“Rusiya hərbi təyyarələri Bakı-Tiflis-Ceyhan neft boru kəmərini bombalayıb”. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, bu bəyanatla Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Lomaya çıxış edib.
O, Rustavi şəhərinin cənub hissəsinə aviazərbələr endirildiyini, neft kəmərinin zədələnib-zədələnmədiyi haqda məlumat olmadığını deyib. Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Anatoli Noqovitsın isə bu açıqlamanı təkzib edib. O, Rusiya ordusunun Bakı-Tiflis-Ceyhan boru kəmərinə zərbə endirmədiyini söyləyib. Generalın fikrincə, belə bəyanatlar Türkiyənin reaksiyasına hesablanıb.
Bu arada Türkiyənin “Botaş” şirkəti borunun Türkiyə hissəsində təmir-bərpa işlərinin başa çatdırılmasından sonra neft nəqlinin bərpa olunacağını açıqlayıb. Təmir-bərpa işlərinin 15 gün davam edəcəyi gözlənilir.
APA
|