Livanın Hizbullah təkilatının liderlərindən olan Şeyx Naim Qasim, siyonist İsrail rejimin əl-Qacar və Şəba bölgələrindən şərtsiz çəkilməsinin lazım olduğunu açıqlayıb.
Livanın paytaxtı Beyrutda müqavimət şəhidləri xatirəsinə təşkil edilən bir mərasimdə danışan Hizbullah hərəkəti ümumi sekretar köməkçisi Şeyx Naim Qasim, bəzi ölkələrin Livandan İsrail ilə görüşməsini tələb etmələrindən heyrətləndiklərini ifadə edərək bu tələbi dilə gətirənlərin həqiqətən siyonist rejimlə əlaqələri normallaşdırmaq arxasında olduqlarını deyib.
Şeyx Naim Qasim, siyonist rejimin qeydsiz-şərtsiz əl-Qacar və Şəbadan geri çəkilməsinin lazım olduğunu və bunun üçün bu rejimlə görüşməyə ehtiyac olmadığını vurğulayıb.