ISLAM DUNYASI Cüme axşamı, 18.04.2024, 13:35
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2008 » İyul » 31 » SİONİSTLƏR FƏLƏSTİNLİ UŞAQLARI ÖLDÜRMƏKDƏ DAVAM EDİR.
    01:22
    SİONİSTLƏR FƏLƏSTİNLİ UŞAQLARI ÖLDÜRMƏKDƏ DAVAM EDİR.
       Divar tikilməsinə etiraz edənlər arasında sayca 7-ci uşaq güllə ilə öldürülmüşdür.

    "Muslim News" məlumatına əsasən 11 yaşlı fələstinli Əhməd Yusif Üssam Musa axşam saat təqribən 6 radələrində Fələstinin Nilin kəndi yaxınlığında güllə ilə qətlə yetirilmişdir. Onu yaxın məsafədən başına güllə açmaqla qətlə yetirmişlər.

    Nilin q əsəbəsində yerləşən ISM (International Solidarity Movement – Beynəlxalq Həmrəylik Hərəkatı) könüllülərinin bildirdiklərinə əsasən toqquşmalar qəsəbə sakinləri və sionist rejiminin ordusu arasında baş verir, atışma səsləri eşidilmişdir və bunun nəticəsi olaraq 5 nəfər yaralanmışdır.
    İsrail rejiminin tikdirdiyi sərhəd divarının əleyhinə Nilin qəsəbəsi yaxınlığında nümayişlər son bir neçə həftədə demək olar ki, hər gün keçirilir. Qeyd edək ki, 2004-cü ildə Beynəlxalq Haaqa məhkəməsi bu divarın tikilməsini qeyri qanuni olması haqqında bəyanat vermişdir. Bu divarın tikilməsi qəsəbəni ən azı 2500 dunam (ərazi ölçü vahidi) torpaq sahəsini əkin biçindən məhrum edəcək və bütövlüklə böyük bir cəmiyyətin mövcudluğuna təhlükə yaradacaq.
    Bu barədə xəbər kanadalı insan haqqları müdafiəçisi Viktor MakDiarmidin Tel-Əvivin Ben Qurion hava limanından deportasiya edildiyi gündə daxil olmuşdur. Bu 23 yaşlı gənc Nilində keçirilən nümayişlər zamanı iki dəfə rezin güllə yarası almışdır; biri çiynindən digəri isə dizindən. Viktor iyul ayının 23 nümayişdə iştirak edən qadınların şəkillərini çəkərkən sionist əsgərləri tərəfindən həbs edilmişdir. Sionist İsrail rejiminin ordusu nümayişçilərə qarşı amansızcasına hərəkətlərə yol verirlər. Məlumatlara görə İsrail rejiminin aprteid divarı əleyhinə baş nümayişlərdə ən azı 11 fələstinli öldürülmüşdür:

    Muhəmməd Fazil Haşim Rayan, 25 yaş.
    Zəkəriyyə Mahmud Səlim, 28 yaş.
    Əbdal Rahman Əbu Eyd, 62 yaş.
    Muhəmməd Davud Bədvan, 21 yaş.
    Diaa Əbdul Kərim Əbu Eyd, 24 yaş.
    Hüseyn Mahmud Avvad Əliyan, 17 yaş.
    İslam Haşim Rizik Dəhran, 14 yaş.
    Alaa Muhəmməd Əbdul Rəhman Xəlil, 14 yaş.
    Camal Cabir İbrahim Assi, 15 yaş.
    Odai Mofid Mahmud Assi, 14 yaş.
    Mahayub Nimər Assi, 15 yaş.

    ISM – Beynəlxalq Həmrəylik Hərəkatı Fələstinin qeyri zorakı müqavimət hərəkatıdır və İsrailin Fələstinin torpaqlarını qeyri qanuni işğalına son qoymağı çağırır və BMT-nin qətnamələrinin və digər beynəlxalq qanuların yerinə yetirilməsini tələb edir.

    Deyerler.org

    Просмотров: 938 | Добавил: azeri-islam
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  İyul 2008  »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 402
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2024
    Хостинг от uCoz