ABŞ hava qüvvələrinə məxsus döyüş təyyarələri, Pakistanın Vəziristan əyalətində təşkil etdiyi hava hücumunda ən az 12 sivil vətəndaş həlak olub.
Əfqanıstanda ABŞ ordusuna aid hava qüvvələri Pakistanın qərbində yerləşən Veziristan əyalətinə yenə mərmi hücumu təşkil edib. Aralarında 5 xarici vətəndaşın da olduğu 12 vətəndaş, Amerika Birləşmiş Ştatlarına məxsus döyüş təyyarələrindən atılan 3 mərmi nəticəsində həyatını itirib.
"Birlik-Azərbaycan" İnformasiya Agentliyi "Pakistan News"-a istinadən xəbər verir ki, Amerika döyüş təyyarələrindən atılan mərmilər, əfqanıstan-Pakistan sərhədindəki Qaryoundakı bir evə isqamətlənib.
|