ISLAM DUNYASI Çerşenbe, 22.11.2017, 14:47
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Категории раздела
    İSLAM DÜNYASI [11]
    İSLAM
    Teqvim [1]
    Поиск
    Главная » Статьи » İSLAM DÜNYASI

    Nə olsun, qəlbim ki, təmizdir!

    Tez-tez belə bir söz eşidirik: “Nə olsun, qəlbim ki, təmizdir!”...

    Siz belə bir şey eşitdiyiniz zaman onu söyləyənlərə cavab olaraq “Qəlbləri təmizləyən ibadətdir!” deyin. Özü də bunu heç çəkinmədən söyləyin! Hələ bu harasıdır!

    Cəmiyyətimizdə bəzən elə ifadələrə (məsələn, “Mən namaz qılan bir çox insandan daha yaxşıyam” və s.) ifadələrə rast gəlirik ki, insan onlar qarşısında susmaya bilmir. Bu cür ifadələr axmaqlığın son həddində namazın fərz olduğunu unudaraq deyilən acı kəlmələrdir...

    Əslində bu, bir az da bizdən qaynaqlanır. Minarəni oğurlayan onu gizlətməyə çalışdığı kimi biz də, çox təəssüf ki, bu cür faydasız şeylərə baş vurur, bəhanələr uydururuq. Xahiş edirəm, səhv başa düşməyin. Məqsədim əxlaqı cılızlaşdırmaq deyil. “Qəlbim təmizdir” deyərək ibadəti tərk edənlərə bir-iki kəlmə söz demək istəyirəm. Mən əxlaqın iman və ibadətin yarısı olduğunun fərqinə varıram.

    Unutmayaq ki, Peyğəmbəri (s) peyğəmbər edən onun yüksək əxlaqı və ibadəti idi. Deməli, əxlaqın ucalmasına səbəb ibadətdir. Allaha qarşı borcunu yerinə yetirməyən, ona təşəkkür etməyi özünə çox bilən insanın qəlbi necə təmiz ola bilər?! Həyat nə qəribədir?

    Anamız Hz. Aişədən “Biz haçan yaxşı, xeyirxah hesab edilə bilərik?” soruşulduğu zaman “Pis olduğumuzu hiss etdiyimiz zaman” deyər, “Nə zaman pis olduğumuzu dərk edərik?” deyə soruşulduqda isə “Yaxşı olduğumuzu zənn etdiyimiz zaman” cavabını verərdi.

    Bu misal qeyd etdiyimiz problemə - “Mən yaxşıyam” deyənlərə çox mükəmməl bir cavabdır. Bəli, biz müsəlmanıq və ətrafımız bizi dindar kimi tanıyır. Üzərimizdə tər-təmiz bir paltar - dindarlıq sifəti var. Əgər o, tər-təmiz, ağappaq paltarda kiçik bir ləkə olsa “göz çıxarar”. Biz nəzərlər altındayıq. Gəlin, İslamın yüksək əxlaqını əhatəmizdə olanlara, müsəlman olmayanlara və sonradan İslama daxil olmalarına vəsilə olacaq şəxslərə göstərək.

    Əgər biz İslam əxlaqını və imanın həqiqətini öz əməllərimizlə nümayiş etdirsək, digər dinlərin mənsubları da, təbii ki, İslama meyl edəcəklər. Bəlkə də Yer kürəsinin bir çox dövləti İslamla şərəflənəcəkdir.

    Bəli, bizim əxlaqımız Peyğəmbərin (s) əxlaqına bənzəməlidir. Çünki, onun əxlaqı Quran əxlaqı idi. Quranın göstərdiyi əxlaq isə Rəbbin istədiyi kimi olmaqdır:

    “Ey nəfsim! Səni Yaradanın istədiyi kimi bir qul olmaq istəməzsənmi?”


    Bəzi insanlardan “Namaz qılırsanmı?”, “Oruc tutursanmı?” – deyə soruşduğumuzda “Xeyr” cavabını verir və bunun müqabilində isə “Bizim qəlbimiz təmizdir, bizim heç kimin malında, namusumda gözümüz yoxdur” deyirlər.

    Sizcə “Qəlbim təmizdir” demək kifayətdirmi?

    Bir şeyi yadda saxlamaq lazımdır: insan heç bir şey etməməklə məsuliyyətdən yaxa qurtara bilməz.
    Tutaq ki, siz avtobus sürücüsüsünüz. Yol sola doğrulduqda sükanı sola, sağa doğrulduqda sağa hərlətmək, yol bitdikdə və ya qarşınıza maneə çıxdıqda isə dayanmaq zəruridir. Əgər sürücü kimi “mənim qəlbim təmizdir” deyərək heç bir şey etməsəniz, ya birbaşa divara toqquşacaqsınız, yaxud da avtobusu qəzaya uğradıb birbaşa cəhənnəmə vasil olacaqsınız.

    P.S. a) “Qəlbim təmizdir” deyərək ibadət etməyən müsəlmanlar nəzərə almalıdırlar ki, onların qəlbi Peyğəmbərin (s) qəlbindən təmiz deyildir. Ancaq Peyğəmbər (s) heç vaxt bundan istifadə edərək ibadətdən imtina etməmişdir.

    b) Allah təala Quranda ibadəti (namaz qılmaq, oruc tutmaq və s.) əmr etdikdə insanların qəlblərinin təmiz olub-olmaması kimi şərt qoymayıb. İlahi əmr hamıya şamildir. “Qəlbim təmizdir” deyənlər özləri bilmədən Allahın iradəsinə qarşı çıxdıqlarını heç düşünürlərmi?

    Категория: İSLAM DÜNYASI | Добавил: azeri-islam (12.02.2009)
    Просмотров: 342
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 401
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 3
    Qonaqlar: 3
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2017
    Хостинг от uCoz