İraqın mərcei təqlid müctehidlərindən biri Əsgəriyyə ziyarətgahına gedib.
İslam-Azeri-nin Əl-Forat TV-yə istinadlı xəbərinə görə İraqın mərcei təqlid müctehidlərindən olan Ayətullah Şeyx Bəşir Nəcəfi bu gün əsaslı təmidə olan Əsgəriyyə ziyarətgahına zəvvar olub.
Ziyarətgahın tikintisi ilə maraqlanan alim ziyarət zamanı gözlərinin yaşını saxlaya bilməyib.
Diqqətinizə çatdıraq ki, bu ziyarətgahda İmam Həsən Əsgəri və İmam Hadi həzrətlərinin müqəddəs qəbirləri mövcuddur.
Ziyarəgah kompleks iki dəfə terrorçular tərəfindən partladılıb.
İslam-Azeri.Az
Məlumatdan istifadə etdikdə istinad vacibdir
|