ISLAM DUNYASI Şenbe, 23.09.2017, 22:26
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2009 » Fevral » 11 » Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayev qətlə yetirilib.
    15:40
    Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayev qətlə yetirilib.
    Ağır yaralanmış general hospitala çatdırılsa da, orada dünyasını dəyişib.

    Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayev qətlə yetirilib. Yasamal rayon Prokurorluğundan ANSPRESS-ə verilən məlumata görə, general- leytenant R. Rzayev bu gün səhər saat 10.00 radələrində Yasamal rayonunun İsmayıl bəy Qutqaşınlı 125 ünvanında yerləşən evindən 150 metr aralıqda naməlum şəxslər tərəfindən güllələnib. Hadisə yerində Respublika Hərbi Prokurorluğunun əməkdaşları istintaq hərəkətləri aparır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ağır yaralanmış general hospitala çatdırılsa da, orada dünyasını dəyişib.

    Xəbəri təsdiqləyən Müdafiə Nazirliyi Baş qərargah rəisi general-leytenant Nəcməddin Sadıqov ANS-ə bildirib ki, mərhumun cəsədi meyidxanadadır və faktla bağlı ekspertlər işləyir. Müdafiə Nazirliyi aparatından isə bildirilib ki, R. Rzayev başından aldığı güllə yarasından dünyasını dəyişib və hələlik hər hansı məlumat vermək tezdir. Rəsmi açıqlamanı Müdafiə Nazirliyinin mətbuat xidməti hazırlayır.

    R. Rzayevin öldürülməsi Müdafiə Nazirliyinin tarixində ən səs-küylü qətldir. Bu vaxta qədər Azərbaycanda hərbi generalların öldürülməsi faktı qeydə alınmamışdı.

    Qeyd edək ki, Rail Rzayev 1945-ci ildə Salyan rayonunda anadan olub və 1992-ci ildə Hərbi Hava Qüvvələri və hava hücumundan müdafiə qoşunlarının komandanı vəzifəsinə təyin olunub. 2004-cü ildə general leytenant hərbi rütbəsinə layiq görülüb./ANSTV/

    Просмотров: 543 | Добавил: azeri-islam
    Всего комментариев: 2
    19.06.2011 Спам
    2. SU-27
    Əlbətdəki düzgün olduğuna görə öldürüblər. Əfsus HHQ heç vaxt bu cüe general yetişdirə bilməyəcək. ALLAH RƏHMƏT ELƏSİN

    13.02.2009 Спам
    1. Fatimeyi-Zehra
    ALLAH REHMET ETSİN
    ya duzgun olduguna gore ya da qeyri-duzgunluyune gore oldurduler... HER HALD A ALLAH BİLER

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Fevral 2009  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    232425262728
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 400
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2017
    Хостинг от uCoz