“Rusiya hərbi təyyarələri Bakı-Tiflis-Ceyhan neft boru kəmərini bombalayıb”. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, bu bəyanatla Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Lomaya çıxış edib.
O, Rustavi şəhərinin cənub hissəsinə aviazərbələr endirildiyini, neft kəmərinin zədələnib-zədələnmədiyi haqda məlumat olmadığını deyib. Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Anatoli Noqovitsın isə bu açıqlamanı təkzib edib. O, Rusiya ordusunun Bakı-Tiflis-Ceyhan boru kəmərinə zərbə endirmədiyini söyləyib. Generalın fikrincə, belə bəyanatlar Türkiyənin reaksiyasına hesa
...
Arxasını oxu »