ISLAM DUNYASI Şenbe, 23.09.2017, 22:31
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2009 » Mart » 19 » İMKANSIZLIQ, YA TOFIQATSIZLIQ?!
    22:27
    İMKANSIZLIQ, YA TOFIQATSIZLIQ?!
    Bu günlərdə zəmanəmizin çox dəyərli İslam alimi və böyük əxlaq ustadı Ayətullahul- üzma Behçət cənablarının (Allah bərəkətli ömrünü uzun eləsin) çox nurani və oyadıcı bir buyuruşuna rast gəldim. Vaxtilə Müqəddəs Kərbəladan Müqəddəs Nəcəf şəhərinə getmələrindən və yolda Şah Abbas dönəminə aid karvansaralarının mövcudluğundan söz açır. Ondan sonra bu kimi karvansaraların digər ölkələrdə də mövcudluğunu vurgulayan, əməl və elmin vəhdətinin nümünəsinin təzahürü olan bu nəcib alim qeyd edir: “Görün xeyir əhli və inanclılar tərəfindən nə kimi tikililər inşa edilmiş və yadigar qalmışdır”. Amma bu xatırlamanı əslində böyük bir ibrətli söz üçün müqəddimə babından xatırladaraq, arifanə bir ibrətli dərsini bəşəriyyət üçün təqdim edir: "Lakin hal-hazırda imkanlılar belə bir tofiqə malik deyillər. Xeyir işlərin görülməsi, o cümlədən cari sədəqələr və ümum istifadə xarakterli xeyriyyə tikililərin, məscidlərin, hüseyniyyələrin, hamamların, məktəblərin, xəstəxanaların və s. inşası ki, günümüzdə insanlar ondan məhrumdurlar, pulsuzduqdan deyil, əslində bizlərin tofiqatsızlığındandır".

    Zatən sadə, lakin nurani və sərrast hikmətli buyuruşu ilə, günümüzün vücudi böhranlarından birinə işıq salmış olur böyük arif. Eyni mənzərə Vətənimiz üçün də xarakterikdir. Belə ki, yuxarıda sadalanan tikili nümunələrindən paytaxtımız üçün də, az-çox əyalətlərimiz üçün də misallar göstərmək olar. Amma günümüzün obyektiv və subyektiv səbəblərindən ortalığa çıxmış bu geniş imkanların qarşılığında demək olar ki, imkanlılar öz “olimpiya sükutlarını” azacıq istisnalarla pozmurlar. İstər paytaxtımızda, istərsə də əyalətlərdə bu gün yuxarıda sadalanan ünvanlara çox ciddi ehtiyacın olması heç kimə sirr deyil. Təbii ki, məkanına görə, bu siyahını, prioritetlər və lazımlılıq baxımından, daha da genişləndirmək və yerdəyişmələr də etmək olar.

    Burada mühüm olan odur ki, bütün bunların baş tutmamasında səbəbin imkansızlığın deyil, əslində tofiqatsızlığın olmasının fərqinə varmaqdır. Tofiqat, yəni Allahın bəndəyə ləyaqətinə görə inayət etdiyi bir vücudi imkanlılıq. Yəni, məsələ fiziki və maddi imkanlılıqda deyil, insanların yetərsizliyində, ləyaqət tutumunun bəhrəsiz olmasındadır. Belə ki, maddi imkanlılığın belə bir nurani təzahür tapması üçün mənəvi imkanlılıq tofiqinin olması zəruridir.

    Uca Allahdan belə bir mənəvi imkanlılıq tofiqatını hər birimizə nəsib etməsi diləyilə!
    (
    www.deyerler.org)
    Hacı İlqar İbrahimoğlu
    Просмотров: 527 | Добавил: azeri-islam
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Mart 2009  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 400
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2017
    Хостинг от uCoz