Türkiyə hökümətinə ilk başsağlığı məktubları Azərbaycan və İrandan gəlib.
İslam-Azeri-nin Azertac-a istinadlı xəbərinə görə Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Tayyib Rəcəb Ərdoğana və Türkiyə prezidenti Abdulla Gülə şəxsən başsağlığı məktubu göndərib.
İran mətbuatı da İran Xarici İşlər Nazirliyinin Türkiyəyə ünvanladığı başsağlığı məktubu barədə açıqlama verib.
Diqqətinizə çatdıraq ki, dünən İstambulda terror nəticəsində 17 nəfər dünyasını itirmiş, 140-a yaxın insan isə yaralanmışdı.
Əvvəlcə bu terror hadisəsində PKK günahkar bilinsədə sonradan PKK-ya yaxın olan Firat Nyus PKK-nin bu terrorda əli olmadığı xəbərini yaymışdı.
Bəzi təhlilçilər isə bu terrorun arxasında məhs Ergenekon gizli terror şəbəkəsinin durması ehtimalının çox olduğunu önə çəkirlər.