ISLAM DUNYASI Çerşenbe, 20.09.2017, 20:24
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2008 » Noyabr » 13 » «ƏBU-BƏKİR» MƏSCİDİNİN FƏALİYYƏTİ QANUNSUZDUR.
    16:21
    «ƏBU-BƏKİR» MƏSCİDİNİN FƏALİYYƏTİ QANUNSUZDUR.
    Gündüz Hacıyev: «Sözügedən məsciddə baş verən hadisələr, həmin məscidin icmasının günahı üzündən dövlət qanunları ilə ziddiyət təşkil edən fəaliyyətlərin nəticəsi kimi meydana çıxıbsa, onda həmin icma haqqında qərar qəbul edilməli idi»
     
    Məlum olduğu kimi, avqustun ortalarında Bakıda «Əbu-Bəkir» məscidində baş verən terror aktından sonra, sözügedən məscid bağlanıldı. Qeyd edək ki, həmin terror aksiyasında iki nəfər öldü, 19 nəfər isə yaralandı. Onu da qeyd edək ki, «Əbu-Bəkir» məscidi ölkə üçün ziyanlı olan vəhabi təriqətinin əsas istinadgahı hesab edilirdi.

    Bu günlərdə Qafqaz Müsəlmanlar İdarəsinin sədri Hacı Allahşükür Paşazadə «Əbu-Bəkir» məscidinin fəaliyyətinin qanunzuz olduğunu mətbuata bildirib. Ölkədəki bəzi qüvvələr adıçəkilən məscidin yenidən fəaliyyətə başlamasına cəhd edirlər.

    Məsələyə münasibət bildirən Fəzilət Partiyasının sədri Gündüz Hacıyev hesab edir ki, sözügedən məsələ ilə bağlı hakimiyyətin yeritdiyi siyasət bir çox hallarda dövlət maraqlarından deyil, müəyyən subyektiv fikirlərə əsaslanır: «Ocümlədən Qafqaz Müsəlmanlar İdarəsi də çox təəssüflər olsun ki, belə bir təsir altındadır və bu yöndə qərarlar qəbul edir. Fikrimcə, sözügedən məsciddə baş verən hadisələr, həmin məscidin icmasının günahı üzündən dövlət qanunları ilə ziddiyət təşkil edən fəaliyyətlərin nəticəsi kimi meydana çıxıbsa, onda həmin icma haqqında qərar qəbul edilməli idi.

    Eyni zamanda, bu qərardan əvvəl də həmin icmanın fəaliyyəti, təbliği, dövlətə və xalqa ziyanlı olması barədə əsaslı sübutlar ortaya qoyulmalı idi. Bu zaman icma ilə bağlı müəyyən qərar qəbul etmək olardı. Ancaq məscidin bütövlükdə bağlanması, məscidin fəaliyyətinin dayandırılması bu biraz anlaşılmamazlıqdır. Bu nə dünyavi, nə də dini qanunlarla üst-üstə düşmür.

    Hər halda məscidi bağlamaqla həmin icmanın fəaliyyətinin aktivliyini saxlamaq istəyirlər. Ona görə də yaxşı olardı ki, hər hansı bir qərar qəbul etməzdən əvvəl əsaslı şəkildə götür-qoy edilsin və ondan sonra müəyyən bir qərar qəbul edilsin. Yarımçıq qəbul edilmiş qərar, bütövlükdə ölkədə hakimiyyətin də dəfələrlə səsləndirdiyi dini tolerantlıqla üst-üstə düşməyəcək. Belə davam edərsə, ümumilikdə gələcəkdə də xoşagəlməz hadisələr ola bilər».
    Просмотров: 742 | Добавил: azeri-islam
    Всего комментариев: 3
    04.06.2011 Спам
    3. Rufet
    (Xalqı) Allaha tərəf çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam!” – deyən kəsdən daha gözəl danışan kim ola bilər?!

    04.09.2009 Спам
    2. rustem
    ALLAHDAN GORXUN İNSANLARİ ONLARİN XOSHLAMADİGİ ADLARLA CAGİRMAYİNŞBU İSLAM BİRLİYİNE EN BOYUK YEHUDİ ZERBESİDİ
    EY AXİRETE İNANMİSH ZEHRA XANİM BU SOZLERİNİZE GORE ALLAHA CAVAB VERECEYSİNİZ

    15.11.2008 Спам
    1. Zehra (Fatimeyi-Zehra)
    Ne bilim VALLAh... mence mescidi baglamaq, yaxud "vehhabilerin" kokunu silahla bomba ile "tezyiqle" kesmekdense, elmle, delille faktla ve subutla kesmek daha yaxsi olardi wacko

    ALLAH Ozu bilen Meslehetdir


    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Noyabr 2008  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 400
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2017
    Хостинг от uCoz