ISLAM DUNYASI Çerşenbe, 08.05.2024, 16:04
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2009 » Mart » 26 » Partiya sedrinin qezaya uğradığı helikopterin axtarışları netice vermir.
    14:31
    Partiya sedrinin qezaya uğradığı helikopterin axtarışları netice vermir.
    Türkiyənin Böyük Birlik Partiyasının (BBP) başqanı, millət vəkili Möhsin Yazıçıoğlunu aparan vertolyot qəzaya uğrayıb.

    Azei-islam.Net-in Türkiyə mediasına istinadən məlumatına görə, M. Yazıcıoğlunu Kahramanmaraşdan Yozqata aparan vertolyotda ondan başqa 1 jurnalist və helikopterin 4 personalı olub.

    Türkiyənin Rabitə Nazirliyinə tabe olan Mülki Havaçılıq Baş Müdürlüyü və Dövlət Hava Meydanlarına məsul baş müdirlikdən verilən açıqlamada isə vertolyotla saat 13.30-da əlaqənin kəsildiyi bildirilirib.

    Vertolyotun pilotunun 112 təcili yardım xidmətinə zəng edib qəza baş verdiyini və yaralılar olduğunu söyləyərək, təcili yardım maşını istədiyi də bildirilib.

    Vertolyotun dağlıq əraziyə düşdüyündən yolların təmizlənməsi üçün Türkiyənin Kənd Təsərrüfatı Nazrliyinin texnikaları əraziyə cəlb olunub.

    Qeyd edək ki, BBP-nin başqanı Türkiyədə 29 martda keçiriləcək bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində yerlərdə keçirilən mitinqlərdə iştirak etmək üçün Kahramanmaraşa gəlib.

    Qəzadan az sonra Türkiyə mətbuatında BBP-nin baş katibi Yalçın Topçuya istinadən vertolyotda yaralanmış M. Yazıcıoğlunun Göksun Dövlət Xəstəxanasına aparıldığı barədə xəbər yayılmışdı.
    Kayseri valisi Mevlüd Bilici isə artıq xilasedicilərin hadisə yerinə çatdıqlarını, Yazıçıoğlunun yaralı olduğunu, amma huşunu itirmədiyini demişdi.

    Ancaq bu məlumat təsdiqini tapmır. Belə ki, hökumətdən verilən rəsmi açıqlamada, həmçinin Baş nazir Rəcəb Tayyib Ərdoğanın açıqlamasında hələ də qəza yerinə yetişilmədiyi bildirilir.

    Bu mövzuda ən son açıqlama ilə Böyük Birlik Partiyasının mərkəzi aparatı çıxış edib. Partiya rəhbərliyinin açıqlamasında bildirilir ki, M.Yazıçıoğlunu aparan helikopter təxminən 16:00 radələrində Maraşın Beril Dağları civarında qəzaya uğrayıb: “Hörmətli prezidentimiz xaricə səfərindən əvvəl bizi arayaraq, bilgi verdi və durumla ilgiləndiyini bildirdi. Biz də partiyamızda böhran durumu elan etdik. Bu anda helikopterin düşdüyü yer təsbit edilib. Amma hava şəraiti səbəbindən hadisə yerinə yetişmək mümkün deyil. 250 nəfərlik bir qrup, gecəgörmə cihazları olan helikopter və Casa tipli təyyarə ilə axtarş aparılır. Hökumətin böhran komissiyasından ən qısa müddətdə qəza yerinə yetişiləcəyi bildirilib. Dövlət hazırda Silahlı Qüvvələrin Baş Qərargahı, polis və hökumətlə bərabər hadisə yerinə yetişilməsinə çalışır. Bütün səlahiyyət sahiblərinə təşəkkür edirik. Dualarımızı esirgəməyəcəyik. İnşallah, Rəbbim onları bizə bağışlayacaq. Helikopterdə partiyamızın sədri, bir jurnalist və helikopterin 4 personalı var”.

    Türkiyə telekanalları da Bakı vaxtı ilə saat 21:30 radələrində axtarışların hələlik heç bir nəticə vermədiyini bildiriblər.
    Просмотров: 1808 | Добавил: azeri-islam
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Mart 2009  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 402
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2024
    Хостинг от uCoz