Bu dəfə hədəf Fələstin ərazisində yer şumlayan əkinçilər olub.
İsrail ordusu bu gün səhər saatlarında, İsrail Fələstin ərazisinin Huza bölgəsində fələstinli əkinçilərin olduğu sahəni bombalayıb. Bəzi fələstinli əkinçilərin hücum əsnasında yaralandığı məlum olub. Yaralanan fələstinlilər isə dərhal xəstəxanalara yerləşdirildiyi bildirilir. Hələlik yaralananlar içində ölənlərin olub-olmaması barədə məlumat verilməyib.
Xatırladaq ki, bu günlərdə İsrailin Fələstin ərazisinə raket hücumuna cavab olaraq "Həmas" təşkilatının hərbi qanadı olan "İzzəddin əl-Qəssam" Briqadasının döyüşçülərindən biri İsrail əsgərlrindən birini vurduğu bildirilir. Güllə yarası alan İsrail əsgərinin ölüb və ya sağ qalması isə hələ məlum deyil.