Qeyri-sabit hava şəraiti Vyetnamda insan tələfatı ilə nəticələnib
Onlarla yaşayış məntəqəsilə əlaqə tam kəsilib
Vyetnamın şimalında tropik qasırğa və leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 25 nəfər ölüb. 7 nəfərin itkin düşdüyü, 30-dan çox insanın yaralandığı bildirilir. Bu səbəbdən də rəsmilər ölənlərin sayının çoxalacağından ehtiyat edirlər. Daşqınların baş verməsinə Haqubit tropik qasırğasından sonra intensiv leysan yağışlarının yağması və çaylarda suyun səviyyəsinin kəskin artması səbəb olub. Bu arada ölkənin şimalında ətrafdan təcrid olunmuş kəndlərin və yaşayış məntəqələrinin sayı dayanmadan artır. Rəsmilərin məlumatına əsasən, daşqınlardan daha çox ölkənin şimalındakı Son La vilayəti əziyyət çəkir. Təkcə burada daşqınlar 8 nəfərin ölümünə səbəb olub, 4 nəfər isə itkin düşmüş hesab edilir. Hazırda ərazidə xilaskarlar, eləcə də əsgərlər və polis axtarış aparır. Xatırladaq ki, bundan əvvəl Haqupit tropik qasırğası Çinin Quanqdon vilayətində 10 nəfərin ölümünə və 28 min insanın təhlükəli ərazidən evakuasiya edilməsinə səbəb olmuşdu. /Associated Press/
|