ISLAM DUNYASI Şenbe, 23.09.2017, 22:11
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2009 » Mart » 12 » “BAKCELL”də Azərbaycanlı işçilərə qarşı milli ayrı-seçkilik.
    18:25
    “BAKCELL”də Azərbaycanlı işçilərə qarşı milli ayrı-seçkilik.
    Redaksiyamızın elektron ünvanına “Bakcell”də baş verən kadr dəyişiklikləri ilə bağlı şikayət məktubu daxil olub. Özünü şirkətin əməkdaşı kimi təqdim edən şikayətçi hazırda “Bakcell”də 800-ə yaxın işçinin çalışdığını və xaricilərlə yerli əməkdaşlar arasında ciddi ayrı-seçkiliyin qoyulduğunu bildirir.
    Qeyd edilir ki, 2 yanvar 2008-ci ildən etibarən “Bakcell”in marketinq şöbəsinə direktor vəzifəsinə Banqladeş vətəndaşı Mir Naubut Ali təyin olunub. Bundan sonra şöbədə saymazlıq və özbaşınalıq hökm sürür. Mir Naubut Ali əvvəldən şirkətdə işləyənləri sıxışdırır, yerli adət-ənənəyə sığmayan xoşagəlməz hərəkətlər edir. Naubut Ali ayda 15 min manat maaş aldığı halda yerli işçilərə bu miqdarın onda biri verilir.
    “Bir sözlə, ”professional" xarici ölkə vətəndaşları şirkətdə ən aparıcı vəzifələrdə çalışır, onların məvacibi şirkətdə çalışan yerli işçilərin məvacibindən 10-15 dəfə çoxdur. Xarici ölkə vətəndaşları öz ölkələrində ən aşağı vəzifələrdə işləmiş kadrlardır. Onları Azərbaycana kimlər və nə üçün dəvət edir - bunu başa düşə bilmirik. Xarici vətəndaşların bilik səviyyəsi heç Azərbaycanın II kurs tələbəsinin bilik səviyyəsi ilə müqayisə edilməz dərəcədədir. Xarici işçi bahalı noutbuklar, telefonlar, şəhərin mərkəzində üçotaqlı mənzil, avtomobil (və şəxsi sürücü) ilə təchiz edilir. Yerli kadrlara gələndə isə “pul yoxdur” deyilir. Biz marketinq və texniki şöbələr başda olmaqla, bütün “Bakcell” şirkətində baş verən özbaşınalığı xalqımızın bilməsini istəyirik. Öz azərbaycanlılarımızı sıxışdırır, işdən çıxarır, onların yerinə əcnəbiləri yerləşdirirlər. Xaricdə başqa yerdən gəlmiş şəxslər həmişə ikinci-üçüncü dərəcəli işçi sayılır. Bəs bizdə niyə bunun əksidir?"- deyən şikayətçi sual edir ki, bir azərbaycanlının Norveç, Fransa, İngiltərə və ya Çində belə özbaşınalıq edə biləcəyini təsəvvür edirsinizmi. Şikayət məktubuna “BİZƏ KÖMƏK EDİN!” nidası ilə nöqtə qoyulub. Məsələ ilə bağlı “Bakcell”in mətbuat xidməti ilə əlaqə yaratmağa çalışsaq da xidmət rəhbəri İlham Əfəndiyev davamlı zənglərimizə cavab vermədi. Amma qarşı tərəfin də mövqeyini çap etməyə hazırıq.

    Yeni Müsavat
    Просмотров: 719 | Добавил: azeri-islam
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Mart 2009  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 400
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2017
    Хостинг от uCoz