İraqın dini və siyasi liderlərindən sayılan Seyyid Müqtəda Sədr hökümətə müraciət edib.
İslam-Azeri-nin Əl-Ələmə istinadlı xəbərinə görə Mehdi Ordusu və Sədr qrupu rəhbəri Seyyid Müqtəda Sədr İraq hökümətinə ABŞ ilə bağlanacaq müqavilə ilə bağlı müraciət edib.
Şiə lider ABŞ-yə İraqda əsgər saxlamaq üçün izin verməməyə çağıran bəyanat yayıb.
"Mən ABŞ ilə razılığı imzalamamaq barədə İraq hökümətinə müraciət edirəm. Əgər işğalçılar ilə razılıq olmassa, istər açıqca istərsə də siyasi baxımdan höküməti dəstəkləyəcəyəm"-cümlələrinin yer aldığı bəyənatda höküməti ABŞ ilə bağlanacaq sazişdən yayındırmaq və razılıqdan sonra baş verəcək qarşıdurmalara da hazır olmalarını nəzərə çatdırılır.
Diqqətinizə çatdıraq ki, bu razılıq ilə İraq öz suverenliyini demık olar ki, ABŞ-yə hədiyyə etmiş olur.