Salam olsun sənə ey Peyğəmbər qızı! Salam olsun sənə ey Allah şirinin munisi! Salam olsun sənə ey şəhidlik Fatehinin munisi! Salam olsun sənə ey möminlər anası!
Neçə əsr bundan qabaq yaşayan qadın indiki zaman üçün nümunəvi ola bilərmi? Fatimə Peyğəmbər qızı olmaqdan, Əli kimi bir şəxsin həyat yoldaşı olmaqdan başqa Fatimə özlüyündə Fatimədir. Hədisi qüdsidə buyrulur: “Əgər siz beş nəfər yaranmasaydınız dünya yaranmazdı”. Allah-Təala ilk dəfə Adəmi yaradanda, Adəm gördü ki, neçə gözəl yaranıb və Allah söylədi ki, mənim kimi birini yaratmısan? 3-dəfə sual edəndən sonra ərşdə 5-nəfərin nurunu gördü. Allah-Təla buyurdu: “Onların adını da öz adımdan seçmişəm”.
Bəşəriyyət yeniləşən dünyanın 3 minilliyinə qədəm qoyduğu dovrdən başlayaraq Azərbaycan, oz iradəsi, mərdliyi, saflığı və səadəti ilə cəmiyyətimizn həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında mustəsna rol oynamışdır.
Azərbaycan gerçəkliyi şair və mütəfəkkirlərə qadınları həyat mənbəyi və müdrikliyi mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material vermişdir. Azerbaycan tarixində olduğu kimi İslam tarixində də belə xanımlara rast gəlmək olar. Tarixmizin Həcəri, Nigari, Tomrisi olduğu kimi xanımlar xanımı, xanim Fatiməsi də (s.ə) var. Cəmadius-sani ayının 20-də Məkkə şəhərində dünyaya göz açan Fatimə (s.a) dünyaya gəlir ki, dünyanın gözünü özününcəlallı gözəlliyinin tamaşa
... Ardını oxu »