ISLAM DUNYASI Cüme, 19.04.2024, 06:02
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2008 » Noyabr » 13 » AZƏRBAYCAN HƏRBİÇİLƏRİ İRAQDAN ÇIXARILIR.
    16:20
    AZƏRBAYCAN HƏRBİÇİLƏRİ İRAQDAN ÇIXARILIR.
    Mais Güləliyev: «Bütün hallarda Azərbaycandan kənarda heçbir hərbi qüvvə qulluq etməməlidir. Bu nə Azərbaycan xalqının, nə də dövlətin maraqlarına uyğun olan hal deyil»
     
    Xəbər verildiyi kimi, Azərbaycan hökuməti İraqda fəaliyyət göstərən hərbiçilərimizin oradan çıxarılmasına qərar verib. Məlumat üçün qeyd edək ki, Azərbaycan hərbiçiləri 2004-cü ildə İraqda sülhməramlı qüvvə adı altında fəaliyyət göstərərək, ölkənin müəyyən strateji obyektlərinin mühafizəsində iştirak edirdilər.

    İraqda təkcə Azərbaycanın hərbiçiləri fəaliyyət göstərmir. Digər bir neçə ölkə də orada hərbiçi saxlayır. Ötən müddət ərzində bir neçə dövlət İraqdan silahlı qüvvələrini çıxarmaq barədə qərar verib.

    Sözügedən məsələni şərh edən Yaşıllar Partiyasının sədri Mais Güləliyev ümumilikdə bu addımı yüksək dəyərləndirdiyini bildirdi: «Nəinki Azərbaycanın İraqda fəaliyyət göstərən kiçik sülhməramlı kontingenti, ümumiyyətlə istənilən digər ölkələrin hərbi qüvvələrin bu ölkədə olmasının biz əleyhinəyik.

    Hər cür zorun əleyhinə olan Yaşıllar Partiyası İraqdan tezliklə koalisiya qüvvələrinin çıxarılmasının, ölkənin bütün sərhədboyu ərazilərinə İraq hökuməti silahlı qüvvələrinə həvalə edilməsinin tərəfdarıyıq.

    Bütün hallarda azərbaycan vətəndaşlarının, Azərbaycandan kənarda hər hansı bir hərbi əməliyyatlarda iştirak etməsinin biz əlehinəyik. Hesab edirik ki, bu cür addımlar Azərbaycanın maraqlarına xidmət etmir. Çünki orada insan taleyindən, Azərbaycanın digər ölkələrlə olan münasibətdən söhbət gedir. Bütün hallarda Azərbaycandan kənarda heçbir hərbi qüvvə qulluq etməməlidir. Bu nə Azərbaycan xalqının, nə də dövlətin maraqlarına uyğun olan hal deyil».


    Vidadi
    "Birlik-Press" qəzeti
    Просмотров: 725 | Добавил: azeri-islam
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Noyabr 2008  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 402
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2024
    Хостинг от uCoz