İsrail universitetində təhsil alan Fələstinli şagird Əli Baher, "uşaq qatili"' dediyi İsrail prezidenti Perezin əlini sıxmadığına görə həbs olunub.
"Birlik-Azərbaycan" İnformasiya Agentliyi xəbər verir ki, Hebrew Universiteti Ərəb Şagirdləri Dərnəyinin başçısı Əli Baher, universiteti ziyarət edən İsrail rejiminin başçısı Şimon Perezin əlini sıxmaq istəməyincə polis tərəfindən həbs olunub.
Fələstinli universitet şagirdi Əli Baher, bazar günü universiteti ziyarət edən Perezə qormaz şəkidə etiraz edərək "uşaq qatili" deyə qışqırıb. Perezin uzatdığı əli də sıxmağı rədd edən Fələstinli gənc üç saat sonra da bu səbəblə həbs olunub.
Universitet intizam komitəsinin toplanıb haqqında qərar verməsinə qədər Əli Baherin universitet şəxsiyyət vəsiqəsi də əlindən alınıb. Hadisədən sonra çıxış edən Baher "İstəmədiyim kəslərin əllərini sıxmama haqqına sahibəm" ifadəsini işlədib. İsraildə Ərəb Azlıqları Haqqları Hüquq Mərkəzi Adalahın spikeri də, İsraildə ifadə və söz azadlığının olduğunu xatırladaraq, Baherin şagird olaraq universitetə dönməsinə icazə verilməsi lazım olduğunu söyləyib.
www.birlik.az
|