ISLAM DUNYASI Çerşenbe, 20.09.2017, 20:31
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2009 » Mart » 12 » “Vəhdət həftəsi”ndə müsəlman ölkələri bir araya gəldi.
    18:32
    “Vəhdət həftəsi”ndə müsəlman ölkələri bir araya gəldi.
    Hacı Mövsüm Səmədov: “İslam aləmində olan hər bir toplantılara qarşı Qərb tərəfindən həmişə böyük qısqanclıq olub. Onlar daim bunu təlqin etməyə çalışmışlar ki, müsəlman dövlətlər və xalqlar heç vaxt birlikdə hər hansı bir irəliləyişə nail ola bilməyəcək və heç bir nəticə əldə etməyəcəklər”

    Xəbər verildiyi kimi İqtisadi Əməkdaşlıq Təşkilatınnın (ECO) növbəti sammiti öz işinə başlayıb.

    Azərbaycan geniş tərkibdə bu sammitdə təmsil olunur. Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı - İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. İƏT hökumətlərarası regional təşkilat hazırki formatında 1992-ci ilin noyabrında yaradılıb. Həmin vaxt artıq mövcud olan İran-Pakistan-Türkiyənin daxil olduğu üçtərəfli iqtisadi ittifaqa keçmiş SSRİ-nin 6 dövləti-Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan qoşulub. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir.

    Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir. İƏT-in kənd təsərrüfatı sahəsi; sənaye əməkdaşlığı; nəqliyyat və rabitə; infrastruktur və ictimai işlər; elm, təhsil və mədəniyyət; energetika; narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir.

    Qeyd edək ki, ECO-nun əhəmiyyəti hər keçən gün daha artmaqdadır. Xüsusi ilə İslam Dünyasının son vaxtlar bir-birinə daha da yaxınlaşdığı bir zamanda bu konfransın hər sammiti aktuallaşır. Bu barədə fikrlərini öyrənmək üçün Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov ilə söhbət etdik. Hacı Mövsüm bəy bu sammiti ölkəmiz üçün əhəmiyyətli və önəmli bir sammit olduğunu bildirdi. “Bismillahir Rəhmanir Rəhim. Əlhəmdülillahir Rəbbil Aləmin. Əvvəla, mübarək “Vəhdət Həftəsi” ilə əlaqədar bütün müsəlmanları, xalqımızı, o cümlədən qəzet işçilərini və qəzet oxucularını təbrik edirəm. Bildiyimiz kimi, bu günlərdə bir neçə müsəlman ölkəsi İran İslam Respublikasında bir yerə cəm olublar. O cümlədən Azərbaycan Respublikasının prezidenti də Tehranda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 10-cu sammitinə qatılmaq üçün İran İslam Respublikasındadır. Bu özü bir gözəl haldır ki, müsəlman ölkələrinin rəhbərləri bir yerə yığılıb öz iqtisadi problemlərini birlikdə və qarşılıqlı əlaqədə həll edirlər. Bu bir daha göstərir ki, Azərbaycan öz yaxın qonşuları ilə, xüsusi ilə də müsəlman dost və qardaş ölkələr sayılan Türkiyə və İran ilə sıx rabitədə olmasa, iqtisadi və ticari əlaqələrini genişləndirməsə, o halda heç bir nailiyyət və inkişafa qədəm qoya bilməz. Biz İslam aləmi ilə yaxınlaşmaqla, münasibətlərimizi əlaqələndirmək ilə müxtəlif sahələrdəki problemlərimizi həll edə bilərik.

    Bu gün biz şahidiyik ki, dünyanı bir iqtisadi böhran cənginə almışdır. Qərb ölkələri belə bir vəziyyətdə bu böhranın qarşısında acizdirlər. Biz onların öz iqtisadi nəzəriyyələrinin və kapitalizm ideyalarının bu böhranın qarşısında necə də təsirsiz olduqlarını müşahidə edirik. Ona görə də İqtisadi Əməkdaşlıq Təşkilatının bu sammittini yüksək qiymətləndirmək lazımdır ki, məhz müsəlman ölkələr belə bir sammit təşkil etməklə öz iqtisadi yaxınlaşmalarını təmin edir, birliklərini möhkəmləndirir və öz iqtisadi nemətlərini müsəlman xalqlar arasında paylaşırlar. Belə konfranslar həmçinin müsəlman xalqların vəhdətinə xidmət edir”.

    Hacı Mövsüm Səmədov son zamanlar ölkənin qərbpərəst mətbuatında İqtisadi Əməkdaşlıq Təşkilatının əhəmiyyətsiz bir təşkilat kimi xarakterizə edilməsinə də münasibət bildirdi. O, qərb də daxil olmaqla, ümumilikdə qərbpərəst dairələrin müsəlman birliyindən narahatçılıq keçirdiyini və buna qısqanclıqla yanaşdıqlarını bildirdi. “İslam Aləmində olan hər bir toplantılara qarşı Qərb tərəfindən həmişə böyük qısqanclıq olub. Onlar daim bunu təlqin etməyə çalışmışlar ki, müsəlman dövlətlər və xalqlar heç vaxt birlikdə hər hansı bir irəliləyişə nail ola bilməyəcək və heç bir nəticə əldə etməyəcəklər.

    Ancaq, biz görürük ki, istər İslam Konfransı Təşkilatı çərçivəsində, istərsə də başqa konfranslarda müsəlmanların birliyinə doğru daha bir addım atılır və bu konfranslara maraq günü gündən artır. Məsələn, biz şahidiyik ki, bu günləri Rusiya Federasiyası və digər qeyri-müsəlman ölkələr İslam Konfransı Təşkilatının hər bir iclasında yaxından iştirak etmək istəyirlər. Bütün bunlar isə bir daha sübut edir ki, heç də Qərbin təlqin etdiyi kimi deyil və İqtisadi Əməkdaşlıq Təşkilatının bu sammiti də böyük önəm kəsb edir.

    Bu yaxınlarda İran İslam Respublikasında Məzlum Fələstin Xalqının Müdafiə Konfransı keçirilmişdir ki, biz də Azərbaycan İslam Partiyası olaraq o konfransda iştirak etdik. Biz həmin konfransda dünyanın 80-a yaxın ölkəsinin orada rəsmi və qeyri-rəsmi səviyyədə iştirakının şahidi olduq. Həmən konfransda Fələstin xalqının işğala məruz qaldığı, İsrailin isə işğalçı dövlət olması bir daha bildirildi. Bütün bu konfranslar son nəticədə İslam dünyasının problemlərinin həllinə gətirib çıxarır. O cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı da bu cəhətdən çox mütərəqqi və aktual bir konfransdır”.

    www.birlik.az
    Просмотров: 476 | Добавил: azeri-islam
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Mart 2009  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 400
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2017
    Хостинг от uCoz