ISLAM DUNYASI Cüme, 19.04.2024, 21:01
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2008 » Sentyabr » 4 » Oruc Zalov:"Məscidin həyətində və küçənin ortasında namaz qılıb ibadət etmək düzgün deyil"
    07:03
    Oruc Zalov:"Məscidin həyətində və küçənin ortasında namaz qılıb ibadət etmək düzgün deyil"
    Oruc Zalov:"Məscidin həyətində və küçənin ortasında namaz qılıb ibadət etmək düzgün deyil"
     
    Daxili işlər nazirinin müavininin sözlərinə görə, belə yerlərdə ibadət etmək şəhər sakinlərinin narahatlığına səbəb olur

     

    «Məscidin həyətində və küçənin ortasında namaz qılıb ibadət etmək düzgün deyil». Bu haqda daxili işlər nazirinin müavini Oruc Zalov bu gün jurnalistlərə verdiyi açıqlamasında bəyan edib. Onun sözlərinə görə, belə yerlərdə ibadət etmək şəhər sakinlərinin narahatlığına səbəb olur. «Şəhidlər Xiyabanına qonaqlar gəlir, yolun ətrafında isə namaza gələnlərin avtomobilləri maneə yaradır. Namaz məsciddə qılınmalıdır. O ki qaldı dini icmaların fəaliyyətinə, qeydiyyatı olan bütün icmalar rahat fəaliyyət göstərə bilərlər. Bununla bağlı tərəfimizdən heç bir problem yoxdur».

    O. Zalov polis idarələrində dindarların saqqalının qırxılması ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: «Polis bölmələrinin əməkdaşları üzqırxma işləri ilə məşğul olmur. Onların işləri gücləri yoxdur, məgər? Bunlar şayiədən başqa bir şey deyil. O ki, terrorla bağlı gəzən söz-söhbətlərə Azərbaycanda hər hansı bir iğtişaşı törətmək üçün xüsusi qüvvəyə malik mərkəz yoxdur. Hər şey nəzarət altındadır».

    Gülnaz Qənbərli

    Просмотров: 903 | Добавил: ZehrayiNur
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Sentyabr 2008  »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 402
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2024
    Хостинг от uCoz