MƏHƏMMƏD PEYĞƏMBƏRİN (S) KARİKATURALARININ YAYILDIĞI ÖLKƏDƏ İNDİ DƏ «MİSS HİCAB» MÜSABİQƏSİ KEÇİRİLİB 46 qadın arasında keçirilən müsabiqənin qalibi İraqdan olan 18 yaşlı qız olub
Danimrkanın «DR1» telekanalı hicablı müsəlman xanımları arasında gözəllik və dəb yarışması keçirib. Müsabiqədə 46 hicablı qadın iştirak edib. Müsabiqənin qalibi adını isə İraqdan olan 18 yaşlı Huda Fəlah qazanıb. Huda Fəlah müsabiqədə danimarkalı yeniyetmələrlə immiqrant müsəlmanlar arasında qarşılıqlı münasibətləri daha da yaxşılaşdırmaq məqsədi ilə iştirak etdiyini deyib. Onun sözlərinə görə, hicab qadının ən yaxşı dostudur. «Qadın almaz kimidir. Onu hamıya göstərmək olmaz». Müsabiqənin qalibi mükafat qismində İpod, Danimarka moda evlərindən birində hazırlanmış hicab və «Muslim Girl Magazine» jurnalına bir illik abunə haqqı qazanıb.
/ANS PRESS/
|