Xalq Müqavimət Komitələri spikeri Əbu Mücahid, Dinlər Arası Dialoq konfransı müsəlmanlardakı cihad ruhunu öldürməyi hədəflədiyini söyləyib.
Xalq Müqavimət Komitələr rəsmisi Əbu Mücahid, BMT-nin ABŞ-da təşkil olunan Dinlər Arası Dialoq konfransının məqsədinin sionistlər ilə müsəlmanlar arasındakı əlaqələri normallaşdırmağı hədəflədiyini, bunun müqabilində səslənən fikirlərin həqiqəti əks etdirmədiyini bildirib.
Əbu Mücahid, Dinlər Arası Dialoq adı altında gğrülən işlərin, Fələstin, İraq və Əfqanıstandakı müsəlmanlardakı cihad ruhunu öldürməyi, müsəlman gənclərin ürəyinə zilləti peyvənd etməyi hədəflədiyini ifadə edib.
"Sionist Mossadın ilanı Tzipi Livninin məscidə təşviq və İslam cəmiyyətindəki yerinə toxunan danışması, Dinlər Arası Dialoqun İslam dini və İslam cəmiyyətinin mədəniyyəti üzərindəki təhlükəyə işarə etməkdədir" deyə Əbu Mücahid söyləyib.
İslam dininin sülh bir din olduğunu müdafiə edən Əbu Mücahid, cihad və ümmətin sahib olduğu digər güc qaynaqlarını, dinlər arası dialoq kimi konfranslarla təmizlik etmək istəyənlərin müvəffəqiyyətsiz olacağını qeyd edib.
|