ISLAM DUNYASI Cüme, 29.03.2024, 12:34
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2008 » Sentyabr » 4 » Oruc kimlərə vacibdir?
    07:01
    Oruc kimlərə vacibdir?
    Oruc kimlərə vacibdir?
    Orucluqda nələr olmaz

     

    «Mənə düşmür»

    Bəzi xəstələr gün ərzində yeməsələr, içməsələr, yaxud vaxtaşırı dərman qəbul etməsələr, sağlamlıqlarına ciddi zərər dəyə bilər. Belə xəstələr oruc tutmamalıdırlar. Allah da Quranda buyurur ki, onlar xəstəliyinə görə tutmadıqları hər bir günün əvəzinə sağaldıqdan sonra, başqa vaxtlar oruc tutmalıdırlar. Ramazan ayı bitdikdən sonra xəstəliyindən sağalan şəxslərin tutacaqları oruca «qəza orucu» deyilir. Belələri səhhətindəki problemlərə görə Ramazan ayında üzrlü olaraq oruc tutmurlar və bu, əsla günah sayılmır. Əksinə, onlar oruc tutub, öz sağlamlıqlarını təhlükəyə atmış olsalar, günah qazanarlar. Oruc bir ibadət kimi, insana fayda vermək üçündür, zərər vurmaq üçün yox. Ramazan ayı ərəfəsində qonşumuz bərk xəstələndi və ona kompleksli müalicə yazdılar. 2 aya yaxın müalicə alacağından, bu il o, oruc tutmadı… Onu da deyim ki, dinimizə görə, 10 gündən az müddətə doğma evindən ayrılan və 22 kilometrdən uzaq məsafəyə yollanan şəxs səfərdə olan sayılır. Həmin şəxslər də səfərdə oruc tutmurlar. Onlar da həmin günlərin əvəzində Ramazandan sonra «qəza orucu» tutmalıdırlar. Allah-Təala buyurur: «Ramazan ayına yetişən şəxslər oruc tutmalıdırlar, xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar…» («Bəqərə» surəsi, ayə 185).

    Ac qarını doyuzdur

    Bəzi xəstəliklər isə xroniki xarakter daşıyır. Belə xəstələr arasında da oruc tuta bilməyənlər var. Məsələn, bəzi şəkərli diabet xəstələrinə gündə 3 dəfə «insulin» iynəsi vurulur və onlar mütləq nə isə yeməlidirlər. Bəzi mədə-bağırsaq xəstəliyindən əziyyət çəkənlər də eyni durumdadırlar. Onlar da hər 2-3 saatdan bir nə isə yeyib, mədəni işdən saxlamamalıdırlar. Bu kimi xroniki xəstələr Ramazandan sonra da eyni problemləri yaşayırlar, yəni onların qəza orucunu da tutmaq imkanları yoxdur. Allah mərhəmətlilərin ən mərhəmətlisidir! Belə xəstələrə aid dinimizin xüsusi təlimatı var. Belə ki, Ramazandan sonra da belə xroniki xəstəlikləri olanlar ümumiyyətlə oruc tutmamalıdırlar. Onlar, sadəcə, Ramazanın hər bir gününə görə ehtiyaclı olanlara bir porsiya yemək verməlidir. Şübhə etmədən ki bununla elə oruc tutmaq qədər savab qazanır, bu ibadətləri ilə Allaha yaxınlaşmış olurlar… Qocalığına görə oruc tuta bilməyənlər də, xroniki xəstələr kimi, hər günün əvəzində ehtiyaclıya bir yemək verməlidirlər. Ümumiyyətlə, oruc tutmaq insanın sağlamlığına zərər verib fəsadlar yaradarsa, belə şəxslər oruc tutmamalıdırlar. Oruc məşəqqət üçün deyil, nəfsini ülviləşdirib, Allaha ibadət yolunda iradəni möhkəmləndirmək, mənəviyyatın tərbiyə edilməsi üçün tutulur. Bu isə ancaq fiziki imkanı yol verənlərə aiddir. Allahın buyurduğu «Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər…» («Bəqərə» surəsi, ayə 185) ayəsini unutmayaq!..

    Dərman

    Qeyd etdiyimiz kimi, bəzi xəstəliklərə görə gün ərzində mütləq bir neçə dəfə dərman içilməlidir, əks halda fəsadlar meydana gələ bilər. Belə xəstələr sağalanadək oruc tutmurlar. Amma bəzi xəstələrin müalicəsi zamanı iynə vurulur, gözə, qulağa, yaxud buruna dərman tökülür. Şəriətimizə görə, oruc tutan şəxsin boğaza çatmayan göz, qulaq və buruna tökdüyü dərman orucu batil etmir. Üstəlik, hər hansı bir iynə və ya sistem və habelə nəfəs çatışmazlığını aradan qaldırmaq üçün istifadə olunan aerozol dərmanlardan (məsələn, astma xəstələrinin işlətdikləri “asmopen” kimi dərmanlardan) istifadə etmək orucu batil etmir. Belə xəstələr oruc tutub, öz müalicələrini də davam etdirə bilərlər.

    Qəza orucu və oruc tutulması haram olan günlər

    Ramazan ayında üzrlü səbəblərə görə oruc tuta bilməyənlər - xəstələr, səfərdə olanlar, aybaşı olan qadınlar və b. Ramazan ayı bitdikdən sonra münasib bir vaxtda tutmadıqları hər bir günün əvəzində bir gün oruc tutmalıdırlar. Buna «qəza orucu» deyilir. Bu zaman oruc tutulacaq gündən əvvəl, gecə (sübh namazının azanınadək) belə niyyət edilir: «Ramazan ayında tutmadığım orucun qəzasını tuturam, qurbətən iləllah». İl ərzində istənilən günlərdə qəza orucunu, yaxud müstəhəb, yəni vacib olmayıb, sadəcə, Allaha ibadət, Ona yaxınlaşma məqsədilə oruc tutmaq olar; yalnız 2 gündən başqa - Ramazan ayının bitməsi ilə bayram edilən «Fitr» bayramı və Həcc ziyarəti ayının 10-cu günündə qeyd edilən «Qurban» bayramı günü. Bu 2 gündə ümumiyyətlə oruc tutmaq haram sayılır!

    Orucluqda nələr olmaz?

    Oruc - Allaha yaxınlaşma məqsədilə sübh azanından gün batanadək yemək, içmək və cinsi əlaqədən özünü saxlamağa deyilir. Oruc ikən qəsdən yemək, içmək, cinsi əlaqəyə girmək, yaxud bəzi işlər görüb, şəhvət hissini oyadaraq sperma xaric etmək haram hesab olunur. Bunlar orucu pozur. Bununla yanaşı, oruc tutan şəxs özünü qəsdən qusdurmamalı, qatı toz udmamalı, dəniz, göl, çay və ya hovuz kimi yerlərdə başını tam olaraq suya batırmamalı, Allah, Məhəmməd Peyğəmbər (s.ə.s) və imamlar adından yalanlar uydurmamalıdır.

    Min aydan üstün bir gecə - Qədr gecəsi

    Allah-Təala insanları zülmətdən nura doğru hidayət edən Qurani-Kərimi Qədr gecəsi nazil edib: “…Həqiqətən Biz Quranı Qədr gecəsi nazil etdik! Sən nə bilirsən ki, Qədr gecəsi nədir?! Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər və ruh (Cəbrayıl) Rəbbinin izni ilə hər bir işdən ötrü yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıq, əmin-amanlıqdır!”  («Qədr» surəsi, ayə 1-5). Bu gecəni “Əhya” gecəsi də adlandırırlar, belə ki, insanlar bu gecəni yatmayıb, sübhədək Allaha ibadət edir, Quran və çoxlu dua oxuyur, namaz qılır, bütün gecəni Allahla səmimi ünsiyyətdə keçirməyə çalışırlar. Əhya - diri olmaq, diriltmək, oyaq olmaq mənasındadır. Necə də böyük bir fürsətdir! Axı bir gecə edilən ibadətlə, min ayın ibadətindən böyük savab əldə etmək olar. Qədr gecəsinin Ramazan ayının məhz hansı gecəsi olduğu haqda ilahiyyatçı-tarixçi alimlər arasında fikir ayrılığı mövcuddur. Müxtəlif tarixi qaynaqlarda bu gecənin Ramazan ayının ikinci yarısına aid olduğu göstərilsə də, mənbələrdə daha çox bu tarix 19, 21, 23, 25 və 27-ci gecələri kimi qeyd edilir. Yəni Ramazan ayının son 10 gününün tək günlərinin gecələrindən birinin Qədr gecəsi olduğu ehtimalı daha çoxdur. Ancaq bir çox hədislərə əsasən, Qədr gecəsinin daha çox Ramazanın 23-cü gecəsi olması ehtimal olunur. Nə gözəl olar ki, barı bu bir neçə gecəni Allaha ibadətin şirinliyi ilə keçirib, sübhədək Onunla qırılmaz təmasda olaq. Bu fürsəti qaçırmayaq...

    Cənabət qüslünün alınma qaydası

    Bütün digər qüsllər kimi, cənabət qüslü 2 qaydada alına bilər:
    a) tərtiblə bədən üzvlərinin yuyulması; b) başla-bədənin bütövlükdə suya girməsi.
     

    Tərtiblə edilən qüslün qaydası:

    1) niyyət edilir (yəni ürəyimizdə deyirik): “Cənabət qüslü alıram, vacib qürbətən iləllah”;
    2) əvvəlcə baş və boyun, daha sonra isə bədənin qalan hissələri yuyulur. Başı yuduqdan sonra bədəni sağ tərəfdən yumağa başlamaq daha yaxşıdır. Qulağın, burunun, ağızın içinə suyun dəyməsi vacib deyil. Belə qaydada qüsl, adətən, duş altında, yaxud bir qabla suyu bədənə tökərək alınır.
      Qüsl almağın ikinci qaydası isə niyyət etdikdən sonra dəniz, çay, hovuz və bu kimi yerlərdə başla-bədənin birdəfəlik suya salınmasıdır. Bu zaman əvvəl başın suya salınması şərt deyil, bədən üzvlərinin istənilən hissəsi ilə suya girmək olar. Əsas odur ki başla-bədən tam olaraq suya girsin.
    Amma əgər oruc tutan şəxs gecə qüsl ala bilməyibsə, oruc-oruc qüsl etmək istəyirsə, o zaman “a” variantındakı kimi tərtiblə qüsl almalıdır. Belə ki, “b” variantında baş (bədənlə birlikdə) tamamilə suya batırılmalıdır. Oruc zamanı isə başı tam olaraq dəniz, çay, hovuz kimi yerlərdə suya batırmaq olmaz.

    Bəs qüsl almağa imkan olmasa?..

    Gecə cinsi əlaqədə olan, yaxud yuxuda sperma xaric olmaqla, boynuna cənabət qüslü düşən kəslər sübh azanınadək qüsl almağa heç cür imkan etməsələr, onda cənabət qüslü əvəzinə mütləq “təyəmmüm” almalıdırlar. Əks halda oruc pozula bilər. Təyəmmüm aşağıdakı qaydada alınır:

    1)    niyyət etmək: «Qüsl əvəzinə təyəmmüm edirəm, qurbətən iləllah»;
    2) iki əlin içini torpağa (yaxud quma, daşa, betona və s. torpaqdan sayılan şeylərə) vurmaq;
    3) iki əlin içini alnına qoyaraq üzün yuxarı hissəsindən qaşlara qədər çəkmək;
    4) sol əlin içini sağ əlin üzərinə (biləkdən aşağı), sağ əlin içini sol əlin üzərinə çəkmək.

    Sonra imkan olan kimi isə qüsl almalıdırlar. Məsələn, birinin gecə suyu gəlmirdisə, qüsl almağa imkan etmirdisə, təyəmmüm edib oruc tutur, amma sonra səhər suları gələn zaman qüslünü alır. Qeyd edək ki, oruc tutan şəxsin çimməsində və tərtiblə qüsl almasında heç bir maneə yoxdur.

    Heyz və oruc

    Aybaşı müddəti qadınlarda 3-10 gün arası davam edə bilər. Bu müddət ərzində qadından xaric olan qana İslam şəriətində «heyz» qanı deyilir. 3 gündən az, 10 gündən artıq xaric olan qan artıq aybaşı qanı sayılmır. Qadın özündə aybaşı əlamətləri görən kimi, namaz qılmağı dayandırmalıdır. Aybaşı olan qadın oruc da tutmur! Qeyd edək ki, həmin kritik günlərdə qılınmayan namazların sonradan qəzasını da qılmaq lazım deyil. Amma bu vəziyyətdə tutulmayan orucların sonradan qəza orucu tutulmalıdır. Qadın qəza oruclarını növbəti orucluğa kimi tutsa yaxşı olar. Ramazan ayında aybaşıdan tam təmizləndikdən sonra İslam şəriətinə görə, “heyz” qüslü alıb səhəri gündən oruc tutmaq lazımdır. Heyz qüslü də eynilə cənabət qüslü kimi alınır. Sadəcə, bu fərqlə ki, qüsl almağa başladıqda belə niyyət edilir (yəni ürəyinizdə deyirsiniz): “Heyz qüslü alıram, vacib qürbətən iləllah”. Qeyd edək ki, doğuşdan sonra qan görən qadınlar da oruc tutmurlar. Bu qan - “nifas” adlanır. Nifas bitdikdən sonra heyz halında olduğu kimi, “Nifas qüslü” alınır və sonra səhəri günündən oruc tutulur. Nifaslı halda tutulmayan orucun əvəzində isə Ramazandan sonrakı günlərdə qəza orucu tutulur. Nifas qüslü də eynilə heyz qüslü kimi alınır, sadəcə, niyyətdə deyilir: “Nifas qüslü alıram, vacib qürbətən iləllah”. Sübh azanınadək heyz və nifas qüslü almağa imkan edə bilməyən şəxslər bunun əvəzinə yuxarıda göstərilən qaydada “təyəmmüm” etməlidirlər. Sonra isə imkan olan kimi qüsl almalıdırlar.

    Hamilə qadınlar

    Hamilə qadınlar əgər oruc tutmaqla zəifləyib, özü və ya bətnindəki körpəsini təhlükə ilə üz-üzə qoyarlarsa, onların oruc tutmaları düzgün deyil. Belə olduqda, onlar körpə dünyaya gəldikdən sonra münasib vaxtda oruc tutmadığı hər bir günün əvəzində bir gün qəza orucu tutmalıdırlar. Hamilə qadınlarla intim münasibətdə də diqqətli olmaq lazımdır. Dinimiz hamilə qadınla cinsi əlaqə məsələsində məhdudiyyət qoymayıb. Sadəcə, diqqət yetirmək lazımdır ki, intim həyat fəsadlarla nəticələnməsin! Xüsusilə hamiləliyin son dövrlərində cinsi münasibətlərdə ehtiyatlı davranmaq lazımdır. Burada həkimin məsləhəti, tibb elminin tövsiyələri işə salınarsa, çox məqsədəuyğun olardı. Deməli, dinimizə görə, Ramazan gecələrində hamilə qadınla intim münasibətlərə yol verilir, amma ehtiyatla!

    Просмотров: 1543 | Добавил: ZehrayiNur
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Sentyabr 2008  »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 402
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2024
    Хостинг от uCoz