ISLAM DUNYASI Cüme, 23.08.2019, 01:02
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2008 » May » 19 » NAMAZ
    20:41
    NAMAZ
    Bismillahir – Rehmanir – Rehim
     “Möhür” nedir ve biz niye “Möhürle” Namaz qılırıq?
    Bezileri  çox  vaxt  avvam ve savatsız camaatı   aldadaraq  bele  bir
    iradla  üz-üze qoyurlar: << İmam Hüseyin türbetine , daşa ve ya çubuq parçasına hazırlanmış möhüre secde etmek şirkdir! >>.

    Biz bu iradlara cavab vererek deyirik ki; << Torpağa, hesire, möhüre olunan secde ile xalça,palaza ve döşemeye olunan secde arasında ne ferq var? Eger möhüre secde ona perestiş sayılırsa onda xalçaya ve palaza olan secdede onlara perestiş sayılmalıdır! >>.

    Bütün dünya müselmanları müeyyen bir şeyin üzerine secde edirler.Halbuki onların secdesi yalnız Allah üçündür. Allah evinin ziyaretçileri Mesçidül-Heramın daşlarına secde edirler, onların esas hedefi Allaha secde etmekdir. Şieler secdede üç defe << Sübhanellah >> (Allahın zatı her növ eyibden, nöqsan ve şirkden pak-pakizedir) ve yaxud << Sübhane rebbiyel ela ve bihemdi >> (menim Perverdigarım her növ eyib ve nöqsan pak-pakizedir men ona hemd ve sitaiş edirem) deyirler. Bu irad ve ittiham puç, mentiqsiz, onu deyen ise biçare ve zavallı, savadsiz, Quran ve sünneden bir şey bilmeyen bedbextdir.

    Burada iki ifadealınır:

    1).   Essucudu eleyh ( onun üzerine secde etmek )

    2).   Essucudu lehu   ( onun üçün secde etmek )

    Bu ifadelerin arasında olan ferqler aydın ve bunun menası o deyildr ki, eger müeyyen bir şeyin üzerine secde edirikse, bu hemen şeye parastiş olmuş olsun. Eksine torpağa, bitkiye, hesire ve s. şeylere secde etmeyin menası Allah hüzurunda bendeçiliyin son heddini izhar etmekden ibaretdir.

    Allah Teala Quranda buyurur:

    << Göylerde ve yerde olanların hamısı Allah üçün secde edir >>.

    Red suresi, Aye 15.

    Verilen suallardan biride budur: << Ne üçün siz xalçaya secde etmirsiniz, torpağa, hesire ve ona oxşar şeylere secde edirsiniz? >>.

    Cavabında deyirik: << Peyğember (s) buyurur: Torpaq (yer) menim üçün secdegah ve pak-pakizelik vasitesi qerar verilmişdir >>.

    Buxari 1 c. Seh 91. Hedis № 2( Kitabus-Selat )

    Sonra elave edib deyirik ki, Resulallahın secde etdiyi yerde xalça palaz yox olmamış, eksine o Hezret (s) torpağın ve qumun üzerine secde edirdi. O Hezret (s) ve onunla olan bütün müselmanlar torpağın ve ya qumun üzerine secde edirdiler. Bizde onlara tabe olaraq torpağa ve ya quma secde edirik. Şielerin eqidesine göre, ister Daş istersede torpağa olmasından asılı olmayaraq, torpağın bütün hisselerine secde etmek olar. İkincisi bunu nezere almaq lazımdir ki, secde yerinin pak olması namazda şertdir. Necise ve necasete bulaşmış yere secde etmek olmaz. Buna görede pak torpaqdan hazırlanmış möhür götürüb, namaz vaxtı üzerine secde etdikde rhat oluruq ki, pak torpağın üzerine secde edirik. Eger biz bir ovuc torpağı ve ya qumu cibimize töküb hardasa namaz qılmaq istesek, onda paltarımızı ve namaz qıldığımız yeri (evi ve ya mesçidi ve s.) bulamş olaıq ki,bu elave narhatçılığa sebeb olar. İster yumşaq torpaq istersede berkimiş möhür - esas meqsed secde ederek Allah qarşısında daha artıq xuzu göstermekdir. Çünki, eşyaların içerisinde en qiymetsizidir. Bizde beden üzvülerimizin en qiymetlisini – alnımızı en deyersiz şey olan torpağın üzerine qoyub secde edirik ki, daha artıq xuzu ile Allaha ibadet etmiş olaq. Çünki, eger insan secde halında öz alnını qiymetli seccadeye, qızıl, gümüş, palaz, paltar, libas, xalça ve s. kimi qiymetli şeşeylere qoysa onun Allah müqabilinde bendeçilik ve xuzu derecesi azalacaqdır. Ola biler ki, bu halda ümumiyyetle, Allah qarşısında bendeçiliye ve kiçilmeye sebeb sayılmaz. Bundanda elave, xalçalar ve palazlar daim ayaq altında olduğundan onlara secde emek sağlamlıq üçün zererli sayıla biler.

    << Hişam ibni Hekem deyir: İmam Sadiq (e.s)-dan üzerine secde edilmesi sehih olan şeyler baresinde soruşduqda buyurdu: Secde yalnız yere ve ondan cücerenlere - yemelilerden ve geymelilerden başqa – edilmelidir. Dedim: Sene feda olum, bunun sebebi nedir? Buyurdu: Secde Allah üçün itaet ve bendeçilik elametidir ve yemelilerin ve içmelilerin üzerine edilmesi laiq deyildir. Çünki, dünyaperestler yemek ve geyinmek qullarıdır, halbuki, insan secde zamanı Allaha perestiş edir, demeli öz alnını dünyaperestlerin mebudu olan, onların meftunu olduqları şeylerin üzerine qoyması yaxşı deyildir. Torpağa secde etmek daha yüksek ve daha yaxşıdır.Çünki, böyük Allahın müqabilinde bendeçilik ve xuzu etmek daha yaxşıdır >>.

    Biharul Envar 85 c.seh 147.

    Ehli – Sünnenin alimleri bu metlebi öz kitablarında beyan etmişler:

    Peyğember Ekrem (s) buyurur: << Torpaq menim üçün secdegah ve paklıq sebebi qerar verilmişdi >>.

    Sünen Beyheqi 1c.seh 212

    Buxari ( Teyemmüm kitabi )  fesil 1.hedis № 335

    İbni Teymiyye ( İqtizaus – Siratul – Musteqim ) seh.332

    Hedisin menası onu ifade edir ki, - << Qerar verilmişdir >> - sözünde meqsed, İlahi bir hökümdür ki, İslam dininde olanlar bu hökme - İlahi hökme emel etmelidirler. Demeli, torpağa secde olunması Allah terefinden teyin olunan İlahi qanundur.

    << Ümmü Seleme deyir.Peyğember (s) buyurdu: Üzünü ( secdede ) Allah üçün torpağa qoy >>.

    Müttüqi Hindi. “Kenzul Ummal” 7c. seh 465 hedis № 19809 ( heleb çapı )

    Vali ibni Hecer deyir: << Peyğember Ekrem (s) secde ederken alnını ve burnunu torpağa qoyurdu >>.

    Cessas Henefi  << Ehkemul Quran >>3c. seh 209.(beyrut çapı).

    Ebu Seid deyir : << Peyğember Ekrem (s) hüzuruna getdim, halbuki O,  hesire namaz qılırd ı>>.

    Sünen Beyheqi 2c. seh 421.

    Cabir İbni Ebdullah Ensari deyir: << Zöhr namazını Peyğemberle (s) qılırdım. Bir ovuc çınqıl götürüb elimde saxladım ki, soyusun ve secde eden zaman alnımı onların üstüne qoyum. Bu da keskin isti olduğuna göre idi >>. Ravi sonra elave edir: << Eger bedende olan libasa secde etmek caiz ( icazeli ) olsaydı,bu iş daş parçalarını soyutmaqdan dahada asan olardı >>.

    Ehmed İbni Henbel “ Müsned ”3c. seh 327

    Sünen Beyheqi 1c. seh 439.

    << Peyğember (s) görür ki, bir nefer ( qumun istilyi alnını yandırmasın deye emmamesini alnının üstüne çekerek ) emmamesinin üzerine secde edir.Hezret (s) eli

    ile hemin şexse emmamesini qaldırmağa işare edir ve emr edir ki,alnını yere qoysun >>.

    Ehmed İbni Henbel “ Müsned ”4c. seh 315

    Sünen Beyheqi 2c. seh 105

    Esqelani “El İsabe”2c. seh 201

    << Mesruq ibni Eced sefer zamanı özü ile kerpic aparardı ki, gemide onun üzerine secde etsin >>.

    Mehemmed ibni Sed “Teqabetul Kubra” 6c. seh 79.

    << Nafe deyir: << Abdullah ibni Ömer secde ederken alnındakı parçanı kenara çekirdi ki, öz alnını torpağa qoysun >>.

    Sünen Beyheqi 2c. seh 105

    Rezin deyir:  << Eli ibni Abdullah ibni Abbas mene yazdı: << Merva dağının daelarından bir parçasını menim üçün gönder ki, ona secde edim >>.

    << Exbaru Mekke >> 3c. seh 151.

    Bu hedislerden melum olur ki, torpağa secde Peyğemberin (s) sünnesi, onun sehabesinin emel etdiyi ele bir işdir ki, bunu esla inkar etmek mümkün deyil.

    İmam Sadiq (e.s) buyurur: << Yere secde etmek Allahın hökmünü,hesire secde etmek ise Peyğemberin (s) sünnesidir >>.

    << Vesailüş Şie >> 3c. seh 593.

    İmam Sadiq (e.s) buyurur: << Secde yalnız yerden göyeren, amma yemeli ve geymeli olmayan şeylere caizdir (icazelidir) >>.

    << Vesailüş Şie >> 3c. seh 593.

    Peyğember (s) İlahi vehiy vasitesi ile icaze verildiyinden O Hezret (s) hesirede secde edirdi. Bu Ehli Sünnenin kitablarında da qeyd olunur.

    Ehmed ibni Henbel << Müsned >> 2c. seh 191-197.  – 6c. seh 179; 309; 331; 377.

    Ele bu sübutlara esasen Şie mezhebi yere ve yaxud yerden biten (yemeli ve geymeli olmayan) ve hetta hesire secde edirler.

    İndi ise İmam Hüseyin (e.s) türbetine secde olunması haqqında revayetlere baxaq.

    İmam Sadiq (e.s) buyurur: << Hüseyin turbetine secde olunması, yeddilik teşkil eden hicabları yarır >>.

    Biharul Envar 85c. seh 153.

    << İmam Sadiq (e.s) yalnız İmam Hüseyin (e.s) türbetinden olan möhüre secde edir, buda Allah qarşısında olan öz kiçikliyini izhar etmesine göre idi>>.

    Biharul Envar 85c. seh 153.

    << İrşadul Qülub >> seh 141.

    Buna esasen İmam Hüseyin (e.s) türbeti bir növ üstünlüye malikdir ki, sair torpaqlarda o üstünlük yoxdur.

    << Aişe Resulallah (s) bele buyurduğunu deyir: << Bu gün esla yanıma gelmeyen bir melek görüşüme gelerek: << senin bu oğlun Hüseyini öldürecerkler, isteyirsenmi onu öldürüleceyi yerin torpağını sene gösterm? >> - dedi. Sonra elini uzadaraq qan rengli torpağı mene gösterdi >>.

    Ehmed ibni Henbel ( Müsned ) 6c. 294

    İbni Hecer Mekki ( Essevaiqül Möhrüqe ) seh 192.

    ( Enniheyatül vel Bidaye ) 8c. seh 217.

    << Ümmü Seleme deyir: << bir gün Resulallah (s) yatmışdır.Birden narahat bir veziyyetde oyandı.Elinde qırmızı torpaq var idi ve onu öpürdü. << Bu torpaq nedir Ya Resulallah (s) ? >> deye soruşdum.Bele buyurdu: << Cebrail mene oğlum Hüseyin (e.s) İraqda öldürüleceyini xeber verdi. Öldürüleceyi yerin torpağından getirmesini  istedim.Budur, o da getirdi >>.

    Hakim Nişapuri << Müstedreküs Sehiheyn >> 4c. seh 398.

    << Möcemül Kebir >> ( İmam Hüseyin (e.s)-ın heyatı fesli )

    << Ümmül Seleme deyir: << Hesen ile Hüseyin (e.s) menim evimde Resulallahla(s) oynadıqları vaxt, Cebrail (e) nazil oldu.Eli ile Hüseyin (e.s)-ma işare ederek <> - dedi Ümmül Seleme deyir: <<  Bu vaxt Peyğember (s) ağlamağa başladı. Hüseyin (e.s)-mı bağrına basdı ve mene dedi: << Bu torpaq senin yanında emanet qalsın >>. Sonra torpağı iyledi ve: << Bu torpaq bela ve müsibet qoxusu verir >>-dedi. Resulallah (s) mene: << Ey Ümmü Seleme, bu torpaq qan rengine boyananda bil ki, Hüseyin (e.s) ehid olmuşdur >> -deye buyurdu. Ravi deyir ki; << Ümmü Seleme o torpağı bir cam içine qoydu, onu her gün iyleyer ve deyerdi: << Ey torpaq, senin qan rengine boyanmağın böyük bir gündür >>.

    Başqa bir hedisde de Ümmü Seleme deyir: << Hezreti Hüseyin (e.s) şehadete yetişen gece bu sözler ( Şer halında ) birinden eşitdim: << Ey cahillik üzünden Hüseyni öldürenler! Zelil olmaq ve ezaba dücar olmağınızdan xeberiniz olsun! Sizler lenetlenmişsiniz.Davudun (e) oğlunu (Süleymanın (e), Musanın (e) ve İncil sahibi (İsanın (e) ) dili ile! >>. Ümmü Seleme deyir: << Bu sözleri eşidende ağladım ve cama baxanda içindeki torpağın qn rengine boyandığını gördüm>>.

    Hafiz Gence << El kifayetül >> seh 279.

    << Zexariül Üqba >> seh.147.

    << Xesaisül Kübra >> 2c. seh 125.

    << Mecmeüz Zevaid >> 9c. seh 118-119.

    Bu metleblere esasen İmam Hüseyin (e.s) türbetine ehtiram gösterilmesi, İmam Hüseyin (e.s) özüne ehtiramdır. Ona ehtiram ise Allaha (c.c) ve ceddi Resulallaha (s) ehtiramdir.

    << Allahı and verek öz İzzet ve Celalına ki, bizleri Allahın kitabı Qurana ve Peyğember (s) sünnesine düzgün emel edenlerden, Allaın ve Resulunun razılığını qazananlardan qerar versin! Amin, Ya Rebbel Alemin!!! >>

     

     

    Es – Selamu Eleykum ve Rehmetullahi ve Bereketuh.

     

    Просмотров: 3437 | Добавил: azeri-islam
    Всего комментариев: 6
    09.11.2014 Спам
    6. uveyis qerani
    wirk deyil hardan wirk olur bildiyivizide deyirsiz bilmediyivizide torpaqa secde etmek nevaxtan wirk olub? Qaldi 3 defe namaza butun muselmanlar 5 defe namaz qilir sef salmayin sup,zohur.esir,wam,xiften

    09.11.2014 Спам
    5. uveyis qerani
    hecde wirk deyil torpaqa alnini qoymaq nevaxtdan wirk olub bildiyivizide deyirsis bilmediyivizide

    01.03.2012 Спам
    4. Zaur
    salam aleykum Quranda ve ya Peyqember (s.a.s)-den bele bir hedis gelibmi? mohurle namaz qilmaq getir baxaq getire bilmersen

    16.10.2010 Спам
    3. Cavid
    Namaza baslayaq

    23.09.2010 Спам
    2. leman
    demak isdiyiramki ibadati yanliz allaha elanmalidir.hansiki isanlar var mohurla mamaz qilanlar,sadaca olarq onlar sirk eliyilar.bela ibadat elamiler.

    09.08.2008 Спам
    1. muselman_15
    ele deyil siz gunde 3 defe namaz qilirsiz amma biz ise qurani kerimde buyruldugu kimi gunde 5 defe qiliriq siz hz ebu bekire,hz omere,hz osmana soyursuz size allah hidayeversin

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  May 2008  »
    BeÇaÇCaCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 402
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2019
    Хостинг от uCoz