    "Biz Azərbaycanın mövqeyini və ərazi bütövlüyünü dəstəkləyirik"
    İranın xarici işlər naziri Manucöhr Mottakinin ANS TV-yə eksklüziv müsahibəsi

     

    İranın xarici işlər naziri Manucöhr Mottakinin ANS TV-yə ekskluziv müsahibəsində bir sıra məqamlara aydınlıq gətirilib. Cənab Mottaki suallara həddindən artıq diplomatik cavab versə də, rəsmi Tehranın əhval-ruhiyyəsini öyrənmək mümkündür.

    - Cənab nazir, İran-Azərbaycan münasibətlərinin bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?

    - İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında cox təbii və səmimi əlaqələr var. Bu əlaqələr siyasət sahəsində ən yüksək səviyyədədir və hər iki ölkənin maraqları üst-üstə düşür. Çünki ölkələrin rəhbərlərinin siyasi iradələri bu əlaqələrin arxasında durur və iqtisadi məsələlərdə də belədir. Müxtəlif sektorlarda xüsusilə özəl sektorda güclü iqtisadi əlaqələrimiz var. Belə də demək olar ki, əməkdaşlığımızın göstəricisi özəl şirkətlərin sərmayə yatırımlarıdır. Bundan əlavə, böyük İran şirkətləri Azərbaycanda inşaat sahəsində fəaliyyət göstərirlər. Bir məqamı da qeyd etmək istəyirəm, İran prezidentinin tapşırığı ilə Azərbaycan üçün inkişaf proqramı hazırlanıb. Bizə xoşdur ki, əlaqələrimiz imkan verir ki, həm öz rolumuzu və həm də öz öhdəliklərimizi yerinə yetirək. Mədəni baxımdan da iki ölkənin münasibətləri cox yüksək səviyyədədir. Bu əlaqələr həm iqtisadi, həm də siyasi əməkdaşlıqlarımıza dayaqdır.

    - Azərbaycan çalışır Ermənistanı iqtisadi blokadada saxlasın ki, Ermənistanı Azərbaycanın torpaqlarını qaytarmağa məcbur etsin. Amma bununla paralel İran-Ermənistan münasibətləri də çox yaxşı inkişaf edir. Hazırda dəmiryolu tikilir, iqtisadi əlaqələr güclənir. Bunu bu aspektdə necə qiymətləndirərdiniz?

    - İran İslam Cümhuriyyətinin 15 qonşusu var. Bizim siyasi əlaqələrimizin əlifbası budur ki, tacirlər bir-birləri ilə yaxşı münasibətdə olmalıdır. Məhz buna görə biz çalışırıq ki, bütün qonşularımızla əlaqələrimizi inkişaf etdirək. Bu yüksək səviyyəli əlaqələrdən mövcud problemlərin həllində istifadə etmək olar. Biz Azərbaycanın mövqeyini və ərazi bütövlüyünü dəstəkləyirik. Tehran həmçinin siyasi cəhətdən Bakının axasında durur. Və bunu Azərbaycan rəhbərliyi ilə bütün danışıqlarda ifadə edirik. İran hər bir cəhətdən Azərbaycana kömək etməyə hazırdır ki, Dağlıq Qarabağ münaqişəsi həll olunsun.

    - Keçən dəfə sizin səfərinizdən sonra belə məlumatlar yayılmışdı ki, hətta siz təklif etmisiniz ki, vasitəçilik edəsiniz və həm Bakıdan, həm İrəvandan müsbət cavab almısınız. Sizin bu vasitəçilik missiyanız nə yerdə qaldı?

    - Bakıda Elmar Məmmədyarovla bu mövzu barədə ətraflı danışdıq və Azərbaycanın mövqeyi ilə yaxından tanış oldum. Ermənistanın da mövqeyi ilə tanışıq. Belə fikirləşirik ki, hazırda mövcud olan vəziyyət qəbul edilən deyil. Ona görə də biz cıxış yolunu axtarmalıyıq. Çünki Azərbaycanın əldə etdiyi inkşafın davamlı olmasının əsas şərtlərindən biri əmin-amanlıq və sabitliyin olmasıdır.

    - Cənab nazir, yəqin ki, «Səhər 2» telekanalını izləmisiniz.

    - Ümumiyyətlə, xarici işlər nazirlərinin televiziya proqramlarına baxmaq üçün vaxtları çox az olur. Amma xəbərləri izləməyə calışıram.

    - «Səhər 2» telekanalı öz verilişlərində bu münasibətləri korlaya biləcək addımlara yol verir. Bunu necə qiymətləndirərdiniz?

    - İran İslam Ruspublikasında bütün sahələrdə- siyasi, iqtisadi, mədəni və mətbuat vasitələri arasında belə bir ortaq fikir var ki, İranla Azərbaycan arasındakı münasibətlər daha da dərinləşməlidir. Hamı iki ölkə arasındaki bu dostluğun inkşafında maraqlıdır. Əgər bu niyyətlərimizə qarşı çıxanlara rast gəlsək, onda onların doğru və dürüst yola qayıtmasını məsləhət görərik. İki ölkə arasındakı əlaqələrin bir qismi də kütləvi informasiya vasitələrinin əlaqələridir- qəzetlər, televiziyalar. Belə düşünürük ki, hər iki tərəf səy göstərməlidir ki, mətbuat sahəsində əlaqələr yaxınlaşsın. Bu, hər iki ölkənin bu sahədəki yetkililərinin daimi əlaqələr saxlamasından və əlaqələr qurmasından asılıdır.

    - Qəzvin-Rəşt-Astara dəmiryolunun tikintisi həddindən artıq uzanır. Orada nə baş verir ki, neçə illərdir bu məsələ qalıb?

    - Aramızada üçtərəfli konsorsiumlar var- İran, Rusiya və Azərbaycan bu konsorsiumlarda iştrak edir. Bu layihənin, dəmiryolu xəttinin tikintisi ilə iki ölkə arasındakı bu sahədəki münasibətlərdə yeni mərhələ başlayacağına inanırıq. Təkcə ikili əlaqələrdə yox. Bəlkə də bu, Şimal-Cənub dəhlizinə güclü təkan verəcək. Bu əlaqələr Azərbaycanın tranzit ölkə kimi və yükdaşıma sahəsində nüfuzunu daha da artıracaq. Həqiqətən də Azəbaycan coğrafi baxımdan əlverişli yerdədir. Azərbaycan Fars körfəzini Rusiya və başqa bölgələrə birləşdirir. Bu iş görülməkdədir. Amma bu işin sürətindən razı deyilik. İranın Yol Nazirliyi yeni proqramlar, tədbirlər görüb ki, iş sürətlənsin. Biz ümüd edirik ki, bütün tərəflər layihəni sürətləndirəcək.

    - Xəzərin statusu ilə bağlı hər hansı bir yeniliklər varmı? Bu istiqamətdə irəliləyişləri nə zaman gözləyək?

    - Hər iki ölkənin nümayəndə heyəti var ki, Xəzərin hüquqi statusunu müzakirə edir. Müzakirələr də uğurla gedir. Tərəflər hər iki ölkənin hüquqlarının qorunması şərti ilə insaflı razılığın əldə olunmasına calışırlar. Düşünürük ki, ən yaxşı səviyyəyə qədər müzakirələr aparılmalıdır. Elmar Məmmədyarovun Tehran səfəri zamanı müzakirələrin davam etdirilməsinə dair razılığa gəldik. Və yaxın zamanlarda bu müzakirələrin ən yaxşı səviyyədə nəticələnəcəyinə və bütün ölkələrin Xəzərdə olan fürsətlərdən, ən əsası isə enerji resurslarından uğurla istifadə edəcəyinə ümid edirik.

    - İlham Əliyevin İrana, İran prezidentinin isə Azərbaycana səfəri gözlənilir. Bu səfərlər nə vaxt həyata keçiriləcək?

    - Mən İran prezidenti Mahmud Əhmədinejatın dəvət məktubunu cənub İlham Əliyevə təqdim etdim. Səfərin həyata keçirilməsində iki məqsəd var. Birincisi, ikitərəfli danışıqların həyata keçirilməsi, ikincisi isə eko zirvə toplantısında iştirak etmək. Dəvət qəbul olunub və 20 gün sonra bu səfər həyata keciriləcək.

    - Həm Vaşinqton, həm İran, Obama ABŞ-da hakimiyyətə gələndən sonra qarşılıqlı dialoqa hazır olduqlarını bildiriblər. Bu, nə deməkdir? Artıq münasibətlər normallaşmaq üzrədir və danışıqların başlanmasını nə zaman gözləyək?

    - Mən sizlə razıyam ki, əlaqələri müsbət tərəfə yönləndirmək ücün hər iki tərəfin razılığı var. Bir tərəf dəyişikliklərdən danışır, digər tərəf -İran isə razılıq verib onu qəbul edir. Biz cox səmimi dövlətik və yoxlayırıq ki, onlar mövqelərində hansı dəyişiklikləri edir. Bizim onların mövqelərində ediləcək dəyişikliyə uyğun layiq və münasib addımlarımız olacaq.

    - Sizcə, Vaşinqton İranın nüvə proqramı ilə barışa bilərmi?

    - Mən ümumiyyətlə onun tərəfdarıyam ki, biz araşdıraq ki, əməldə hansı işlər görüləcək. Təkcə bu nüvə proqramı məsələsində yox, bütün sahələri nəzərdə tuturam. Nüvə proqramı ətrafındaki söz-söhbətlər artıq bitib. Hər halda Amerika müxtəlif suallarla qarşı-qarşıyadır. Və ümüd edirik ki, inşallah iki ölkə arasında münasibətlər istiqamətində düzgün addımlar atılacaq. /ANS TV/

    Просмотров: 500 | Добавил: azeri-islam
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Mart 2009  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 401
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2017
    Хостинг от uCoz