ISLAM DUNYASI Cüme axşamı, 21.11.2024, 13:40
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2008 » Noyabr » 16 » 16 noyabr-Beynəlxalq tolrenatlıq günüdür.
    12:57
    16 noyabr-Beynəlxalq tolrenatlıq günüdür.
     
    13 il əvvəl YUNESKO-ya üzv dövlətlər tolerantlıq prinsipləri haqqında Bəyyanəmə qəbul edib

    16 noyabr 1995-ci il tarixdə YUNESKO-ya üzv dövlətlər tolerantlıq prinsipləri haqqında Bəyyanəmə qəbul edib. 1996-cı ildə isə BMT Baş Assambleyası quruma üzv ölkələri hər il noyabrın 16-da Beynəlxalq tolerantlıq günü kimi qeyd edilsin və bununla bağlı təhsil müəssisələrində, eləcə də geniş ictimai arasında müvafiq tədbirlər keçirilsin. Tolerantlıq latınların "tolerantiya" sözündən götürülüb, səbir, dözüm anlamındadır.
    Tolerantlıq prinsipləri haqqında Bəyyanəmədə deyilir ki, bütün insanlar öz təbiətlərinə görə fərqli olsalar da, dəyər və hüquqlarına göbrə bərabərdirlər. Sənədə görə, dözümlülük dünyada mədəniyyətlərin, özünü ifadənin və insan şəxsiyyətinin təzahürünün müxtəlifliyinin başa düşülməsi, qəbul edilməsi və hörmət göstərilməsidir. Dövlət səviyyəsində dözümlülük ədalətli və qərəzsiz qanunvericilik, qanunçuluğa, məhkəmə-prosessesual və inzibati normalara əməl edilməsi deməkdir. Tolreantlıq hər bir insana heç bir diskriminasiya olmadan iqtisadi və sosial inkişaf imkanı yaradılmasını tələb edir.
    Bu gün Azərbaycan Yer kürəsindəki ən demokratik dövlətlərə belə nümunə ola biləcək bəşəri bir tolerantlıq məkanıdır. Ənənəvi dini icmaların konstruktiv fəaliyyətindən və qarşılıqlı ünsiyyətindən yaranmış dünyəvi hakimiyyət və dövlət-din münasibətlərinin nadir modelinin yarandığı ölkədir. Müqəddəs islami dəyərlərdən bəhrələnib, qarşılıqlı hörmət, faydalı ünsiyyət və sarsılmaz əməkdaşlığa söykənən tolerantlıq Azərbaycanda çox qədim tarixi köklərə və zəngin ənənələrə malikdir. Çünki dövlətçilik tarixi ərzində Azərbaycanda heç vaxt antisemitizm əhvali-ruhiyyəsi olmayıb. Yaşadıqları ölkələrdə ağır təzyiqlərə və təqiblərə məruz qalan müxtəlif məzhəb və din mənsubları xalqımızın tolerantlığına, yüksək insanpərvərliyinə əmin olduqları üçün məmləkətimizə böyük inamla pənah gətirii, ölkəmizi özləri üçün ümid qalası, sığınacaq məskəni hesab ediblər. Bunu faktlar da sübut edir. Avropa ölkələrindən fərqli olaraq orta əsrlərdə müsəlman Şərqində, o cümlədən Azərbaycanda xəlifələrin, sultanların və şahların saraylarında yəhudi və xristianların məsul vəzifələrdə çalışmaları barədə kifayət qədər tutarlı dəlil var. XII əsrdə dahi Nizami öz məşhur "Xəmsə"sində 30-dan çox millətə mənsub zəngin obrazlar silsiləsi yaradıb. Bu gün bəzi dövlətlərin öz ölkələri daxilində tolerantlıq mühiti yaratmaq üçün yollar aradıqları bir dövrdə Azərbaycanda tolerantlığın sarsılmaz təməl sütunlarına söykənib, dərin dayaqlara istinad etdiyi, gündəlik həyati reallığa çevrilib ölkəmizdə hakim mövqe tutması dünyanı heyrətdə qoyub. Səmavi din olan islam nəinki özündən əvvəlki dinlərə qadağa qoymayıb, əksinə, bütün dinlərə hörmətlə, səbir, qayğı, şərəf və izzətlə yanaşmağı, ayrı-ayrı dinlərə etiqad edən bəşər övladlarının vicdan azadlığını, öz dini ayin və mərasimlərini sərbəst icra etmək haqqının toxunulmazlığını bəyan edib. Məhz elə bu səbəbdən uzun əsrlər boyu Azərbaycanda məskunlaşmış müxtəlif xalqlar öz dini etiqadlarını bu günədək qoruyub saxlaya biliblər.
    Dinindən, dilindən və irqi mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının vicdan azadlığı hüququ Konstitusiyamızda və "Dini etiqad azadlığı haqqında" qanunda parlaq ifadəsini tapıb. Əsas Qanunun 48-ci maddəsinə görə, "hər bir vətəndaş vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimlərini sərbəst yerinə yetirmək hüququna malikdir". Qanunda təsbit edilmiş bu müddəalar, həmçinin tolerantlığın inkişafı üçün möhkəm hüquqi baza yaradılaraq bu sahənin dövlətin nəzarəti və qayğısı altına keçirilməsi ulu öndərimizin tarix qarşısında ən böyük xidmətlərindən biri kimi dəyərləndirilməlidir. Bugünədək Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində 336 islam, 31 qeyri-islam təmayüllü dini icma qeydiyyata alınıb. Sonunculardan 20-si xristianlığı, 7-si yəhudiliyi, 3-ü bəhailiyi, 1-i krişnaidliyi təmsil edir. Bu gün respublikamızda 40-a yaxın rus pravoslav, alban-udin kilsələrinin, yəhudi sinaqoqlarının, xristian-malakan və xristian-babtist icmalarının və onlara aid bir çox dini tədris müəssisələrinin maneəsiz fəaliyyəti dünyəvi dövlət olan Azərbaycanda tolerantlıq mühitinin günbəgün möhkəmlənməsinə, dinlərarası dialoqun genişlənməsinə əyani sübutdur.

    Просмотров: 1007 | Добавил: azeri-islam
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Noyabr 2008  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 402
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 2
    Qonaqlar: 2
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2024
    Хостинг от uCoz