Həzrət Peyğəmbər (s.ə.v.s.)- dən Hədi
Bir gün həzrət Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) müsəlmanlara buyurdu: «Qapınızın kənarından müalicə əhəmiyyətli su arxı axarsa və siz də həmən suda hər gün beş dəfə yuyunsanız, bədəninizin çirkinin yuyulub paklaşmasından sevinərsinizmi?!
Müsəlmanlar dedilər: Bəli, ey Allahın elçisi!
Həzrət Peyğəmbər (s) buyurdu: Gündəlik beş vaxt namaz da belədir.»
Hər gün Allah qarşısında xalis niyyətlə dayanaraq qıldığımız namazlar da bizim ruhumuzu, nəfs və ağlımızı beləsə saflaşdırır.
Добавлено (21.07.2008, 13:15)
---------------------------------------------
Həzrət Əmirəl-mö᾽minin Əli əleyhissəlam buyurmuşdur:
«Namaza əhəmiyyət verib onu qoruyun və çoxlu namaz qılıb onun vasitəsi ilə Allaha yaxınlaşın. Çünki namaz Allah-taala tərəfindən müəyyən vaxtlarda mö᾽minlərə vacib olmuşdur.
Cəhənnəm əhlinin verəcəyi cavab haqqında eşitməmisinizmi?! Onlardan soruşarlar — hansı əməl sizi Cəhənnəmə gətirdi?
Deyərlər: Biz dünyada namaz qılan deyildik.
Namaz günahları ağacyarpaqları kimi yerə tökür...
Добавлено (21.07.2008, 13:15)
---------------------------------------------
«Yarpaqlar töküldüyü kimi, günahları tökür» sözünün mə᾽nası yə᾽ni, payız vaxtı külək saralmış yarpaqları yerə tökdüyü kimi, namaz da sanki insan ruhunu silkələyərək günahlarını yerə tökür.
Həzrət Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) namazı insanın qapısı kənarından axan su arxına bənzətmişdir ki, insan hər gün beş dəfə o suda yuyunduqda bədənində heç bir çirk qalmadığı kimi, beş vaxt qıldığı namaz da onun günahlarını aradan aparır.
Namazın əhəmiyyətini elə şəxslər dərk edərlər ki, onların gözlərini dünya malının zinəti, övlad, mal və digər şeylər örtməmişdir.
Allah-taala Qur᾽anda buyurur:
«O kəslər ki ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz...» (Nur surəsi/37).
Həzrət Peyğəmbərə (səlləllahu ələyhi və alihi və səlləm) namaz qıldıqdan sonra Behişt və᾽dəsi verildi və daha sonra buyuruldu:
«Əhlinə (Əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbrlə davam et...» (Taha surəsi/132).
Beləliklə də o həzrət (s) ailəsinə namaz qılmağı göstəriş verir və özü də namaz qılmaqda səbirli olurdu.»
Həyatda günahsız insan tapmaq çox çətindir. Çalışmalıyıq ki, heç bir vaxt günah etməyək və əgər günah etmişiksə də, öz bağışlayan və mərhəmətli Rəbbimizdən onları əfv etməsini diləyək və namaz qılmaqla onları aradan aparıb ruh və nəfsimizi saflaşdıraq.