Livanın Hizbullah təşkilatı, İsrailin son günlərdə Livanın hava sahəsini və quru sularını daha sıx pozduğunu açıqlayıb.
"Birlik-Azərbaycan" İnformasiya Agentliyinin "A A"-ya istinadən verdiyi xəbərə görə, Livandakı Hizbullah hərəkatı, İsraili Livanın hava sahəsini və quru sularını daha sıx pozmaqda günahlandıraraq BMT-ni bu barədə müvafiq addımlar atmağa çağırıb. Hizbullahın silahlı qanadı olan İslami Müqavimətin şərhində deyilir ki: "Düşmən İsrail xüsusilə son günlərdə Livanın hava sahəsini və quru sularını daha sıx pozuntu edir. Bu isə qəbul olunmazdır. BMT və Livan səlahiyyətlilərini, davamlı təkrarlanan bu pozuntuları qınamağa və buna bir son vermək üçün sərt mövqe göstərməyə çağırırıq".
Qeyd edək ki, Livan ordusundan olan səlahiyyəlilər də, son günlərdə İsrail əsgərlərinin Livan sərhədlərinə istiqamətli pozuntularının artdığını təsdiqləyib. Adının açıqlanmasını istəməyən bir səlahiyyətli isə, "Qurudan, dənizdən və havadan pozuntular çoxalır, İsrail təyyarələri hər gün 100 dəfə Livannın üzərində uçur" ifadəsini işlədib.
Xatırladaq ki, BMT-nin 1978-ci ildə Livanda qurulan keçici gücü olan UNIFIL, İsrail ilə Hizbullah arasında 2006-cı ilin yazında 34 gün davam edən döyüşün ardından genişləndirilmişdir.
WwW.Birlik-Az.CoM
|