İslami Müqavimət olan Hizbullahn başçısı Seyyid Həsən Nəsrullah, haqsız hücumlara məruz qalan Başçı Bəşirin tərəfində olduğunu bildirib.
Livan İslami Müqavimti sayılan Hizbullahın sözçüsü Seyyid Həsən Nəsrullah, Sudanın Dövlət Başçılığı tərəfindən göndərilən Dr. Mehdinin başçılığı altında olan heyəti qəbul edib. İkili görüşlər əsnasında Sudanın Dövlət Başçısı Ömər Bəşir haqqında Beynəlxalq Cəza Məhkəməsinin prokuroru Luis Moreno Ocamponun döyüş cinayəti işlətdiyi səbəbi ilə nəzərdə tutduğu qərarın Təhlükəsizlik Məclisi tərəfindən təsdiqlənməsinin Sudan üçün təhlükəli nəticələri olacağı vurğulanarkən, Bəşir əleyhində verilən qərarın hədəflərinin və nəticələrinin hər kəs tərəfindən bilindiyi ifadə edilib. “Birlik-Azərbaycan” İnformasiya Agentliyinin “İsra”-ya istinad etdiyi xəbərə əsasən Nəsrullah, Sudanın daxili işlərinə qarışılmasının son dərəcə təhlükəli olduğu səbəbindən Amerika və siyonist düşmənin faydasına olacaq şəkildə İslam və Ərəb ölkələrindəki güvvə mərkəzlərinin vurulması, sabitliyin pozulması, vətəndaş müharibəsi və fitnə çıxardılmasının hədəfləndiyini söyləyib. Nəsrullah, Sudan xalqının birlik və bütövlüyünün qorumasını, İslam və Ərəb xalqlarını da Sudanın Dövlət Başçısı Bəşir haqqında ortaya atılan böhtanlara qarşı dayanmağa, Sudan xalqını dəstəkləməyə çağırıb. Nəsrullah son olaraq, Livanın İslami Müqaviməti ayılan Hizbullahın haqsız hücumlara məruz qalan Başçı Bəşirin tərəfində olduğunu ifadə edib.
|