İraqda naməlum silahlılar 7 nəfəri qətlə yetiriblər.
İslam-Azeri-nin İrinn-ə istinadlı xəbərinə görə İraqın Kazimiyyə bölgəsində naməlum dəstə bir məclisə girərək avtomatik silahdan istifadə edərək 7 nəfəri qətlə yetiriblər.
Madain kəndində baş vermiş bu cinayətdə öldürülənlərin hamısının şiə olduğu və İmam Kazimin şəhadəti münasibətilə keçiriləcək məclisdə iştirak etmək üçün orada olduqları məlum olub.