ISLAM DUNYASI Çerşenbe, 22.11.2017, 15:04
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Категории раздела
    İSLAM DÜNYASI [11]
    İSLAM
    Teqvim [1]
    Поиск
    Главная » Статьи » İSLAM DÜNYASI

    Müvəqqəti nikah.

    Bütün Islam alimləri inanırlar ki, müvəqqəti nikah Peyğəmbərin (s) mübarək ömrünün bütün dövrlərində qanuni, şəri bir iş olmuşdur, amma bir qrup deyir ki, ikinci xəlifənin dövründə də olmuş və onun tərəfindən qadağan edilmişdir. Digər bir qrup isə deyir ki, Peyğəmbərin (s) sağlığında və onun öz tərəfindən qadağan edilmişdir. Biz Əhli-beyt (ə) ardıcılları hamılıqla inanırıq ki, bu hökm heç vaxt qadağan edilməmiş, öz qüvvəsində qalmışdır. Əlbəttə, müəyyən şəraitlər daxilində.

    Bu əqidədə sünnülərin az bir qrupu bizimlə müvafiq, əksəriyyəti isə müxalifdir. Onlar həmişə bu məsələ barədə irad tuturlar. Amma nəinki bu irada yer yoxdur, üstəlik bir çox ictimai problemlərin həll olunması üçün güclü bir variant gözəl bir həll yoludur.

    Bu mətləbin şərhini gələn bəhslərdə oxuyacaqsınız.

    1-Zərurətlər, ehtiyaclar…

    Camaatın çoxu, xüsusilə cavanlar daimi əqdlə evlənə bilmirlər. Çünki daimi nikah müəyyən müqəddimələrə, xərclərə və müxtəlif məsuliyyətin qəbul edilməsinə bağlıdır və onun üçün hazırlıq işləri müəyyən qruplar üçün müyəssər deyildir.O cümlədən:

     

    a-Cavanların çoxu, xüsusilə bizim əsrimizdə təhsil dövrünü keçirməkdə olan cavanlar daimi nikahla evlənməyə qadir deyildirlər. Çünki nə onların işi peşəsi vardır, nə münasib məskəni, nə də sair xərcləri. Onlar nikah mərasimlərini nə qədər sadə bərqərar etməyə çalışsalar belə yenə də lazımi vəsaitləri tədarük görə bilmirlər.

     

    b-Müəyyən şəxslər evlənirlər, lakin xarici ölkələrə səfərə çıxdıqda və səfər uzun müddət davam etdikdə müəyyən cinsi məhrumiyyətlərə dücar olurlar; nə həyat yoldaşlarını özləri ilə apara, nə də yenidən həmin ölkədə daimi evlənə bilirlər.

     

    c-Bəzi qadınlar müxtəlif xəstəlik və sair problemlər üzündən öz həyat yoldaşlarının cinsi ehtiyaclarını təmin etməyə qadir deyildirlər.

     

    ç-Əsgəri xidmət, sərhədlərin qorunması və s. üçün kimi uzun müddətli məmuriyyətdə olan, nəticədə öz ailələrindən uzaq düşənlər cinsi problemlərlə qarşılaşırlar. Məlum olduğu kimi, Peyğəmbəri-Əkrəmin (s) dövründə də Islam əsgərləri üçün bu kimi problemlər qarşıya çıxmışdı və bunun da nəticəsində müvəqqəti nikah qanun şəklinə salınmışdır.

    e-Bəzən qadın hamiləlik dövründə olur və onun da xüsusi şəraitləri olduğundan, kişi öz hamilə qadını ilə cinsi əlaqəyə girə bilmir və bir çox hallarda cavan olduğuna görə məhrumiyyət müşkülləri qabağa çıxır. Bu kimi ictimai problem və zərurətlər daim olmuş və olacaqdır, heç də Peyğəmbərin dövrünə məxsus deyildir; elə bizim əsrimizdə də cinsi təhrikin müxtəlif amillərinə diqqət yetirməklə, bu problemlər daha da şiddətlənmişdir.

    Bu kimi hallar da kişilər iki yolun ayrıcında qərar tuturlar: ya Allah eləməmiş, zina kimi çirkin və iffətə zidd olan əməllərə qurşanmaq, ya da sadə nikah yolu olan müvəqqəti nikahdan istifadə etmək. Halbuki, daimi nikahın çətinlikləri onda yoxdur və insanın cinsi ehtiyaclarını müvəqqəti olaraq təmin edə bilər.

     

    Zahidlik yolunu seçərək hər ikisindən göz yummaq da yaxşı təklifdir, lakin çoxları üçün əməldə qeyri mümkün və heç olmazsa, bəziləri üçün xəyali bir işdir.

    Misyar nikah

    Qəribədir ki, hətta müvəqəti nikahı inkar edənlər belə cavanların və digər məhrum siniflərin təsiri altında olduqları zaman, tədrici olaraq müvəqqəti nikaha oxşar olan bir nikaha razılıq verir və onu "misyar nikahı" adlandırırlar. Onun adını "müvəqqəti nikah" qoymasalarda, əməldə bu ikisi arasında heç bir fərq yoxdur. O da belədir ki, nikaha ehtiyacı olan bir şəxsin müəyyən bir qadınla daimi əqd bağlamasına icazə verir, halbuki məqsədi qısa müddətdən sonra ona təlaq verməkdir. Əvvəlcədən də şərtləşirlər ki, qadının nə nəfəqə haqqı olsun, nə gecə bir yerdə yatmaq haqqı (daimi əqddə, bu vacib bir haqdır), nə də irs aparmaq haqqı! Yəni dəqiq şəkildə müvəqqəti nikah kimidir, yalnız bir fərqələ ki, burada bir-birindən təlaqlı ayrılırlar müvəqqəti nikahda isə müddətin bağışlanması və ya sona çatması ilə. Hər ikisində də əvvəlcədən məhdud və müəyyən müddət ərzində nikah bağlayacaqlarını nəzərdə tutmuş olurlar.

     

    Daha qəribəsi budur ki, son zamanlar nikah məsələsində çətinliyə düşən və ruhi gərginlikdə olan sünnü cavanlarından bəzilər internet vasitəsi ilə bizimlə əlaqə yaradıb demişlər ki, "biz müvəqqəti nikah məsələsində şiə alimlərinin fətvasına tabe olmaq istəyirik. Bunun eybi varmı?". Biz dedik: "Heç bir eybi yoxdur!"

     

    Onlar müvəqqəti nikahı inkar edir, lakin misyar nikahına üz gətirirlər; mütənin adını gətirmədən özünə əməl edirlər!

     

    Bəli, zərurətlər nə vaxtsa insanı, adını dilə gətirməsə belə, həqiqətləri qəbul etməyə vadar edəcəkdir.

     

    Buradan belə nəticə alırıq ki, müvəqqəti nikahla müxalifətə israr edənlər ya bilərəkdən, ya da bilməyə-bilməyə fahişəlik üçün yol açırlar. Amma əgər ona oxşar misyar nikahına təşviq eləsələr, onda ayrı məsələ.

     

    Məhz həmin səbəbə görə Əhli-beyt (ə) rəvayətlərində qeyd olunur ki, "əgər Islamdakı müvəqqəti nikah ilə müxalifət etməsəydilər, heç kəs zinaya aludə olmazdı."

     

    Sünnülərin hədis kitablarında da qeyd olunur ki, Əli (ə) buyurur: "Əgər Ömər mütəni qadağan etməsəydi, bədbəxtlərdən başqa heç kəs zina etməzdi."

     

    Məhrumların gerçək ehtiyaclarını təmin etmək kimi zərurətlər üçün nəzərdə tutulmuş olan müvəqqti nikahdan sui-istifadə edən, onu nəzərlərdə çirkin cilvələndirən, onları şəhvətpərəslik vasitəsi hesab edənlərdə Islam cəmiyyətinin zinaya qurşanması üçün yol açmışlar. Onlar bu günaha aludə olanların günahında şərikdirlər, çünki əməldə müvvəqəti nikahdan düzgün istifadə olunmasına mane olurlar.

     

    Heç bir halda, insanın fitrəti ilə tam müvafiq olan, insanların həqiqi ehtiyaclarının hamısını nəzərdə tutan Islam dininin müvəqqəti nikahı öz həyati proqramlarında yerləşdirməməsi mümkün deyildir. Sonradan görəcəyimiz kimi, müvəqqəti nikahın hökmü həm Qurani kərimdə, həm də Peyğəmbər rəvayətlərində gəlmiş, səhabələrin bir qurupu da ona əməl etmişlər. Bəziləri bu Islam hökmümnün nəsx olunmasını (qüvvədən salınmasını) iddia etmişlər ki, onların bu barədə ki, dəlillərinin qənaətbəxş olmadığını görürük.

     

    Müvəqqəti nikah nədir?

     

    Islam hökmələrinin tam agahlığı olmayan bəzi nadan insanlar müvəqqəti nikah barəsində çox çirkin bir mənzərə yaratmışlar və indi də yaratmaqdadırlar. Belə adamlar onu cinsi azadlıq, cinsi məsələlərə laqeyidlik, fəhşa və münkərin rəsmiyyətlə tanınması kimi işlərlə bir səviyyədə qələmə verirlər!

     

    Əgər bu kimi insanların hamısı avam xalq kütlələri olsaydı yenədə eybi olmazdı. Lakin çox təəssüflər olsun ki, sünnülərin din alimlərinin bəziləri də belə sbzləri rəva görmüşlər şübhəsiz, kəskin təəssübləri onlara, müvəqqəti nikah tərəfdarlarının kitablarını mütaliə etməyə icazə verməmişdir. Bəlkə də bu barədə yazılan şiə kitablarının bəzilərini, hətta bir sətrini belə, mütaliə etməmişlər. Bu da çox təəssüflü haldır.

    Bu kiçik kitabda müvəqqəti nikahın şərtlərini və onun daimi nikahla olan fərqlərini aşkar, eyni zamanda qısa şəkildə izah etməyə məcburuq ki, höccət hamı üçün tamam olsun.

    Müvəqqəti nikah hökm və şərtlərinin əksəriyyətində eynilə daimi nikah kimidir:

     

    1-Qadın və kişi tam razılıq və ixtiyarla, heç bir icbar (məcburiyyət ) olmadan bir-birini həyat yoldaşlığına seçməlidirlər.

     

    2-Əqd siğəsi "izdivac", yaxud "nikah", yaxud da "mütə", kəlmələri ilə icra olunmalıdır, digər kəlmələrlə caiz deyildir.

     

    3-Əgər qadın bakirədirsə, onun vəlisinin icazəsi lazımdır, bundan qeyri surətlərdə isə lazım deyildir.

     

    4-Əqdin müddəti və mehriyyənin miqdarı dəqiq şəkildə təyin edilməlidir. Əgər müdətin zikir olunması unudularsa, fəqihlərin çoxunun fətvasına əsasən, bu, daimi əqdə çevriləcəkdir. (Bunun özüdə hər iki nikahın mahiyyətcə bir olmasına və təkcə müddətin zikir olunub olunmamasında birbirilə fərqləndiyini göstərir.)

     

    5-Müddətin qurtarması təlaq hökmündədir və müddət qurtaran kimi, əgər yaxınlıq baş veribsə, qadın iddə saxlamalıdır.

     

    6-Daimi əqddə olan qadının iddəsi üç dəfə adət görməklədir; üçüncü dəfəni görməklə iddə tamam olur, lakin müvəqqəti əqddə iki dəfədən artıq deyildir.

     

    7-Müvəqqəti nikahdan dünyaya gələn övladlar qanuni və şəri övladlar sayılır. Daimi əqddən dünyaya gələn övladların hökmünün hamısı istisnasız olaraq buna da şamildir. Onlar ata, ana, bacı, qardaş və s. yaxın adamlardan irs aparırlar, sair hüquqlarda da bu iki övlad arasında heç bir fərq yoxdur.

     

    Müvəqqəti əqddən dünyaya gələn övlad ata ananın himayəsi altında olmalıdır, onların nəfəqələri və bütün xərcləri, daimi əqddən dünyaya gələn övladlar kimi, ata tərəfindən verilməlidir.

     

    Bəziləri bu sözü eşitməklə təəccüb edə bilər; onların təəccüblənməyədə haqqı var; çünki müvəqqəti əqd barəsində yanlış və tamamilə avamyönlü fikirləşirlər. Bəlkə də onu bir növ "qaçaq evlənmə", şəri qanun dairəsindən xaricdə və bir sözlə, zinaya oxşar bir iş hesab edə bilərlər, halbuki əsla belə deyildir.

     

    Amma bu iki növ əqddə ər və arvad baxımından müəyyən fərqlər mövcuddur. Ümumiyyətlə, onların bir-birinə verdikləri iltizamlar daimi əqddə olan iltizamlardan çox azdır. Çünki müvəqqəti nikahda əsas məqsəd bu işin yüngülləşdirilməsi, problem və əlavə xərclər yaradan qanunların olmamasıdır. O cümlədən:

     

    1-Müvəqqəti əqddə qadının nəfəqə və irs haqqı yoxur. Lakin fəqihlərin çoxu demişlər ki, bu o haldadır ki, müvəqqəti əqddə nəfəqə və irs şərt etməsinlər, amma əgər şərt edilərsə, ona uyğun əməl edilməlidir.

     

    2-Müvəqqəti əqddə qadın, ərinin həqqı aradan getməyincə evdən xaricdəki hər bir işi görməkdə azaddır və ərin icazəsi şərt deyildir; lakin daimi əqddə razılaşma olmadan bu iş caiz deyildir.

     

    3-Kişinin gecələr özünün müvəqqəti qadınının yanında olması vacib deyildir.

    Yuxarıda deyilən hökümlərin şərhinə diqqət yetirməklə çoxlu müəmmaların zalimcəsinə yürüdülən mühakimələrin, şübhə və iftiraların cavabı veriləcək, yanlış və düzgün olmayan fikirlər məhz Islamın bu müqəddəs və hikmətli sayəsinə aradan qaldırılacaqdır. Eləcə də bu həqiqət aşkar olacaqdır ki, müvəqqəti nikahın zina və iffətə zidd olan əməllərlə heç bir əlaqəsi yoxdur. Bu ikisini bir-birilə müqayisə edənlər, şübhəsiz, kafi agahlıq və məlumatı olmayan şəxslərdir, onları müvəqqəti nikahın şərt və mahiyyətindən azacıq belə, xəbərləri yoxdur.

    Категория: İSLAM DÜNYASI | Добавил: azeri-islam (12.02.2009)
    Просмотров: 401 | Комментарии: 5
    Всего комментариев: 4
    09.12.2009 Спам
    4. RAMIN
    Halal isi gorende muselmana savab yazilir. Her bir muselman da ozune ve yaxinlarina savab qazanmaq ister. Kimki deyir muveqqeti evlilik halaldi onda arzu ediremki bu dediyiniz halal ish haminizin baciniza, qiziniza ve ananiza qismet olsun inshallah. Hec daxilen ozunusle tek qalanda Allahdan qorxursunuzmu? Utanirsinizmi ki harami halal adlandirirsiniz. Demek isteyirsinizki shielik zinakarligi teblig edir? Utanin.

    26.03.2009 Спам
    3. ulviyye
    MİSYAR-NİGAHI mən başa düşmədim-bir çox şeylər mənə qaranlıq qaldı-yenədə yazdığınıza görə sağ olun

    23.03.2009 Спам
    2. elnur349
    cox sag olunki bele melimatler verirsiz allah size komey olsun allah amanda

    05.03.2009 Спам
    1. Məmməd
    Yaşı tutaq ki, şəxsən mən məqalədə deyilənləri tam qəbul elədim. Kişilərin düşdüyü çətin vəziyyətdən çıxmağa kömək edir. Mən də belə bir sual yaranır. Buradan durub 6 ay müddətinə Rusiyaya işləməyə gedən məzhəbindən asılı olmayaraq istənilən hansı müsəlman azərbaycanlı kişi 6 ay müddətində müvəqqəti nikahdan yararlandı və problemini həll etdi. Onun burda qalan qadınının cinsi tələbatı necə qarşılanacaq?
    Mümkünsə bu sualımı cavablandırın. Sag olun!

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 401
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2017
    Хостинг от uCoz