İraqın paytaxtı Bağdatda, şiələri hədəf alan bombalı hücumlarda ölənlərin sayı 24-ə çatıb, 72 nəfər yaralanıb.
İslam-Azerinin AA-ya istinadlı xəbərinə görə, İraq polisi, İmam Musayi Kazim (ə)-ın şəhadət il dönümü fəaliyyətləri üçün Kazimiyyə gedən şiələri hədəf alan hücumların 3 intihar hərəkəti və yola yerləşdirilən bir bomba ilə meydana gəldiyini deyib.
Polis, intiharçının qadın ola biləcəyini ifadə edir.