ISLAM DUNYASI Çerşenbe, 22.11.2017, 14:43
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2008 » Noyabr » 21 » Bu il Həcc ziyarətinə yollanacaq zəvvarlara Prezidentin ailəsi adından ehsan veriləcək.
    13:54
    Bu il Həcc ziyarətinə yollanacaq zəvvarlara Prezidentin ailəsi adından ehsan veriləcək.
    Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadə ANS-ə eksklüziv müsahibəsində deyib.
     

    Bu il Azərbaycandan Həcc ziyarətinə avtobusla gedən zəvvarlar noyabrın 22-də Bakıdan yola düşəcəklər. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ANS-ə eksklüziv müsahibəsində deyib. Təyyarə ilə gedəcək zəvvarlar isə noyabrın 25-ə qədər Bakını tərk etməlidir. Zəvvarlar vətənə dekabrın 15-dək qayıtmalıdırlar.

    Bütün Qafqazın şeyxinin sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətinin yüksək dərəcədə olması üçün əlindən gələni edib: “Zəvvarlara qulluq edəcək adamların hamısına maliyyə yardımı olunub. Çünki keçən il məbləğin azlığı ilə bağlı çətinliklər olmuşdu. Bu il bu məbləğ bir-iki dəfə artırılıb. Bu adamlar həm din xadimləridirlər, həm də bir növ köməkçidirlər. Onlar ibadətlərin düzgün keçirilməsinə və s. yardımçı olacaqlar”.

    Bundan başqa bu il birinci dəfə təyyarə ilə gedənlər birbaşa Mədinəyə uçacaqlar. Belə ki, zəvvarlar əvvəllər birinci Ciddəyə gedirdilər. Həmişəkindən fərqli olaraq, bu il onlar Mədinədə 2 gecə 3 gün yox, 3 gecə 4 gün qalacaq. Təyyarə ilə gedən hacılar 5 ulduzlu otellərdə yerləşdiriləcək. Bu otellərin qapıları birbaşa ziyarətgahın özünə açılır. Avtobusla gedənlər üçün otellər isə bir az aralıda yerləşir.

    Zəvvarlar Mədinədən Məkkəyə yola düşəcək, Şəcərə məscidində ehram bağlayaraq Məkkəyə girəcəklər. Ümrə ziyarəti edib, sonra təməttö həcci, təfav edəcəklər və digər ayinləri yerinə yetirəcəklər. Sonra ehramdan çıxacaqlar və Ərəfata getmək üçün ikinci dəfə Məkkədə ehram bağlayacaqlar.

    Zəvvarlar Məkkədə keçənilki otellərdə qalacaqlar, çünki Qafqaz Müsəlmanları İdrəsi həmin yerləri 5 illik icarəyə götürüb. Şeyxin sözlərinə görə, Məkkənin ətrafındakı bütün binalar sökülüb, ona görə də indi Məkkədən hətta 1 km aralıda yerləşən oteldən Kəbə görünəcək.

    Bundan başqa zəvvarlara ehsan da veriləcək: "Bu il də bizim hacılarla danışanda yemək məsələsini nəzərdə tutmamışdıq. Amma Heydər Əliyev həzrətlərinin vəfatı həmin günlərə düşdüyünə görə, həmin günlərdə, yəni ki, Ərəfatda, Müzdəlifədə və Minada hacılarımıza ehsan veriləcək. Bu yemək də hər bir adam üçün 220-250 dollar miqdarında başa gələcək. Mən arzu edərdim ki, orda olan dövrdə bizim insanlar bilsinlər ki, bu şəraiti yaradan, bugünki gündə Azərbaycan üçün canından gedən, şəhid olan insanlar vardır. O cümlədən, bizim müstəqilliyimizi, dövlətçiylimizi qoruyan bir şəxsiyyət kimi, bütün dünyada məşhur Heydər Əliyevin din və tolerantlıq üçün gördüyü işləri yada salaq və onun da ruhuna dualar oxuyaq. Bu ehsan üçün bütün xərcləri də verən Onun ailəsidir". Onu da qeyd edək ki, bu il prezident İlham Əliyev seçki dövründə fəal iştirak edən dindarların arasından 110 nəfəri Məkkəyə öz hesabına göndərir.

    Ümumiyyətlə isə bu il Həccə Azərbaycandan 5000-ə yaxın adam yola düşür. Şeyxin sözlərinə görə, Azərbaycan götürdüyü 6000 nəfərlik kvotanı doldura bilməsə də, bu, ümumilikdə MDB öllkələr arasında, Qazaxıstan və Özbəkistana nisbətən daha çoxdur.

    Qeyd edək ki, Şeyxülislam Hacı Allahşükür Paşazadənin ANS-ə eksklüziv müsahibəsinə tam şəkildə həftənin bazar günü ANS TV-nin efirində gedəcək "Əhatə dairəsi" verilişində baxa bilərsiniz.
     
    Allah ziyarətinizi qəbul eləsin!
    Просмотров: 475 | Добавил: azeri-islam
    Всего комментариев: 1
    11.07.2009 Спам
    1. Nərgiz
    Şükürlər olsun Allaha ki, bu günü də gördük !...
    Uşaqlığı və gəncliyi Sovet dğvrünə düşən milyonlarla müsəlman bacı-qardaşlarım kimi mən dəHƏCC,HACI kəlimələrini nənələimizdən eşidəndə bu kəlmələrin mənasını soruşurdum. Hər dəfə nənəm dərin bir ah çəkəndən sonra mənə uzun bir nağıl danışırmış kimi bu sğzlərin mənasını başa salardı.
    Şükürlər olsun ALLAHA ki, bu gün Azərbaycan vətəndaşları sərbəst şkildə Həccə gedə bilirlər.Hətta Ölkə Prezidentinin ailəsi onlara kömək edir.
    Bu , çox böyük savab işdir.
    Amma bir şeyi bilmək istəyirəm:Ən böyük arzusu Həccə getmək olan,amma maddi imkanı buna yol verməyən,ürəyində Allah sevgisi,İslam məhəbbəti olan mənim kimi vətəndaşlar necə getsin?Bizə bu köməyi edən BÖYÜK insanlar varmı?
    Qafqaz Müsəlmanları İdarəsinin saytına girə bilmirəm.
    Xahiş edirəm,məlumatı və ya imkanı olan varsa,mənə xəbər versin.Pensiyada olan müəlliməyəm.

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Noyabr 2008  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 401
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 3
    Qonaqlar: 3
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2017
    Хостинг от uCoz