İraqın Sünni din alimləri, ABŞ əsgərlərinə qarşı müqaviməti artırmaq qərarına gəlib.
"Birlik-Azərbaycan" İnformasiya Agentliyi "Dünya Bülleteni" saytına istinadən xəbər verir ki, İslam Alimləri Birliyi, Suriyanın paytaxtı Şamda keçirilən ümum yığıncaqdan sonra, müqavimət artırmaq qərarına gəliblər. Suriyanın paytaxtı Şam şəhərində dörd gün davam edən yığıncaqdan sonra edilən şərhdə, İraq ölkəsinin ABŞ-ın işğalından azad etmək üçün yeganə yolunun "müqavimət" olduğu ifadə olunub və Ərəb ölkələrinə İraqda işğalçılıq siyasəti aparan qüvvələrə dəstəklərin dayanmasını istənilib. Qeyd edək ki, Suriyanın paytaxtı Şam şəhərində keçirilən qurultaya qonaq qismində, Şiə alimləri də dəvət olunmuşdur. Nəzərinizə çatdıraq ki, Qısa adı "İMAH" olan bu birlik, Səddam Hüseyn rejiminin dağılmasından bir neçə gün sonra, 2003-çü ilin Aprel ayında qurulub.
WwW.Birlik-Az.CoM
|