Oktyabrın 1-dən Azərbaycanda internet qiymətləri ucuzlaşacaq (EKSKLÜZİV)
Rabitə və İnformasiya texnologiyaları Nazirliyi qiymətlərin 20 faiz aşağı salınacağını bildirir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə provayder şirkətlərinin əldə etdiyi razılığa əsasən oktyabrın 1-dən Azərbaycanda internet tarifləri aşağı salınacaq. Məlumatı ANS-ə Rabitə və İnformasiya Texnologiyalari nazirinin müavini İltimas Məmmədov verib. Nazirliyin Tarif Şurasına göndərdiyi təkliflər qəbul olunsa, internet qiymətlərini bir qədər də ucuzlaşacağı gözlənilir: "Qiymətlər təqribən 20 faiz aşağı salınacaq. Artıq müəyyən hissələrdə aşağı salınıb. Bir hissəsinin də aşağı salınması üçün müraciət olunub. İnternet-provayder qiymətlərinin də aşağı salınması üçün görüşlər, müzakirələr davam edir. 30-a yaxın provayder var və onların hamısı liberaldır”. /ANS TV/
|