ISLAM DUNYASI Çerşenbe, 20.09.2017, 20:20
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2009 » Mart » 19 » NOVRUZ - MİLLETİN MENEVİ BAHARIDIR.
    18:15
    NOVRUZ - MİLLETİN MENEVİ BAHARIDIR.
    Mübarək Novruz bayramı günlərini yaşayırıq. Onun dirilik təravəti hər yerdə duyulur. Və bu təravət, yenilik hissi hətta müşküllər içində bulunmaqdan qaxsamış qəlblərə də sirayət edir. Nə qədər çətin olsa da, hamı, müvəqqəti də olsa, problemləri unutmağa çalışır. Bir çox insan əlacsızlığın qapalı dövranını qırmaq arzusunda çırpınır. Deyirlər ki, insanın itirdiyi axırıncı şey - ümiddir. Novruz - həmin bu ümidi qəlbə salan dirilik mehidir.

    Təbiətin oyanışı ilə ümidlər, amallar da dirçəlir. Küsülülər barışmaq üçün Novruzun gəlişini gözləyir. Uşaqlar böyüklərdən hədiyyələr gözləyir. Qohumlar «sileyi-rəhmi» - bir-birinə baş çəkməyi canlandırmaq üçün Novruzun gəlişini gözləyir.

    Canlanma, ümidlərin baş qaldırılması əhvali-ruhiyyəsi hər bir şeyə hakim kəsilir.

    İnsan, gələcək günün indikindən daha ağır olacağı fikri ilə yaşaya bilərmi? Əsla! Gündə 10 dəfə əksini desə də belə, insan qəlbinin dərinliklərində ümid edir ki, gələcək özü ilə müsbət dəyişikliklər gətirəcəkdir. İnsanın xəmiri belə yoğrulub. O, başqa cür edə bilmir. Əgər insanın ümidini əlindən alsan, o, bioloji məxluqa çevrilir ki, fikri-zikri öz miskin güzəranını təmin etmək üçün bir qarın çörək əldə etməkdir. İnsanın belə ölüqəlbli durumu - ən acınacaqlı, qorxulu bir halıdır. Belə durumda fizioloji reflekslərdən savayı onun heç bir həyati məsləki olmur. Ölüqəlbli insan tamamilə laqeyd olur. Özünə qarşı da, ailəsinə, millətinə qarşı da laqeyd olur. O ki, qalsın bəşərin müqəddəratı kimi uzaq, özgə bir fikirlərə...

    Budurmu «yaranmışların cövhəri»?! Budurmu kainatın əşrəfi?! Budurmu o məxluq ki, Rəbbin Yer üzündəki canişinidir?!

    Yox! Min dəfə yox!

    İnsan belə bir müqəddərata layiq deyildir! Və Novruz məhz o fenomenlərdəndir ki, dirilik ab-havasını insanın qəlbinə hopdurur. Bir anlıq fikir edək ki, bu mübarək hədiyyəni əsrlərdən bəri gətirib bizlərə çatdıran xalq necə bir ulu müdrikliyə sahibdir!

    Novruz - milli dəyərlərmizin bazis sütunlarından biridir. Novruz milli ozünüdərkin, milli identifikasiyanın anlanmasında misilsiz bir məqama malikdir. Novruz - millətin özünü təzahür etməsi deməkdir. Novruz - bizim milləti xeyirxah, rəhimli, qonaqpərvər, özgəsinin dərdinə şərik olan edən, əsrlərin sınağından çıxmış bir gözəl ənənə deməkdir. Novruz kimi milli fərdiliyimizi qoruyub saxlayan gözəl cəhətlərin sayəsində, hətta «keçid dövrünün» kəşmə-keşli eksperimentləri də millətimizə xas ülvi xüsusiyyətləri sonadək məhv edə bilməmişlər.

    Axır yüzillikdə 3 dəfə bu millətin adını, əlifbasını, hətta millətin danışdığı dilin adını da dəyişdiriblər. Çox şeyi dəyişiblər, lakin, şükürlər olsun ki, milli özünüdərkin bir neçə dayaq nöqtəsini və o cümlədən, Novruzu dəyişməyə müyəssər olmayıblar.

    Çox çalışdılar ki, məhsul bayramı və s. kimi yeritsinlər millətə Novruzu. Alınmadı. Novruz - yeniləşmə, dirilmə, vücudi təkamül bayramı olub, var və inşəallah, həmişə olacaqdır. Əbəs yerə deyil ki, böyük mütəfəkkirlərimiz Novruzu Qiyamət günü ilə müqayisə ediblər. Necə ki, Qiyamət günü istisnasız olaraq bütün insanlar dirilib öz əməllərinə görə haqq-hesaba çəkiləcəklər, eləcə də Novruz bütün təbiətin dirilməsini, dirçəlməsini simvolizə edir.

    Bəlkə də bu sabitliyin izahı ondadır ki, Novruz sadəcə bayram deyil. Bu - özündə elmi, fəlsəfi, vücudi mahiyyət daşıyan bir kateqoriyadır. Əbədi dəyərlərin sarsılmaz özülündə bərqərar olan bir incidir Novruz.

    Mahiyyət etibarilə, Novruz - İlahi müdrikliyin müqəddəs bir nişanəsidir. Ölü təbiət dirilir. Bütün təbiət eşqi tərənnüm edir; aləmlər sanki: «kim daha çox gözəllik təzahür edər», - deyə yarışır.

    Və bu oyanışı ilə təbiət bizə Qiyamət gününün səhnələrini xatırladır. O günün ki, insanlar öz əməllərinin cavabını vermək üçün yenidən diriləcəklər. O günün ki, əməllərinin yaxşı-pisliyindən asılı olaraq insan ya İlahi rəhmətə qovuşacaq, ya da əzaba düçar olacaqdır. İnsan bu oyanışlardan, dirilmələrdən ibrət götürüb, vücudi xilasolmaya can atmalıdır. Bu günlər etdiyi dualarda insan öz Rəbbinə belə münacat edir: «Ey qəlblərə və baxışlara hakim olan! Ey qəlbləri dirildən! Ey hər şeyi məhv edib diriltmək iqtidarında olan! Üzümüzə gələn bu ildə bizə dirilik əta et! Ruhumuzu pasdan təmizlə, bizi biveclikdən qurtar! İlahi! Bizə vücudi xilasemə bəxş et!».

    Novruza digər rakursdan baxdıqda, çox mühüm bir çalarlar da duyulur. İlahi məntiqə əsasən, həqiqi bayram - insanın öz bilquvvə, potensial imkanlarının tam surətdə açılışına müvəffəq olduğu bir halətlə səcyyələnir. Eyni zamanda, bu açılış, ən optimal və praqmatik bir forma ilə İlahi harmoniyaya qovuşmaqla əldə edilməlidir. İnsan günah etmədikdə ilahi harmoniyanı dağıtmır və demək, o gün ki, insan günah etmir - insan üçün həqiqi bayram elə odur.

    Bütün xaliqatdan yalnız insan böyük nemət və eyni zamanda böyük məsuliyyətlə mükafatlandırılmış və vəzifələndirilmişdir - ona iradə, seçim azadlığı verilmişdir. Və insan özü öz seçimini edir - qəlbini diriltsinmi, yaşatsınmı, yoxsa özünü eqosentrik komplekslərinin əsirimi qərar versin? Və nəinki əsir olaraq qalsın, eyni zamanda mənəvi tənəzzülün pillələri ilə sürətlə aşağı ensin, qəlbini paslandırsın, özünə və ətrafdakılara zülm edənlərdən və zülmü qəbul edənlərdən, bütövlükdə öz ölməz ruhunu həlakətə aparanlardanmı olsun? Seçimi, ən nəhayət, insan özü edir!

    Və Novruzun vücudi çağırışını eşitcək, insan onu bir həyatverici məlhəm kimi qəbul edir. O, bir-birini cəbrvari bir öləziliklə əvəzləyən mənasız günlərin qatarını saxlamaq istəyir. Mənəvi əsarətin buxovlarını qırmaq, riya və laqeydlik kifindən qurtulmağı arzulayır insan. Digər insanlara məhəbbətlə qəlbini doldurmaq, özgəsinin sevincinə, kədərinə şərik olmaq istəyir insan. Öz nəhəng missiyasını xatırlamaq - yaranışın gözəl fəlsəfəsi ilə bir olmağı arzulayır insan. Böyük İlahi Harmoniyanın bir hissəsi olmaq istəyir insan. Öz gözəl təklifini realizə etmək, kamillik yolunun yolçusu olmaq, Mütləq Kamilliyə qovuşmaq istəyir insan.

    Belə isə gəlin Novruzu sıravi bir tədbirə çevirməyək. Gəlin həqiqi əzəməti əldə etmək imkanını itirməyək. Zira, yalnız Həqiqi Kamilliyin, Həqiqi Rəhmaniyyətin hər bir şeyi əhatə edən qüdrəti qarşısında səcdəyə gedən məxluq, həqiqi əzəmətə çata, nail ola bilər.

    Belə isə bizə əta olan ən mühüm neməti - hər şeydən qiymətli vaxtımızı ötəri işlərə israf etməyək.

    Gördüyümüz kimi, Novruzun bütün təzahürləri, insanın daxili gözəlliklərini açıqlamaq məqsədini güdür. Küsülülər barışdıqda - şəxsiyyətlərarası münasibətlərin deformasiyası aradan qalxır, harmonik inkişafa doğru meyl edilir; adam ev-eşiyi səliqə-səhmana saldıqda, sanki öz daxilini səhmana salır, ruhən təmizlənir; uşaqlara, valideynlərə qarşı məhəbbət göstərəndə, rəhmətə gedənləri yad etdikdə, yetimlərə, kimsəsizlərə, ahıllara qarşı diqqətli olduqda - daxili eqosentrik bütləri sındırır, daxili boşluqdan, mənasız, bivec yaşayışdan xilas olaraq, kamil insan olmağa doğru üz tutur.

    Belə isə Rəbbimizə dua edək ki, hər günümüz həqiqi Novruza bənzəsin…

    Və Ulu Allah bizə bu işdə yardım etsin, inşəallah!

    Allahım! Bizləri, qəlbimizin paslanmasından və qaxsımasından Özün qoru!

    Allahım! Laqeydliyi bizdən uzaq et, ürəyimizi Sənə və Sənin yaratdıqlarına qarşı məhəbbətlə doldur!

    Allahım! Bizi kamillik yoluna yönəlt, bizi tənəzzül və iradəsizlik mərəzindən xilas et!

    Allahım! Öz höccətinin - 12-ci İmamın (ə.f.) mübarək zühurunu tezləşdir, o Həzrətin zühuru ilə Yer üzünü haqq-ədalət və harmoniya ilə doldur! Bizləri onun zühurunu tezləşdirənlərdən qərar ver! Amin!
    www.deyerler.org

    Hacı İlqar İbrahimoğlu

    ilahiyyatçı-filosof,

    İçərişəhər «Cümə» məscidinin imam-camaatı
    Просмотров: 587 | Добавил: azeri-islam
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Mart 2009  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 400
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2017
    Хостинг от uCoz