Salam olsun sənə ey Peyğəmbər qızı! Salam olsun sənə ey Allah şirinin munisi! Salam olsun sənə ey şəhidlik Fatehinin munisi! Salam olsun sənə ey möminlər anası!
Neçə əsr bundan qabaq yaşayan qadın indiki zaman üçün nümunəvi ola bilərmi? Fatimə Peyğəmbər qızı olmaqdan, Əli kimi bir şəxsin həyat yoldaşı olmaqdan başqa Fatimə özlüyündə Fatimədir. Hədisi qüdsidə buyrulur: “Əgər siz beş nəfər yaranmasaydınız dünya yaranmazdı”. Allah-Təala ilk dəfə Adəmi yaradanda, Adəm gördü ki, neçə gözəl yaranıb və Allah söylədi ki, mənim kimi birini yaratmısan? 3-dəfə sual edəndən sonra ərşdə 5-nəfərin nurunu gördü. Allah-Təla buyurdu: “Onların adını da öz adımdan seçmişəm”.
Mən Məhmudam və seçilmiş bəndəm “Muhəmməd”, Mən Aliyəm və bu qiymətli bəndəm “Əli”, Mən Fatirəm seçilmiş Peyğəmbərin qızı “ Fatimə”, Mən Ehsanam və bu mənim layiqli bəndəm “ Həsən”, Mən Möhsünəm və bu qiymətli bəndəm “ Hüseyn”.
Bəli ey Adəm! Bu üzdən məndən bir şey istəsən təvəssül et bu 5-dənə qiymətli və şərafətli şəxslərə. Rəvayət olunur ki, Adəm və Həvva cənnətdən qovulandan sonra onlar ayrı-ayrı yerlərə düşürlər və neçə illər keçir Ərəfə günü Cəbrayıl (ə) Adəmə deyir ki, əgər bağışlanmaq istəyirsənsə 5-nəfərin adını gətir. Adəm 5-nəfərin adına təvəssül etdi bə Həvvanı tapdı. Beləliklə Allah-Təala tərəfindən bağışlanırlar.
|