Главная » 2008»İyul»30 » AYƏTULLAH XAMENEİ:İRAN YOLUNA DAVAM EDƏCƏK.
21:04
AYƏTULLAH XAMENEİ:İRAN YOLUNA DAVAM EDƏCƏK.
Ayətullah Seyyid Əli Xamenei nüvə məsələsi ilə bağlı açıqlama verib.
İslam-Azeri-nin İran mətbuatına istinadlı xəbərinə görə Bu gün Məbəs bayramı münasibətilə təşkil olunmuş tədbirdə çıxış edən İran İslam İnqilabının rəhbəri Ayətullah Seyyid Əli Xamenei nüvə məsələsi ilə bağlı da cümlələr önə çəkib.
Ayətullah Xameneinin sözlərinə görə ABŞ və onun tərəfdarları İran xalqının inkişaf etməsini və heç kəsdən asılı olmamasını istəmirlər.
"Qərbdə bilirlər ki, İran nüvə fəaliyyətini nüvə yanacağı əldə etmək üçün davam etdirir. Lakin onlar buna imkan vermək istəmirlər"-deyən İnqilab rəhbəri buna baxmayaraq 30 İllik müqavimətə sahib olan xalq bu yolda inkişaf etməyə davam edəcək və öz hüquqlarından bəhrələnəcək.