Barak Obama keçirdiyi ilk mətbuat konfransında, İran İslam Respublikasının prezidenti Dr Mahmud Əhmədinejadın mesajına cavab verəcəyini açıqlayıb.
"Birlik-Azərbaycan" İnformasiya Agentliyi "Fars News"-a istinadən xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama, mətbuat konfransında prezident Mahmud Əhmedinejadın mesajını araşdırdığını və uyğun bir cavab verəcəyini ifadə edib.
Obama, Amerikadakı prezident seçkilərindən hələ üç gün keçdiyini və İrana qarşı diqqətli və seçici davranılmasının lazım olduğunu, iki ölkə arasındakı siyasətin yaxşı olması üçün tələsik addımlar atmayacağını söyləyib.
www.birlik.az
|